Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə

Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisəSon illər Cənubi Qafqaz bölgəsində baş verən proseslər göstərir ki, regionun gələcək təhlükəsizliyinin artıq hərbi qarşıdurma deyil, siyasi razılaşmalar, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq əlaqələri müəyyənləşdirir. Bununla əlaqədər bir il əvvəl, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanan sənədlər və əldə olunan siyasi razılaşmalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində yeni mərhələnin əsasını qoymaqla yanaşı, regionun geosiyasi mənzərəsinə də əhəmiyyətli təsir göstərən addım kimi qiymətləndirilir.
Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda Azərbaycanın irəli sürdüyü sülh gündəliyi beynəlxalq müzakirələrin əsas mövzularından birinə çevrilib. Rəsmi Bakı ilk gündən bəyan edib ki, müharibənin nəticələri siyasi masada hüquqi çərçivəyə salınmalı, dövlətlərarası münasibətlər beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməlidir. Sonrakı mərhələdə irəli sürülən beş baza prinsipi isə iki ölkə arasında sülh sazişinin hüquqi-siyasi təməlini formalaşdıran əsas konsepsiya kimi diqqət çəkib. Vaşinqtonda keçirilən görüşlər və imzalanan sənədlər isə həmin prosesin növbəti mühüm mərhələsi kimi tarixə düşüb. ABŞ-nin vasitəçilik səyləri, Prezident Donald Trampın prosesə göstərdiyi siyasi dəstək, tərəflər arasında aparılan intensiv diplomatik təmaslar və liderlər arasında formalaşan birbaşa dialoq sülh gündəliyinin irəliləməsində mühüm amillərdən biri kimi dəyərləndirilir. Bu mərhələdə Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasət kursu, beynəlxalq tərəfdaşlarla qurduğu siyasi münasibətlər və ardıcıl diplomatik xətt isə regionda yeni status-kvonun formalaşmasına təsir edən əsas amillər sırasında göstərilir.
Həmin sammit təkcə iki ölkə rəhbərinin növbəti görüşü deyildi. O, Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə kimi yadda qaldı. Vaşinqtonda aparılan danışıqlar bir daha göstərdi ki, tərəflər arasında dialoq davam edir və bölgənin gələcəyini qarşıdurma deyil, əməkdaşlıq üzərində qurmaq mümkündür.
Vaşinqton sammitindən ötən dövr ərzində Cənubi Qafqazda baş verən proseslər bir daha göstərdi ki, region yeni inkişaf mərhələsinə qədəm qoyub. Dünya artıq Cənubi Qafqaza münaqişəli bölgə deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika məkanı kimi baxır. Bu isə bütün region ölkələri üçün yeni imkanlar yaradır. Məhz bu baxımdan ABŞ Prezidenti Donald Trampın şərəfinə adlandırılmış TRIPP (Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu) layihəsi də diqqət mərkəzindədir. Layihənin əsas məqsədi regionda sülhü möhkəmləndirməklə yanaşı, yeni iqtisadi əlaqələrin formalaşdırılmasına, yükdaşımaların genişlənməsinə və Cənubi Qafqazın qlobal ticarət marşrutlarında rolunun artmasına töhfə verməkdir.
Vaşinqtonda əldə olunan razılaşmalar təkcə diplomatik nəticə deyil, həm də uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Son illər sərhədlərin delimitasiyası istiqamətində əldə olunan razılaşmalar, diplomatik dialoqun davam etdirilməsi, kommunikasiyaların açılması ilə bağlı müzakirələrin intensivləşməsi və regionda etimad mühitinin formalaşdırılması bu siyasətin konkret nəticələri kimi qiymətləndirilə bilər. Vaşinqtonda qəbul olunan sənədlərdə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və dövlətlərin suverenliyinə hörmət prinsiplərinin bir daha təsdiqlənməsi gələcək münasibətlərin hansı əsaslar üzərində qurulacağını nümayiş etdirib.
Təhlükəsiz region daha çox investisiya cəlb edir, yeni nəqliyyat marşrutlarının yaranmasına şərait yaradır və biznes mühitinin inkişafına təkan verir. Cənubi Qafqazın Avropa ilə Asiya arasında mühüm tranzit məkanına çevrilməsi perspektivi də məhz uzunmüddətli sülhdən keçir. Bu baxımdan Vaşinqton görüşünün nəticələri yalnız bugünkü siyasi reallıqlarla deyil, gələcək onilliklərin inkişaf strategiyası ilə də əlaqələndirilir.
Bir il əvvəl Vaşinqtonda atılan addımların nəticələri bu gün də Cənubi Qafqazda gedən siyasi proseslərin əsas müzakirə mövzularından biri olaraq qalır. Sülh gündəliyinin irəliləməsi, regional əməkdaşlıq imkanlarının genişlənməsi və yeni iqtisadi-kommunikasiya layihələrinin gündəmə gəlməsi göstərir ki, əldə olunan razılaşmalar təkcə həmin dövrün diplomatik nailiyyəti deyil, həm də regionun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm mərhələlərdən biridir.
Qarşıdakı dövrdə əsas məsələ əldə olunmuş razılaşmaların praktiki icrası, yekun sülh müqaviləsinin imzalanması və qarşılıqlı öhdəliklərin yerinə yetirilməsidir. Əminliklə qeyd edə bilərik ki, bu prosesin uğurla başa çatması Cənubi Qafqazda uzunmüddətli sabitliyin möhkəmlənməsinə, iqtisadi inteqrasiyanın dərinləşməsinə və regionun beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə mühüm töhfə verəcək.
Vaşinqtonda keçirilən tarixi görüşdən bir il sonra, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Telefon söhbəti zamanı Vaşinqton sülh zirvəsi və ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin və Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı sazişin paraflanmasının regionda münaqişəyə son qoyduğu və sülhü təsbit etdiyi vurğulanıb.
Dövlətimizin başçısı Vaşinqton sülh zirvə görüşünə ev sahibliyi etməsinə və sülh gündəliyinə verdiyi töhfələrə görə Donald Trampa minnətdarlığını bildirib. Eyni zamanda, Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib.
İki dövlət başçısının telefon danışığı zamanı Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana daşınması, iki ölkə arasında ticarət əlaqələrinin başlanması müsbət hallar kimi qeyd edilib, TRIPP layihəsinin regional bağlantılar baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycan ərazisində nəqliyyat infrastrukturu işlərinin başa çatmaq mərhələsində olduğu bildirilib.
Yekun olaraq, qeyd edək ki, 8 avqust Vaşinqton Zirvəsi və imzalanmış Birgə Bəyannamə ilə Azərbaycanın regionda yaratdığı status kvo bir daha təsbit olundu, beynəlxalq ictimaiyyət, xüsusilə də ABŞ bu yeni reallığı qəbul etdi. Müharibədə qalib gəlmiş Prezident İlham Əliyev sülhü də qazandı.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 828   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU

Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi

13.11.2026 330
.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 175
.

Azərbaycanlı reper qıza 5 il həbs istənildi

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub. Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələr

13.11.2026 421
.

Uşaqların müdafiəsi, ailə və insan hüquqları: Həssas mövzuya balanslı yanaşma

Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda müxtəlif ictimai və hüquqi yanaşmaların ortaya çıxdığı mövzulardan biridir. Bu barədə danışarkən insanları təhqir etmək, damğalamaq və ya qarşı tərəfi ittiham etmək əvəzinə, məsələnin mahiyyətin

13.11.2026 288
.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR

"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy

14:36 0
.

Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

13.11.2026 109
.

Bazar günü hava belə olacaq

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

13:57 101
.

Pirquluda qış mənzərəsi... - Fotolar

Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək

11:56 182
.

Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı

Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın

14:46 0
.