Naxçıvan üçün yeni iqtisadi mərhələ: Dövlət investisiyasından özəl kapitala
"Cənab Prezidentin Naxçıvana səfərini yalnız yeni sosial və infrastruktur layihələrinin təqdimatı kimi qiymətləndirmək düzgün olmaz. Səfərin iqtisadi baxımdan əsas mesajı Naxçıvanın istehsal, investisiya, logistika və ixrac mərkəzinə çevrilməsi istiqamətində yeni mərhələnin başlanmasıdır".
Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib.
O, qeyd edib ki, xüsusilə Naxçıvan Sənaye Parkının yaradılması regionun iqtisadi gələcəyi baxımından mühüm addımdır. Lakin burada əsas məsələ parkın ərazisinin ölçüsü deyil. Əsas sual ora nə qədər özəl investisiyanın cəlb ediləcəyi, neçə müəssisənin fəaliyyətə başlayacağı, nə qədər məhsul istehsal olunacağı və bunun hansı hissəsinin ixrac ediləcəyidir:
"Naxçıvanın üstünlüyü yalnız coğrafi mövqeyi ilə məhdudlaşmır. Regionun bacarıqlı, əməksevər və peşəkar insan resursları da mühüm potensialdır. Türkiyə ilə qonşuluq, regional nəqliyyat əlaqələrinin genişlənməsi və yeni kommunikasiya imkanları insan kapitalı ilə birləşdikdə Naxçıvan üçün ciddi rəqabət üstünlüyü yarana bilər.
Bunun üçün isə yalnız yol və sənaye parkı kifayət deyil. Enerji, logistika, gömrük, vergi, maliyyə, təhsil və əmək bazarı siyasəti vahid iqtisadi model çərçivəsində qurulmalıdır. Əsas məqsəd sadəcə yeni iş yerlərinin yaradılması deyil, yüksək əlavə dəyər formalaşdıran və ixtisaslı əmək tələb edən müəssisələrin fəaliyyətə başlamasıdır.
Naxçıvanda kənd təsərrüfatı məhsullarının emalı, qida sənayesi, tikinti materialları, tekstil, logistika, turizm və bərpaolunan enerji sahələrində ciddi rəqabət üstünlükləri formalaşdırmaq mümkündür.
Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafını nəzərdə tutan Baş Plan da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu sənəd yalnız şəhərsalma məsələsi deyil, gələcəkdə torpaq bazarına, daşınmaz əmlak qiymətlərinə, biznes zonalarına, investisiyalara və şəhərin vergi bazasına təsir göstərəcək uzunmüddətli inkişaf çərçivəsidir.
Lakin bir məqamı da nəzərə almaq lazımdır: dövlət infrastrukturu yarada bilər, amma iqtisadi inkişafı yalnız dövlət təmin edə bilməz. Əsas nəticə özəl investisiyanın, istehsalın və ixracın artımı ilə ölçülməlidir.
Naxçıvanın iqtisadi uğurunu açılışların sayı ilə deyil, yaradılan yeni iş yerləri, cəlb olunan özəl investisiya, istehsal həcmi, qeyri-neft ixracı, vergi gəlirləri, əmək məhsuldarlığı və insan kapitalının inkişafı ilə qiymətləndirmək lazımdır.
Prezidentin Naxçıvana səfərinin iqtisadi baxımdan əsas mesajı da budur: Naxçıvan yalnız dövlət investisiyası alan region deyil, özəl kapital cəlb edən, məhsul istehsal edən, insan resurslarından səmərəli istifadə edən və regional bazarlara ixrac edən iqtisadi mərkəzə çevrilməlidir.
Bu potensial artıq mövcuddur. İndi əsas məsələ Naxçıvanın coğrafi üstünlüyünü, insan kapitalını və yaradılan infrastrukturu real iqtisadi nəticələrə çevirməkdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 754 Tarix: 12 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda süni intellektin inkişafı üçün nə çatışmır?
Bu gün Azərbaycanda süni intellekt sahəsində mühüm addımlar atılır və bu istiqamətdə müsbət irəliləyişlər müşahidə olunur. Lakin etiraf etməliyik ki, biz hələ daha çox süni intellektdən istifadə edən ölkələr sırasındayıq, onu inkişaf etdirən və qlobal bazara çıxaran ölkələr arasında isə hələ təmsil olunmuruq
13.11.2026 290 Bazar günü hava belə olacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
13:57 101 Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçü
13.11.2026 391 Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı
Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd
11:30 195 Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU
Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi
13.11.2026 330 "Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"
Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula
13.11.2026 477 Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi
Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon
11:15 170 Naxçıvanda qəzaya düşən deputat kimdir?
Naxçıvanda baş verən yol qəzasında deputatın da içində olduğu maşın aşıb, bir nəfər ölüb. BİG.AZ -a istinadla xəbər verir ki, avtomobilin aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalovdur. Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisini
10:27 177 Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı
Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın
14:46 0