ABŞ-da imzalanan sənəd Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

ABŞ-da imzalanan sənəd Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyubAzərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin bir il əvvəl Amerika Birləşmiş Ştatlarında paraflanması və bu prosesdə ABŞ Prezidentinin iştirak etməsi 2020-ci ildən etibarən davam edən sülh prosesinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Çünki Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra sülhə aparan yolda həm bölgədə, həm də beynəlxalq müstəvidə çox ciddi maneələr mövcud idi.
Həmin maneələr bir tərəfdən işğalın yaratdığı reallıqlardan qaynaqlanırdısa, digər tərəfdən ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların sülh prosesinə müdaxilə cəhdləri ilə müşayiət olunurdu. Müxtəlif siyasi mərkəzlər vasitəçilik adı altında prosesdə iştirak etməyə çalışsalar da, əsl məqsəd regionda uzunmüddətli sülhün təmin olunmasından daha çox öz geosiyasi maraqlarını reallaşdırmaq idi.
Azərbaycan sülh yolunda qarşıya çıxan əsas maneələri mərhələli şəkildə aradan qaldırmağı bacardı. Bu baxımdan 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri xüsusi əhəmiyyət daşıyırdı. Həmin tədbirlər nəticəsində Azərbaycanın suverenliyi ölkənin bütün ərazisində tam bərpa olundu və ərazidə sülhə mane ola biləcək hərbi-siyasi amillər tamamilə aradan qaldırıldı. Bundan sonra da bəzi xarici güclər və beynəlxalq təsisatların prosesə təsir göstərmək cəhdləri davam edirdi. Bu istiqamətdə Fransa, İran, Rusiya, eləcə də Avropa İttifaqı Şurası və onun Prezidenti Şarl Mişel müxtəlif təşəbbüslərlə çıxış edirdilər. Lakin bu təşəbbüslərin hər birində müəyyən manipulyativ elementlər mövcud idi. Onlar zahirən sülhün tərəfdarı kimi çıxış etsələr də, əslində regionda siyasi və geosiyasi maraqlarını təmin etməyə çalışırdılar. Hesab edirəm ki, Prezident İlham Əliyev bu mürəkkəb geosiyasi şəraitdə strateji baxımdan olduqca mühüm və uzaqgörən addımlar atdı. Azərbaycan bütün vasitəçiləri mərhələli şəkildə prosesdən kənarlaşdırmağa nail oldu və Ermənistanla birbaşa danışıqlar nəticəsində sülh sazişinin mətnini paraflanma mərhələsinə çatdırdı. ABŞ-də paraflanan sənəd məhz bu siyasi xəttin nəticəsi idi.
Sülhün əldə olunması yalnız sənədin paraflanması ilə yekunlaşmır. Davamlı sülhün əsas şərtlərindən biri regionda bütün nəqliyyat və kommunikasiya xətlərinin açılması, iqtisadi inteqrasiyanın təmin olunması və qarşılıqlı əməkdaşlıq mühitinin formalaşdırılmasıdır. Azərbaycan ötən dövr ərzində bu istiqamətdə də mühüm təşəbbüslərlə çıxış edib. Ermənistanın uzun illər həyata keçirdiyi işğalçılıq siyasətinin nəticəsində yaranmış blokada vəziyyətinin aradan qaldırılması üçün Azərbaycan üzərinə düşən addımları atıb, regional ticarət əlaqələrinin bərpasına və inteqrasiyanın genişlənməsinə töhfə verməyə çalışıb. Paraflanmış sülh sənədində ən mühüm məsələlərdən biri TRIPP marşrutu ilə bağlı razılaşmadır. Bu razılaşma gələcəkdə regionun geosiyasi və geoiqtisadi inkişafına ciddi təsir göstərəcək tarixi hadisə kimi qiymətləndirilə bilər. ABŞ-də sənəd paraflanana qədər müxtəlif vasitəçilər - Fransa, Rusiya, İran və Avropa İttifaqı Şurası Zəngəzur dəhlizi və ya TRIPP marşrutu üzərində təsir imkanları əldə etməyə çalışırdı. Bu cəhdlərin müəyyən elementləri bu gün də tam aradan qalxmayıb. Həmin dairələr marşrutun yalnız dəmir yolu əlaqəsi ilə məhdudlaşdırılmasını istəyirdi ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana avtomobil yolu ilə birbaşa çıxış təmin olunmasın və gələcəkdə bu amildən ölkəyə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etmək mümkün olsun. Bu gün isə artıq tamamilə fərqli mənzərə formalaşır. TRIPP marşrutu paralel nəqliyyat-kommunikasiya xətlərini nəzərdə tutur. Buraya dəmir yolu, avtomobil yolu, optik kabel infrastrukturu daxildir. Azərbaycanın xarici işlər naziri də çıxışlarının birində qeyd edib ki, gələcəkdə bu marşrut tranzit neft və qaz kəmərlərinin çəkilməsi üçün də mühüm dəhliz rolunu oynaya bilər.
Bu perspektivlər regionda sülhü daha cəlbedici edir və iqtisadi əməkdaşlığın miqyası genişləndikcə prosesə qoşulmamaq faktiki olaraq mümkün olmayacaq. Burada təhlükəsizlik təminatları da xüsusi əhəmiyyət kəsb edir və bu baxımdan TRIPP marşrutu ilə bağlı ABŞ-nin mövqeyi mühüm rol oynayır. Artıq layihələndirmə işləri sürətlə davam edir, marşrutun həyata keçirilməsi üçün ABŞ tərəfindən transmilli şirkət müəyyənləşdirilib və bu istiqamətdə praktik hazırlıq mərhələsinə başlanılıb. Proses yaxın perspektivdə sülhün əldə olunmasını və kommunikasiyaların açılmasını daha da sürətləndirə bilər. Bunun üçün Ermənistan da üzərinə düşən öhdəlikləri yerinə yetirməli, Azərbaycana qarşı ərazi iddialarını öz Konstitusiyasından çıxarmalıdır. Hazırkı mərhələdə də müəyyən marjinal qruplar və imperialist düşüncəli siyasi mərkəzlər sülh sazişinin imzalanmasına mane olmağa çalışır. Sülh sazişi imzalandıqdan sonra hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməlidir. Bu mərhələdən sonra sənəd dövlətlərarası hüquqi razılaşma olmaqla yanaşı, faktiki olaraq xalqlar arasında qəbul edilmiş siyasi razılaşma statusu qazanacaq. Çünki parlamentlər xalqın seçdiyi nümayəndələrdən ibarətdir və onların ratifikasiya etdiyi sənədlər xalq iradəsini ifadə edir. Sülhün əldə olunmasını istəməyən qüvvələr hələ də mövcuddur. Lakin hesab edirəm ki, Azərbaycanın prinsipial və ardıcıl mövqeyi bu prosesi artıq geri dönməz mərhələyə çatdırıb. Ermənistan da üzərinə düşən son öhdəlikləri yerinə yetirdikdən sonra regionda davamlı sülhün əldə olunması mümkün olacaq.

Aysel Mənsimova - politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 860   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU

Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi

13.11.2026 330
.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 175
.

Azərbaycanlı reper qıza 5 il həbs istənildi

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub. Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələr

13.11.2026 421
.

Uşaqların müdafiəsi, ailə və insan hüquqları: Həssas mövzuya balanslı yanaşma

Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda müxtəlif ictimai və hüquqi yanaşmaların ortaya çıxdığı mövzulardan biridir. Bu barədə danışarkən insanları təhqir etmək, damğalamaq və ya qarşı tərəfi ittiham etmək əvəzinə, məsələnin mahiyyətin

13.11.2026 288
.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR

"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy

14:36 0
.

Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

13.11.2026 109
.

Bazar günü hava belə olacaq

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

13:57 101
.

Pirquluda qış mənzərəsi... - Fotolar

Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək

11:56 182
.

Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı

Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın

14:46 0
.