ELMİN NURİ: "Uşaqların eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır"
Məktəblərdə şagirdlərin geyimi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib. Nazirlər Kabinetinin 21 sentyabr 309 nömrəli qərarı ilə məktəbli formalarının təsvirlərinə dəyişiklik edilib. Yeni qərarda vahid formanı pozan geyim elementləri ilə bağlı tələblər dəqiqləşdirilir.
Bəs dəyişikliklər məktəblərdə necə tətbiq olunacaq və yeni qaydalar valideyn və şagirdlər üçün nəyi dəyişəcək?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Elmin Nuri dəyişikliklərin məqsədi və məktəblərdə tətbiqi ilə bağlı fikirlərini bölüşüb:
"Nazirlər Kabinetinin "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərarı təhsil sahəsində uzun zamandır ki, müzakirə edilən və birmənalı qarşılanmayan vacib məsələyə tam aydınlıq gətirmiş oldu.
Əvvəlcə ondan başlayaq ki, məktəbli geyimi məsələsi yalnız geyim mövzusu deyil, həm də təhsil fəlsəfəsi və sosial adaptasiya məsələsidir.
Məktəb mühiti üçün məktəbli forması sadəcə, geyim tərzi yox, həm də tədris intizamının ayrılmaz tərkib hissəsidir. Bugün dünyanın bir çox yüksək inkişaflı təhsil ölkələrinə diqqət etsəniz, orada məktəbli formalarının necə vacib faktor olduğunu görə bilərsiniz. Məktəb bəlli geyim forması ilə şagirdlərin hər birini eyni intellektual çətir altına yığır, onlara eyni dəyərlərin tərkib hissəsi olma təlqinini aşılayır.
Bu səbəbdən də aiddiyatı dövlət qərarını daha çox məhz şagird psixologiyasına müsbət təsir mexanizmi kimi dəyərləndirməliyik.
Beynəlxalq standartlarda bir detala gəlin, xüsusi diqqət edək: yəqin, siz də müşahidə etmisiniz, istər təhsili güclü olan ölkələrdə, istər təhsili geri qalan yerlərdə, istər iqtisadi baxımdan zəngin, istərsə də kasıb dövlətlərdə - hər yerdə məktəblərdə vahid geyim formasından istifadə edilir. Sizcə, təkcə bu detal vahid şagird geyim formasının nə dərəcədə vacib olmasından xəbər vermirmi? " .
Ekspertin sözlərinə görə, vahid məktəbli formasının əsas məqsədlərindən biri şagirdlər arasında sosial fərqlərin geyim üzərindən nümayişinin qarşısını almaq və məktəbdə bərabər təhsil mühiti yaratmaqdır:
"Məktəbli forması təhsil müəssisəsində vahid və səliqəli görünüş mədəniyyətini təşviq edir. Məqsəd məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyətinin formalaşdırılmasıdır.
Amma bunlar məsələnin görünən tərəfidir. Amma məsələnin görünməyən daha vacib, şüuraltı təlqin tərəfi də var. Şagird psixologiyası bu detalı hamıdan əvvəl sezir, hiss edir. Bu, bərabərlikdən də yana, özünü məktəbin bir parçası, hissəsi kimi görmək düşüncəsidir. Məktəb bu zaman şagirdin gözündə vahid sistem kimi görünür. O sistemdə şagird "mən də varam" düşüncəsi ilə daha özgüvənli hərəkət edə bilir.
Uşaqların eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır, eyni zamanda şagirdlər arasında sosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır".
Lalə Məmmədova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 899 Tarix: 22 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞənbə günü hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76
13.11.2026 271 ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib
Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl
13.11.2026 292 Polad Həşimovun anasının vəziyyəti necədir?
Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs
13.11.2026 404 Uşaqların müdafiəsi, ailə və insan hüquqları: Həssas mövzuya balanslı yanaşma
Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda müxtəlif ictimai və hüquqi yanaşmaların ortaya çıxdığı mövzulardan biridir. Bu barədə danışarkən insanları təhqir etmək, damğalamaq və ya qarşı tərəfi ittiham etmək əvəzinə, məsələnin mahiyyətin
13.11.2026 275 Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
13.11.2026 297 Ölən adama 24 il həbs cəzası verildi
Rusiyanın Vladivostok Doqquzuncu Kassasiya Məhkəməsi "Xərçəng kralı" kimi tanınan saxalinli iş adamı Oleq Kan barəsində çıxarılan 24 illik həbs hökmünü qüvvədə saxlayıb. xəbər verir ki, xərçəng qaçaqmalçılığı, cinayətkar birlik yaratmaq və vergidən yayınmaqda təqsirli bilinən sahibkar qiyab
13.11.2026 295 Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"
"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB
13.11.2026 330 Azərbaycanlı reper qıza 5 il həbs istənildi
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub. Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələr
13.11.2026 366 Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını
13.11.2026 264