Pensiyalarla bağlı İLK DƏFƏ AÇIQLANDI - Dəyişiklik edilir?
Azərbaycanda yaşlı, ağır xəstə və əlilliyi olan şəxslər üçün baxım sosial sığorta sisteminin yaradılması məqsədəuyğun olardı.
Bunu Modern.az-a açıqlamasında iqtisadçı Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, belə sistem uzun illərdir Avropa ölkələri və ABŞ-da tətbiq olunur və insanların uzunmüddətli gündəlik qayğıya olan ehtiyaclarının qarşılanmasına xidmət edir.
"İnsan yaşlandıqca həm qulluq, həm maddi, həm də tibbi baxımdan ehtiyacları artır. Xüsusilə qulluq məsələsi çox önəmlidir. Belə bir sistemin Azərbaycanda da tətbiqi yaxşı olardı", - deyə o bildirib.
İqtisadçı qeyd edib ki, Azərbaycanda yaşlı insanlar üçün sosial xidmət müəssisələri fəaliyyət göstərsə də, hər kəs həmin müəssisələrdə yaşamaq istəmir.
"Elə insanlar var ki, evini tərk etmək istəmir və öz evində qalmağa üstünlük verir. Belə şəxslərin ev şəraitində qulluq, tibbi xidmət və digər ehtiyaclarının qarşılanması üçün baxım sosial sığorta sisteminin tətbiqi faydalı ola bilər", - V.Əhmədov vurğulayıb.
O hesab edir ki, bu sistem xüsusilə ağır xəstələr və əlilliyi olan şəxslər üçün daha əlverişli olar.
Vahid Əhmədov bildirib ki, pensiya sistemində də dəyişikliklərə ehtiyac var.
"İnsanlar pensiyaya çıxana qədər sosial sığorta haqqı ödəyirlər və onların fərdi hesablarında vəsait toplanır. Elə insanlar var ki, həmin hesabda 200-400 min manat vəsaiti formalaşıb. Hesab edirəm ki, pensiyaya çıxdıqdan sonra həmin vəsaitin müəyyən hissəsindən öz ehtiyaclarını ödəmək üçün istifadə edə bilməlidirlər. Çünki bu, onların öz əməyi hesabına yığılan vəsaitdir", - deyə o bildirib.
İqtisadçı əlavə edib ki, Azərbaycanın maliyyə imkanları belə bir modelin mərhələli şəkildə tətbiqinə şərait yaradır.
"Azərbaycanda maliyyə vəziyyəti normaldır. Belə islahatları birdən-birə deyil, mərhələli şəkildə həyata keçirmək mümkündür. Bununla yanaşı, yaşlılar, əlillər və ağır xəstələrə dövlət dəstəyinin daha da genişləndirilməsinə ehtiyac var", - Vahid Əhmədov qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 928 Tarix: 09 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU
Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi
13.11.2026 330 20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi
44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların
11:11 175 Azərbaycanlı reper qıza 5 il həbs istənildi
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub. Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələr
13.11.2026 421 Uşaqların müdafiəsi, ailə və insan hüquqları: Həssas mövzuya balanslı yanaşma
Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda müxtəlif ictimai və hüquqi yanaşmaların ortaya çıxdığı mövzulardan biridir. Bu barədə danışarkən insanları təhqir etmək, damğalamaq və ya qarşı tərəfi ittiham etmək əvəzinə, məsələnin mahiyyətin
13.11.2026 288 Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR
"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy
14:36 0 Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar
13.11.2026 109 Bazar günü hava belə olacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
13:57 101 Pirquluda qış mənzərəsi... - Fotolar
Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək
11:56 182 Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı
Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın
14:46 0