AZƏR ALLAHVERƏNOV: "TDT 2009-cu ildə yaradılıb və biz 2029-cu ilə qədər çox ciddi hədəflərin müəyyən olunduğunu görürük"

AZƏR ALLAHVERƏNOV: "TDT 2009-cu ildə yaradılıb və biz 2029-cu ilə qədər çox ciddi hədəflərin müəyyən olunduğunu görürük"Türk Dövlətləri Təşkilatı son illərdə siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atır. Təşkilatın qarşıdakı dövr üçün əsas hədəfləri arasında Türk dünyası dövlətləri arasında əlaqələrin daha da dərinləşdirilməsi və uzunmüddətli strateji əməkdaşlığın gücləndirilməsi dayanır.

Bəs TDT-nin strateji hədəfi nədir və təşkilat hansı inkişaf yolu ilə irəliləyir?
AZƏR ALLAHVERƏNOV: "TDT 2009-cu ildə yaradılıb və biz 2029-cu ilə qədər çox ciddi hədəflərin müəyyən olunduğunu görürük"Milli Məclisin deputatı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının baş katibi Azər Allahverənov BiG.AZ-a açıqlaması zamanı TDT-nin strateji hədəfləri və gələcək inkişaf istiqamətləri barədə danışıb:

"Cənab Prezident Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik şuralarının katibləri ilə görüşən zaman çox vacib mesajlar səsləndirilib və bu mesajlar bilavasitə Türk Dövlətləri Təşkilatının inkişaf strategiyası ilə bağlı olan mesajlardır. Təbii ki bir çox aspektlərə toxunan cənab Prezident həm də xüsusi diqqəti birgə fəaliyyətlərin həyata keçirilməsinə və bu müstəvidə təhlükəsizlik məsələlərini də ön plana çıxarmış oldu. Burada əsas önəmli məsələ nədən ibarətdir? Çoxsaylı zirvə görüşləri keçirilir, əlavə platformalar yaradılır. Bəllidir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iştirakı ilə 30-dan çox platforma fəaliyyət göstərir və bu platformalar da gündəlik həyatın müxtəlif sahələrini əhatə edir. Burada parlamentlərarası əlaqələrdən başlayaraq türk mədəni irsinin qorunması, türk dünyası tədqiqatlarının aparılması, türk akademiyası səviyyəsində fəaliyyət göstərməsi və bundan da başqa media sahəsində hüquq-mühafizə orqanları arasında ombudsmanlar, o cümlədən dini qurumlar və kifayət qədər çox sayda platformalar var ki, bu platformaların da faktiki olaraq əsas fəaliyyəti türk dünyasının daha da inteqrasiya olunmasına nail olmaqdır" .

Millət vəkili vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığı təmin edən platformalara toxunub:

"Platformalar arasında, xüsusilə də vətəndaş cəmiyyəti institutları arasında olan platformalarda qeyd etmək istəyirəm. Çünki TDT üzv ölkələrinin vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin inkişaf etdirilməsi, dərinləşdirilməsi həm də bu müstəvidə ictimai diplomatiyanın geniş şəkildə bərqərar edilməsini zəruri edir və bu da təbii ki, bilavasitə qeyri-hökümət təşkilatları vasitəsilə həyata keçirilə biləcək bir fəaliyyətdir. Nəzərə alsaq ki, bu daimi əsaslarla fəaliyyət göstərən bir platformadır və onun da katibliyi məhz Bakı şəhərindədir və nəticə etibarilə biz görürük ki, qeyri-hökumət təşkilatları arasında olan əlaqələr, xüsusilə də iki,üç və çoxtərəfli layihələrin icra olunması üçün ciddi zəmin yaratmış olur və bu ictimai diplomatiya üzərindən həm də Türk Dövlətləri Təşkilatının müxtəlif sahələrdə inteqrasiya proseslərini də gücləndirmək mümkündür. Çünki faktiki olaraq qeyri-hökümət təşkilatları müxtəlif sahələrdə fəaliyyət göstərir və bu sahələr də hətta bəzi hallarda dövlətlərin strateji kursunun ana xəttini təşkil edir. Və bu baxımdan da bu kimi platformaların inkişaf etdirilməsi olduqa vacibdir. Xüsusilə də indiki rəqəmsal transformasiya dövründə yeni-yeni alətlərin istifadəyə verildiyini biz görürük bu müstəvidə" .

Deputatın sözlərinə görə, TDT ölkələri arasında fəaliyyətin koordinasiyası yeni yaradılmış mexanizmlər vasitəsilə həyata keçirilir:

"Yeri gəlmişkən onu da qeyd edim ki, Türk Dövlətləri Təşkilatı arasında fəaliyyətlərin koordinasiya olunması 60-dan çox yaradılmış mexanizmlər vasitəsilə həyata keçirilməkdədir ki, bu məsələlər həm də bütövlükdə Türk Dövlətləri Təşkilatının üzvləri arasında əlaqələri inkişaf etdirməklə yanaşı, həm də bu təşkilatın beynəlxalq münasibətlər sistemində mövqeyini gücləndirmiş olur və nəticə etibarilə də biz Avrasiya qitəsində yeni bir geosiyasi bir mərkəzin formalaşdığını görürük. Bu mərkəz faktiki olaraq kifayət qədər böyük bir coğrafi areala nüfuz edir və nəzərə alsaq ki, 2025-ci ildə Qəbələdə keçirilmiş qeyri-rəsmi Zirvə toplantısında TDT plus formatı qəbul olundu, bu da TDT-nin bir tərəfdən daha geniş arealda türk dünyasına siraət edə biləcək bir proyeksiyasını müəyyənləşdirmiş olur, digər tərəfdən də bu təşkilatın digər təşkilatlarla, siyasi mərkəzlərlə sıx əlaqələrin qurulması üçün ciddi bir zəmin yaratmış olur. Bu da nəticə etibarı ilə növbəti mərhələdə məhz bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsini nəzərdə tutur.

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin ərazisində 160 milyon əhali yaşayırsa, türk dünyasında 350 milyondan çox insanın yaşadığı bildirilir ki, bu da kifayət qədər böyük bir coğrafiyanı əhatə edir. Bu istiqamətdə daha effektiv siyasətin həyata keçirilməsi üçün önəmlidir ki, ayrı-ayrı sahələri əhatə edəcək fəaliyyətlər inkişaf etdirilsin. Nəzərə alsaq ki, Türk Dövlətləri Təşkilatı 2009-cu ildə yaradılıb və biz 2029-cu ilə qədər çox ciddi hədəflərin müəyyən olunduğunu görürük. Məhz gələcəkdə bu istiqamətdə münasibətlərin daha da sıx edilməsi və bir çox məsələlərdə müttəfiqlik səviyyəsinə çıxarılması üçün həm də çoxtərəfli praktiki fəaliyyətlərin icra olunması üçün ciddi ehtiyac var. Bir tərəfdən ortaq din, ortaq mədəniyyət, ortaq tarix, ortaq dil, bunlar çox vacib bir fundamenti təşkil edir. Çünki dövlətlərarası münasibətlərdə istənilən ittifaq əgər hansısa onun fundamentini möhkəm edən elementlərdən xalidirsə, o ittifaqın da gələcəyi olmur və müəyyən olunan hədəflərə də effektiv şəkildə çatmaq biraz mümkünsüz gəlir. Xüsusilə də, əgər bu hədəflər uzunmüddətli bir dövrə hesablanırsa. Türk Dövlətləri Təşkilatının bu baxımdan üstünlüyü də elə ondadır ki, fundamentini möhkəm edən ortaq dəyərlər kifayət qədər qabarıq şəkildə özünü göstərir və bu gündəlik həyat tərzində də, istənilən təmasda da, istənilən görüşdə də çox rahat şəkildə bir mövqedən dilə gətiriləcək baxış bucağının formalaşmasına gətirib çıxarır və bu da təbii ki, çox önəmli və həlledici hal kimi dəyərləndirilə bilər". - deyə A. Allahverənov fikrini yekunlaşdırıb.

Lalə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 80   Tarix: 21 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib"

"Mən iki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Qaradonlu məktəbinin 120 illiyi olacaq. Düzdür, mənə çatan məlumata görə, oktyabrı

12:05 192
.

Mərkəzi Nəbatat Bağında konsert təşkil edilib

Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata

12:39 157
.

AZƏR ALLAHVERƏNOV: "TDT 2009-cu ildə yaradılıb və biz 2029-cu ilə qədər çox ciddi hədəflərin müəyyən olunduğunu görürük"

Türk Dövlətləri Təşkilatı son illərdə siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atır. Təşkilatın qarşıdakı dövr üçün əsas hədəfləri arasında Türk dünyası dövlətləri arasında əlaqələrin daha da dərinləşdirilməsi və uzunmüddətli stratej

14:35 79
.

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd

13:08 139
.

Bakıda tədbirdə monitor qadının üstünə aşıb - Video

Bakı şəhər Yasamal rayonu Məhəmməd Naxçıvani (6-cı Paralel) küçəsində keçirilən kütləvi tədbir zamanı monitor aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, ehtiyatsızlıqdan iriölçülü LED ekran insanların dayandığı yerə düşüb. Hadisə nəticəsind

10:50 230
.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

20.09.2026 315
.

Rezidenturada 181 boş yerə cəmi 19 namizəd: Bəzi ixtisaslara niyə maraq yoxdur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

2026/2027-ci tədris ili üzrə rezidenturaya qəbulda bəzi ixtisaslar üzrə plan yerlərinin boş qalması diqqət çəkib. Boş qalan 181 plan yeri üzrə keçirilən əlavə müsabiqəyə cəmi 19 namizəd qatılıb, onlardan 12-si rezidenturaya qəbul olunub. Beləliklə, 169 plan yeri yenidən boş qalıb. Rəqəmlər müəyyən ixtisasları

14:23 135
.

Ermənistanda rusiyalı iş adamının şirkəti ilə bağlı yeni addım

Ermənistan Prezidenti Nikol Paşinyanın komandası rusiyalı iş adamı Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" şirkətini milliləşdirməyə çalışır. xəbər verir ki, TASS-ın məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov Yerevanın Rusiya biznesin

11:07 145
.

İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər

İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində

20.09.2026 216
.