Nazirlər Kabinetindən məktəbli formaları ilə bağlı yeni qərar - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Nazirlər Kabinetindən məktəbli formaları ilə bağlı yeni qərar - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMəktəblərdə şagirdlərin geyimi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib. Nazirlər Kabinetinin yeni qərarı ilə məktəbli formasının vahidliyini pozan geyim elementlərinin istifadəsinə məhdudiyyət qoyulub.

Qərarda valideynlərin də övladlarının müəyyən edilmiş geyim tələblərinə riayət etməsini təmin etməli olduğu qeyd olunub.
Nazirlər Kabinetindən məktəbli formaları ilə bağlı yeni qərar - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Əlmusa Atamaliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, mən hesab edirəm ki, vahid məktəbli forması məsələsinə yalnız geyim məsələsi kimi yanaşmaq düzgün deyil. Burada söhbət, əslində, məktəbdə formalaşdırmaq istədiyimiz mühitdən, uşaqlar arasında münasibətlərdən və təhsil fəlsəfəsindən gedir. Onun sözlərinə görə, məktəb hər şeydən əvvəl uşaqların özlərini rahat, təhlükəsiz və bərabər hiss etdikləri bir mühit olmalıdır: "Şagirdin hansı ailədən gəlməsi, valideynlərinin maddi imkanlarının hansı səviyyədə olması onun məktəbdəki mövqeyinə və digər uşaqlardan fərqlənməsinə səbəb olmamalıdır. Vahid məktəbli forması bu baxımdan müəyyən qədər sosial fərqlərin görünürlüğünü azaltmağa və uşaqlar arasında bərabərlik hissini gücləndirməyə xidmət edə bilər.

Uşaqlar məktəbə təhsil almağa gedirlər. Təbii ki, onların geyim zövqləri və fərdi seçimləri ola bilər, amma məktəb mühitinin də öz qaydaları olmalıdır. Necə ki, məktəbdə dərsə vaxtında gəlmək, daxili intizam qaydalarına riayət etmək tələb olunur, geyim məsələsində də müəyyən ümumi standartın olması normaldır.

Burada başqa vacib məqam da ondan ibarətdir ki, vahid forma uşağın şəxsiyyətini və fərdiliyini aradan qaldırmamalıdır. Məktəbli forması rahat, praktik, uşağın yaş xüsusiyyətlərinə uyğun və gündəlik istifadəyə yararlı olmalıdır. Forma sırf formal tələbə çevrilərsə və uşağın rahatlığı nəzərə alınmazsa, bu zaman onun məqsədi ilə tətbiqi arasında müəyyən ziddiyyət yarana bilər.

Hesab edirəm ki, bu məsələdə valideynlərin sosial və iqtisadi imkanları da mütləq nəzərə alınmalıdır. Məktəbli formasının ailələr üçün əlavə və ağır maliyyə yükünə çevrilməməsi vacibdir. Forma sadə, əlçatan və mümkün qədər ilboyu praktik istifadə edilə bilən prinsiplər əsasında müəyyənləşdirilməlidir.Eyni zamanda, məktəbli geyimi dünyəvi və inklüziv təhsil mühitinin prinsiplərinə uyğun olmalıdır. Məktəb bütün uşaqlar üçün ortaq məkandır və burada əsas məqsəd heç bir şagirdin mənşəyinə, sosial statusuna və ailəsinin imkanlarına görə fərqləndirilməməsidir.

Məncə, ən vacib məsələ qaydanın özündən daha çox onun necə tətbiq olunmasıdır. Uşaqlara forma geyinmək sadəcə "qayda belədir" yanaşması ilə izah edilməməlidir. Onlara bunun məktəb mədəniyyətinin, kollektivə aidliyin və ümumi məsuliyyətin bir hissəsi olduğu izah edilməlidir.

Vahid məktəbli formasını mən təhsil prosesinin əsas məqsədi kimi deyil, məktəb mühitinin təşkilinə xidmət edən vasitələrdən biri kimi qiymətləndirirəm. Əsas olan uşağın məktəbdə özünü təhlükəsiz, rahat və bərabər hiss etməsidir. Forma da məhz bu məqsədə xidmət etdiyi halda öz funksiyasını yerinə yetirir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 988   Tarix: 22 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şənbə günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76

13.11.2026 271
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 292
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 404
.

Uşaqların müdafiəsi, ailə və insan hüquqları: Həssas mövzuya balanslı yanaşma

Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda müxtəlif ictimai və hüquqi yanaşmaların ortaya çıxdığı mövzulardan biridir. Bu barədə danışarkən insanları təhqir etmək, damğalamaq və ya qarşı tərəfi ittiham etmək əvəzinə, məsələnin mahiyyətin

13.11.2026 275
.

Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib

Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib

13.11.2026 297
.

Ölən adama 24 il həbs cəzası verildi

Rusiyanın Vladivostok Doqquzuncu Kassasiya Məhkəməsi "Xərçəng kralı" kimi tanınan saxalinli iş adamı Oleq Kan barəsində çıxarılan 24 illik həbs hökmünü qüvvədə saxlayıb. xəbər verir ki, xərçəng qaçaqmalçılığı, cinayətkar birlik yaratmaq və vergidən yayınmaqda təqsirli bilinən sahibkar qiyab

13.11.2026 295
.

Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"

"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB

13.11.2026 330
.

Azərbaycanlı reper qıza 5 il həbs istənildi

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub. Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələr

13.11.2026 366
.

Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını

13.11.2026 264
.