İranda gizlənən həqiqətlər - Ölkəni kim idarə edir və rejimi nə gözləyir?

İranda gizlənən həqiqətlər - Ölkəni kim idarə edir və rejimi nə gözləyir?Ötən həftə İranın keçmiş ali rəhbəri ayətullah Əli Xameneinin Məşhəd şəhərində baş tutan dövlət dəfn mərasimi İslam Respublikasında hakimiyyətin varisliyini və rejimin gücünü nümayiş etdirmək məqsədi daşıyırdı. Lakin bu ciddi şəkildə səhnələşdirilmiş mərasimin arxasında çox mühüm suallar dayanır: İranda real hakimiyyət indi kimin əlindədir və teokratik rejimin gələcəyi necə olacaq?

Mərasimdə ən diqqətçəkən məqamlardan biri Əli Xameneinin oğlu və onun rəsmi varisi sayılan Müctəba Xameneinin xalq qarşısına çıxmaması olub. "The New York Times" qəzetinin məlumatına görə, Müctəba Xamenei İsrailin mümkün hava zərbəsindən qorxduğu üçün atasının Tehrandakı dəfnində də iştirak etməyib. Mənbələr onun fevralın 28-də aldığı yaralardan sonra ictimaiyyət arasında demək olar ki, görünmədiyini və bunun ölkənin gələcək rəhbərliyi ətrafında qeyri-müəyyənliyi artırdığını bildirirlər.

Dəfn mərasimlərinin başa çatması ABŞ və İran arasındakı kövrək atəşkəsin pozulması dövrünə təsadüf edib. İranın Hörmüz boğazında ticarət gəmilərinə hücumlarına cavab olaraq, ABŞ iyun ayında imzalanmış memorandumdan bəri ilk dəfə İran ərazisinə zərbələr endirib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 13-nə keçən gecə İranın hava hücumundan müdafiə sistemlərinə, radar postlarına və raket komplekslərinə zərbələr endirildiyini açıqlayıb.

İyulun 14-nə keçən gecə də davam edən zərbələrin ardınca ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında İranın blokadasını bərpa etdiyini bəyan edib: "Hörmüz boğazı İranla və ya İransız açıq qalıb və açıq qalacaq. Biz İranın blokadasını bərpa edirik, çünki bu, yalnız İran gəmilərinə və onunla əlaqəli müştərilərə aiddir". Tramp həmçinin əlavə edib ki, beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etmək müqabilində digər zəngin ölkələr ABŞ-yə böyük pullar ödəməli olacaqlar.

İrandakı mövcud vəziyyəti şərh edən Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin elmi işçisi Zineb Ribua bildirib ki, ayətullah Xameneinin təmtəraqlı dəfni real gücdən daha çox, rejim daxilindəki böhranı gizlətmək və daxili auditoriyaya "sabitlik" görüntüsü vermək cəhdi idi:

"ABŞ və İsrailin İrana qarşı keçirdiyi "Dastanvari Qəzəb" (Epic Fury) əməliyyatı bu rejimin nə qədər zəif olduğunu göstərdi. İranın proksi qüvvələrinin çoxu yararsız vəziyyətə düşdü. Yəməndəki husilər ABŞ-yə qarşı genişmiqyaslı hücumlara qoşulmadı, 'Hizbullah' İsraillə müharibədə batıb qaldı, Suriya isə artıq İran üçün əvvəlki logistik baza deyil. Tehrana yalnız informasiya müharibəsi və "yumşaq güc" alətləri qalıb".

Ekspert qeyd edir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərar qəbuletmə prosesindəki rolu əhəmiyyətli dərəcədə artıb, lakin bu struktur daxilində də ciddi fikir ayrılıqları mövcuddur. Məsələn, prezident Məsud Pezeşkianın ABŞ-la danışıqlarda mövqeyi ilə SEPAH-ın mövqeyi fərqlənir. Eyni zamanda, parlament sədri Məhəmməd Baqer Qalibafın ambisiyaları SEPAH daxilindəki digər qruplarla toqquşur.

Digər tərəfdən, SEPAH-ın daxilində iqtisadi və maliyyə böhranı hökm sürür. Müharibə zamanı SEPAH əsgər çatışmazlığı səbəbindən uşaqları orduya cəlb etməyə başlayıb. Həmçinin ordu daxilində zabitlərin maaşlarının vaxtında verilməməsi, eyni zamanda "Hizbullah" döyüşçülərinə maliyyə ayrılması daxili narazılığı pik həddə çatdırıb.

Z.Ribuaya görə, İranın regional təcriddə olması artıq inkaredilməz faktdır: "İran qonşu ərəb ölkələrinə, o cümlədən BƏƏ, Qətər və Səudiyyə Ərəbistanına zərbələr endirdi. Onlar ərəb dünyasını öz tərəflərinə çəkə bilmədilər. Riyad və ya Dubayda ABŞ-İsrail əməliyyatına qarşı heç bir etiraz aksiyası keçirilmədi".

Ölkə daxilində isə iqtisadi çöküş, sürətli inflyasiya və su çatışmazlığı fonunda əhalinin rejimə qarşı qəzəbi artır. Yanvar ayında baş verən kütləvi etiraz aksiyalarından bəri rejim daha sərt repressiyalara, məhkəməsiz edamlara əl atır. Lakin insanlar artıq ölməyə hazırdırlar, çünki rejimin onlara təklif etdiyi yeganə şey - 1979-cu il inqilabının bitmək bilməyən davamıdır. Halbuki qonşu regionlar, məsələn, Azərbaycan və Ermənistan sülhə, ticarətin genişləndirilməsinə və modernləşməyə doğru gedir, Körfəz ölkələrinin iddialı inkişaf proqramları var. İranda isə nəsillər arası uçurum dərinləşir və teokratik idarəetmənin buna cavabı yoxdur.

Ekspert hesab edir ki, ABŞ və müttəfiqləri sıravi İran xalqına zərər vurmadan rejimə təzyiqi artırmaq üçün ilk növbədə Çinə təzyiqləri gücləndirməlidir: "İran neftinin 90 faizi Çinə gedir. Pekin həmçinin İrana raket və dron komponentləri tədarük edir. ABŞ Çinin sanksiyalardan yayınaraq ucuz İran neftini almasının qarşısını qətiyyətlə almalıdır".

Sonda ekspert vurğulayır ki, ABŞ-nin hərbi zərbələri ilə yanaşı, Maliyyə Nazirliyinin SEPAH-ın Dubay və digər mərkəzlərdəki gizli bank sistemini hədəf alması rejimə ağır zərbə vurub. Lakin İranın hələ də nüvə ambisiyaları və Körfəz ölkələrini təhdid edən raket arsenalı tam sıradan çıxarılmayıb, bu istiqamətdə təzyiqlər davam etdirilməlidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 762   Tarix: 14 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı

Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri

18:30 0
.

"Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların

17:20 116
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 345
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

11:15 220
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

13.11.2026 318
.

Qardaş 13 yaşlı bacısını bıçaqladı

Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala

10:58 283
.

16 il axtarıldı, sonda bir qadın yaxalatdı - Məşhur cinayətkarın HEKAYƏSİ

Dünyanın ən güclü xüsusi xidmət orqanlarının illərlə axtardığı, milyonlarla dollar mükafat qoyulan, dəfələrlə izini itirən cinayətkarlar var. Onların arasında amerikalı mafiya başçısı Ceyms "Uayti" Balcerin (James "Whitey" Bulger) həyatı xüsusilə diqqət çəkir. O, 16 il ərzində AB

13.11.2026 371
.

Bazar günü hava belə olacaq

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

13:57 195
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 231
.