Sərnişinlərə bildiriş göndəriləcək - avtobuslarda yeni sistem tətbiq olunur - NƏQLİYYAT EKSPERTİNDƏN AÇIQLAMA

Sərnişinlərə bildiriş göndəriləcək - avtobuslarda yeni sistem tətbiq olunur - NƏQLİYYAT EKSPERTİNDƏN AÇIQLAMAİctimai nəqliyyatda sərnişinlərin rahatlığının artırılması istiqamətində yeni funksiyalar tətbiq edilir. "Biletim.az" portalında artıq seçilən reysdə boş yer olmadıqda, yer yarandığı zaman sərnişinə avtomatik bildiriş göndərilməsi mümkündür. Bu yenilik fonunda isə ictimai nəqliyyatın idarə olunması ilə bağlı daha bir dəyişiklik diqqət çəkir. Bəzi avtobusların test rejimində "brutto müqavilə" sisteminə keçdiyi bildirilir. Bəs bu sistem nədir və avtobusların fəaliyyətinə necə təsir göstərəcək? "Brutto müqavilə" sistemi nədir?
Yeni modeldə daşıyıcının gəliri yalnız avtobusa neçə sərnişin minməsindən asılı olmur.

Daşıyıcıya qət edilən məsafə, avtobusların sayı, hərəkət intervalı və göstərilən xidmətin keyfiyyəti kimi əvvəlcədən müəyyənləşdirilən göstəricilərə əsasən ödəniş edilir. Yəni sadə dillə desək, "nə qədər sərnişin daşıdın, o qədər qazandın" modeli əvəzinə "nə qədər keyfiyyətli və müəyyən edilmiş qrafikə uyğun xidmət göstərdin, ona uyğun ödəniş al" prinsipi tətbiq olunur. Hazırda AYNA-nın məlumatına görə, 130, 205, 211, 500 və 503 nömrəli marşrutlar "brutto müqavilə" sisteminə qoşulub və digər marşrutların da bu sistemə keçirilməsi nəzərdə tutulur.
Sərnişinlərə bildiriş göndəriləcək - avtobuslarda yeni sistem tətbiq olunur - NƏQLİYYAT EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı nəqliyyat eksperti Razil Nağıyev BiG.AZ-a açıqlamasında bildirdi ki, ictimai nəqliyyatda yeni rəqəmsal funksionallıqların tətbiqi sərnişinlərin bilet əldəetmə prosesini daha rahat və operativ edir. Onun sözlərinə görə, boş yer olmadığı halda bildiriş funksiyasının aktivləşdirilməsi sayəsində sərnişinlər seçdikləri reys üzrə yer yarandıqda avtomatik məlumatlandırılır: "Bu isə reyslərin davamlı şəkildə yoxlanılması ehtiyacını aradan qaldırır və sərnişinlərin vaxtına qənaət edir. Bu imkan həmçinin ləğv edilmiş biletlər nəticəsində yaranan boş yerlərin daha çevik satılmasına şərait yaradır. Şəxsiyyət vəsiqəsi məlumatlarının skan edilməsi, bir neçə sənədin sistemə əlavə olunması, gediş-gəliş biletlərinin birlikdə alınması və "myGov ID ilə giriş" funksiyası portalın istifadəsini daha sadə, sürətli və əlçatan edir. Nəticədə sərnişin məmnuniyyətinin yüksəlməsi, bilet satış prosesinin optimallaşdırılması və elektron xidmətlərin keyfiyyətinin artırılması mümkündür.

İctimai nəqliyyatda xidmətin davamlılığı və keyfiyyətinin təmin olunması baxımından brutto müqavilə modelinin tətbiqi də vacib addımdır. Bu modeldə daşıyıcının gəliri yalnız sərnişin sayından asılı olmur. Daşıyıcı əvvəlcədən müəyyən edilmiş marşrut, qrafik və xidmət standartlarına uyğun fəaliyyət göstərdiyi halda, qət etdiyi kilometr və yerinə yetirdiyi reyslər əsasında ödəniş alır.

Bu yanaşma xüsusilə axşam saatlarında və sərnişin axınının az olduğu marşrutlarda əhəmiyyət daşıyır. Mövcud kommersiya modelində sərnişin sayı azaldıqda reyslərin azaldılması, hərəkət intervalının artırılması və ya avtobusların xəttdən vaxtından əvvəl çıxarılması riski yarana bilər. Brutto modelində isə marşrutun kommersiya baxımından gəlirli olub-olmamasından asılı olmayaraq, müqavilədə nəzərdə tutulan xidmət tam şəkildə göstərilməlidir.

Model gedişhaqqı siyasətinin daha çevik qurulmasına da imkan verir. Daşıyıcının gəliri birbaşa bilet satışından asılı olmadıqda gündəlik, həftəlik, aylıq və illik paketlərin, tələbə və məktəblilər üçün güzəştlərin, eləcə də vahid və inteqrasiya olunmuş ödəniş sistemlərinin tətbiqi asanlaşır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 979   Tarix: 22 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şənbə günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76

13.11.2026 271
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 292
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 404
.

Uşaqların müdafiəsi, ailə və insan hüquqları: Həssas mövzuya balanslı yanaşma

Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda müxtəlif ictimai və hüquqi yanaşmaların ortaya çıxdığı mövzulardan biridir. Bu barədə danışarkən insanları təhqir etmək, damğalamaq və ya qarşı tərəfi ittiham etmək əvəzinə, məsələnin mahiyyətin

13.11.2026 275
.

Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib

Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib

13.11.2026 297
.

Ölən adama 24 il həbs cəzası verildi

Rusiyanın Vladivostok Doqquzuncu Kassasiya Məhkəməsi "Xərçəng kralı" kimi tanınan saxalinli iş adamı Oleq Kan barəsində çıxarılan 24 illik həbs hökmünü qüvvədə saxlayıb. xəbər verir ki, xərçəng qaçaqmalçılığı, cinayətkar birlik yaratmaq və vergidən yayınmaqda təqsirli bilinən sahibkar qiyab

13.11.2026 295
.

Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"

"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB

13.11.2026 330
.

Azərbaycanlı reper qıza 5 il həbs istənildi

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub. Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələr

13.11.2026 366
.

Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını

13.11.2026 264
.