İsti havalarda orqanizmə nə lazımdır? - Su və qidalanma ilə bağlı vacib məsləhətlər

İsti havalarda orqanizmə nə lazımdır? - Su və qidalanma ilə bağlı vacib məsləhətlər"Yay aylarında temperatur yüksəldikcə orqanizmin enerji və maye ehtiyacı dəyişir. Bu səbəbdən əsas məqsəd bədəni ağırlaşdırmadan kifayət qədər enerji və qida maddələri ilə təmin etməkdir".

Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib.

O, qeyd edib ki, isti havalarda çox yağlı, qızardılmış və ağır yeməklər həzmi ləngidərək yorğunluq və halsızlığı artıra bilər. Lakin yalnız salat və meyvə ilə qidalanmaq da düzgün deyil. Bu zaman zülal və enerji çatışmazlığı bəzi insanlarda əzələ itkisinə və arzuolunmaz çəki azalmasına səbəb ola bilər:

"Ən doğru yanaşma balanslı qidalanmaqdır. Gündəlik rasionda yağsız ət, balıq, toyuq, yumurta, süd məhsulları, tam taxıllar, tərəvəz və mövsümi meyvələrə yer verilməlidir. Qızartma əvəzinə qaynatma, sobada və ya buğda bişirməyə üstünlük vermək, porsiyaları nisbətən azaltmaq məsləhətdir.

İsti havalarda kifayət qədər su içmək də vacibdir. Susuzluq hissini gözləmədən maye qəbul etmək, şəkərli qazlı və həddindən artıq kofeinli içkiləri məhdudlaşdırmaq tövsiyə olunur. Tərləmə nəticəsində itirilən maye və mineralların bərpası üçün ayran, şəkərsiz kompot və mineral tərkibli sular da faydalı ola bilər.

Qidaların hazırlanması və saxlanmasına xüsusi diqqət yetirilməlidir. İsti havada qidalar daha tez xarab olduğundan ət, süd məhsulları və salatlar uzun müddət otaq temperaturunda saxlanmamalı, soyuducuda qorunmalıdır.

Beləliklə, yayda nə həddindən artıq ağır, nə də çox məhdud qidalanmaq lazımdır. Balanslı və müxtəlif rasion, kifayət qədər su, düzgün bişirmə və porsiya nəzarəti sağlamlığı qorumağa və çəkini stabil saxlamağa kömək edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 875   Tarix: 12 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda süni intellektin inkişafı üçün nə çatışmır?

Bu gün Azərbaycanda süni intellekt sahəsində mühüm addımlar atılır və bu istiqamətdə müsbət irəliləyişlər müşahidə olunur. Lakin etiraf etməliyik ki, biz hələ daha çox süni intellektdən istifadə edən ölkələr sırasındayıq, onu inkişaf etdirən və qlobal bazara çıxaran ölkələr arasında isə hələ təmsil olunmuruq

13.11.2026 290
.

Bazar günü hava belə olacaq

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

13:57 101
.

Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçü

13.11.2026 391
.

Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı

Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd

11:30 195
.

Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU

Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi

13.11.2026 330
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 477
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

11:15 170
.

Naxçıvanda qəzaya düşən deputat kimdir?

Naxçıvanda baş verən yol qəzasında deputatın da içində olduğu maşın aşıb, bir nəfər ölüb. BİG.AZ -a istinadla xəbər verir ki, avtomobilin aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalovdur. Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisini

10:27 177
.

Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı

Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın

14:46 0
.