ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
ABŞ Silahlı Qüvvələri ölkənin "AeroVironment" texnologiya şirkəti ilə 400 milyon dollar dəyərində "Locust" dron əleyhinə lazer sistemlərinin tədarükünə dair ilk müqaviləni imzalayıb.
Oxu.Az bildirir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib.
Agentliyin məlumatına əsasən, Pentaqon hərbi münaqişələrdə getdikcə daha geniş istifadə olunan pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün əlçatan və effektiv vasitələr axtarır. Meksika ilə sərhəddə "Locust" sisteminin sınaqları zamanı "dost atəşi" insidentinin baş verməsinə baxmayaraq, Pentaqon bu qurğulardan onlarla ədəd satın almağı planlaşdırır.
Cari ilin yanvar ayında Pentaqon rəhbəri Pit Heqset tam məxfi "Locust" lazer sisteminin El-Paso (Texas) şəhərindəki Fort-Bliss bazasında istifadə olunması üçün ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinə təhvil verilməsini təsdiqləmişdi.
Fevral ayında "The Wall Street Journal" qəzeti xəbər vermişdi ki, sərhədçilər bir neçə hava şarını narkotik alverçilərinin dronları zənn edərək lazer silahı ilə vurublar. Hadisə El-Paso və Nyu-Meksiko ştatının cənubunun böyük hissəsi üzərində hava məkanının bağlanmasına səbəb olmuşdu.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 104 Tarix: 09 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyə Qara dənizə ticarət gəmilərinin keçidini məhdudlaşdırır
Türkiyə hökuməti bölgədə Rusiya və Ukrayna tərəfindən gəmilərə edilən hücumların intensivləşməsindən narahat olduğu üçün ticarət gəmilərinin Qara dənizə keçidinə məhdudiyyətlər tətbiq edir. xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat yayıb. Türkiyənin Sahil Mühafizəs
11:15 147 Kredit kartı şifrəsində "0" rəqəmi olanlara XƏBƏRDARLIQ EDİLDİ
Mütəxəssislər kart şifrələrində "0" rəqəminin istifadə edilməməli olduğunu vurğulayırlar. Təxmin edilməsi asan ardıcıllıqlarda və doğum tarixlərində tez-tez istifadə edilən bu rəqəm kiber dələduzların ilk hədəfi olur. xəbər verir ki, kiber təhlükəsizlik və bankçılıq mütəxəssisləri kredit v
11:01 272 Gürcüstan və İran kriptobirjaları ABŞ sanksiyalarına məruz qaldı
ABŞ Maliyyə Nazirliyi Gürcüstanın "Shelbit" və İranın "Aban Tether" kriptobirjalarına qarşı sanksiyalar tətbiq edib. ABŞ hakimiyyətinin versiyasına görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu şirkətlərdən pulların yuyulması və ABŞ sanksiyalarından yayınmaq üçün istifad
19:20 0 Buzlaqlar əriyir, təhlükəli civə okeana yayılır - Alimlərdən HƏYƏCAN TƏBİLİ
Qlobal istiləşmə nəticəsində Antarktida yarımadasındakı buzlaqların əriməsi uzun illər buz altında qalmış civənin Cənub okeanına daha sürətlə yayılmasına səbəb olur. xəbər verir ki, bu barədə "PNAS" elmi jurnalında dərc olunan araşdırmada bildirilir. Alimlərin apardıqları analizlər göstəri
16:30 112 İspaniya İtaliyadan gələnlər üçün sərhəd yoxlamalarına başlayır
İspaniya hökuməti İtaliyadan gələn səyahətçilər üçün liman və hava limanlarında daxili sərhəd nəzarətini müvəqqəti olaraq tətbiq etmək qərarına gəlib. bu barədə "El País" qəzetinə istinadən xəbər verir. Nəşrin məlumatına görə, nəzarət tədbirləri avqustun 8-dən qüvvəyə minəcək və səyahətçiləri
18:30 0 İrandan Azərbaycana gətirilən narkotiki satmaq istəyən şəxslər saxlanılıb
Bakının Sabunçu rayonunda 29 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, narkokuryerlik etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sənan Mirzəyev və tanışı olan qadın saxlanılıb. Onlardan ümumilikd
14:40 139 Azərbaycanda əhalinin yarısı bundan əziyyət çəkir
Azərbaycanda 15 yaşdan yuxarı əhalinin yalnız 40.4 faizi normal bədən kütlə indeksinə (BKİ) malikdir. Əhalinin böyük hissəsi isə artıq çəki və piylənmə kateqoriyasına daxildir. BİG.AZ -a istinadla xəbər verir ki, 15 yaşdan yuxarı əhalinin 48.2 faizi artıqçəkilidir (BKİ 26-30), 10 faizi isə piylənmədə
10:45 163 Zülqədr: ABŞ-nin siyasəti dəyişməsə, Hörmüz boğazı açılmayacaq
ABŞ İrana qarşı siyasətini, atdığı addımları dəyişməsə, Hörmüz boğazı açılmayacaq. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zülqədr deyib. "Amerika davranışını düzəltməyənə qədər Hörmüz boğazı açılmayacaq", - o bildirib
13:40 165 Nepalda bir il əvvəl itkin düşmüş alpinistlərin olduğu ehtimal edilən meyitlər aşkarlanıb
Nepal xilasediciləri ötən ilin noyabrında qar uçqunundan sonra beş alpinistin itkin düşdüyü Yalunq-Ri dağı ərazisində beş meyit aşkarlayıblar. Tapılan meyitlərin itkin düşmüş idmançılara aid olub-olmadığı hələlik müəyyən edilməyib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, itki
16:50 97