Məktəbli forması sadəcə geyim deyil: Dövlətçilik mədəniyyəti necə formalaşır?

Məktəbli forması sadəcə geyim deyil: Dövlətçilik mədəniyyəti necə formalaşır?"Yeni tədris ilinin ilk günlərində məktəblərin qarşısında diqqəti çəkən mənzərələrdən biri məktəbli formasıdır. Eyni məktəbin şagirdləri vahid geyimdə dərsə gəlir, məktəbin həyətində, küçədə və tədbirlərdə bir kollektivin üzvləri kimi görünürlər. İlk baxışda bu, sadəcə geyim məsələsi təsiri bağışlaya bilər. Əslində isə məktəbli forması dövlət məktəbinin mahiyyəti, intizamı və məktəb mədəniyyəti haqqında təsəvvür yaradan amillərdən biridir".

Bunu BiG.AZ-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, dövlət məktəbi hər bir uşağın bərabər hüquqlarla daxil olduğu ümumi məkandır. Burada şagirdin ailəsinin sosial vəziyyəti, maddi imkanları və gündəlik geyimi məktəb mühitində əsas fərqləndirici amilə çevrilməməlidir. Məktəbli forması bu baxımdan müəyyən zahiri vahidlik yaratmaqla yanaşı, uşaqlarda kollektivin bir hissəsi olmaq hissini də gücləndirə bilər:

"Məsələyə daha geniş prizmadan yanaşdıqda məktəbli formasının dövlətçilik mədəniyyəti ilə də əlaqəsi görünür. Dövlətçilik yalnız dövlət rəmzlərini tanımaq, bayraq və himni bilməkdən ibarət deyil. Bu anlayış həm də qaydalara münasibəti, ümumi qəbul edilmiş normalara əməl etməyi və ictimai məkanda məsuliyyətli davranışı əhatə edir. Uşağın məktəbdə müəyyən edilmiş qaydalara riayət etməyi öyrənməsi gələcəkdə cəmiyyətin qanuni normalarına hörmət vərdişinin formalaşmasına da təsir göstərə bilər.

Bu mənada məktəbli forması intizamın özünü yaratmır, lakin intizam mədəniyyətinin görünən elementlərindən birinə çevrilir. Vahid geyim, məktəb nişanı və səliqəli görünüş fərdi görünüşdən daha çox kollektiv mənsubiyyəti ön plana çıxarır və şagirdə "sən bu məktəbin bir hissəsisən" mesajı verir.

2026-cı ilin iyulunda "Ümumi təhsil haqqında" Qanuna edilmiş dəyişikliklə dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimlə bağlı tələblərə riayət etməsi qanunda ayrıca təsbit olunub. Dəyişikliyə əsasən, dövlət ümumi təhsil müəssisəsində valideynlərin də öz övladlarının geyim forması ilə bağlı tələblərə riayət etməsini təmin etməsi nəzərdə tutulub.

Bu, məktəbli formasının sadəcə məktəb rəhbərliyinin seçimi olmadığını göstərir. Dövlət ümumi təhsil müəssisəsində müəyyən edilmiş qaydalara əməl olunması təhsil prosesinin təşkilinin tərkib hissəsidir. Qayda müəyyən edilibsə, onun hamıya eyni prinsiplə tətbiqi də vacibdir.

Lakin vahid forma vahid düşüncə demək deyil. Məktəb uşaqlara eyni geyim daxilində fərqli düşünməyi, sual verməyi, araşdırmağı və öz şəxsiyyətini inkişaf etdirməyi öyrətməlidir. Məktəbli formasının məqsədi uşağın fərdiliyini aradan qaldırmaq deyil, təhsil mühitində ümumi çərçivə yaratmaqdır.

Məktəbli geyiminə dair tələblərdə formanın keyfiyyətli, davamlı və uşağın sağlamlığına mənfi təsir göstərməyən materiallardan hazırlanması da nəzərdə tutulur. Deməli, vahidliklə yanaşı, rahatlıq, keyfiyyət və əlçatanlıq da bu məsələnin mühüm tərəflərindəndir".

Burada valideynlərin mövqeyi də əhəmiyyətlidir. Əsas məsələ "uşaq niyə forma geyinməlidir?" sualından daha çox, "müəyyən edilmiş forma uşaqlar üçün necə daha keyfiyyətli, rahat və əlçatan təmin edilə bilər?" sualı ətrafında müzakirə olunmalıdır. Çünki məktəbli geyimi uşağın təhsil mühitinin bir hissəsidir və bu mühitin qaydaları ümumi prinsiplər əsasında qurulur.

Məktəbin də bu prosesdə məsuliyyəti böyükdür. Forma qaydasına əməl olunmasına nəzarət edilərkən müəllim və məktəb rəhbərliyi uşağın ləyaqətini qorumağı bacarmalıdır. Qaydaya riayət tələb etmək başqa, uşağı qaydaya görə alçaltmaq isə tamam başqa məsələdir. Dövlətçilik mədəniyyətinin əsas prinsiplərindən biri də qaydaya əməl etməklə yanaşı, insan ləyaqətinə hörmət göstərməkdir.

Bu baxımdan məktəbli forması ilə bağlı müzakirələri yalnız geyim məsələsi kimi qiymətləndirmək doğru olmaz. Söhbət məktəbin hansı dəyərləri formalaşdırmasından gedir. Məktəb şagirdlərə yalnız riyaziyyat, fizika, tarix və dil öyrətmir. O, həm də cəmiyyət içində yaşamağı, məsuliyyət daşımağı, qaydalara əməl etməyi və vətəndaş mövqeyi formalaşdırmağı öyrədir.

Ona görə də məktəbli forması haqqında danışarkən onun rəngindən, biçimindən və qiymətindən daha geniş məsələyə baxmaq lazımdır. Məktəbli forması dövlət məktəbinin vahidliyinin görünən elementlərindən biridir. Onun arxasında intizam, məsuliyyət, kollektivlik və məktəbə mənsubiyyət kimi anlayışlar dayanır.

Əgər məktəbdə vahid forma qaydası müəyyən edilibsə, məqsəd uşaqları bir-birinə oxşatmaq deyil. Məqsəd onların eyni məktəbin, eyni təhsil sisteminin və eyni dövlətin vətəndaşları kimi formalaşdığı mühiti möhkəmləndirməkdir. Məktəbli forması da bu böyük tərbiyə prosesinin kiçik, lakin görünən elementlərindən biridir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 800   Tarix: 22 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şənbə günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76

13.11.2026 271
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 292
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 404
.

Uşaqların müdafiəsi, ailə və insan hüquqları: Həssas mövzuya balanslı yanaşma

Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda müxtəlif ictimai və hüquqi yanaşmaların ortaya çıxdığı mövzulardan biridir. Bu barədə danışarkən insanları təhqir etmək, damğalamaq və ya qarşı tərəfi ittiham etmək əvəzinə, məsələnin mahiyyətin

13.11.2026 275
.

Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib

Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib

13.11.2026 297
.

Ölən adama 24 il həbs cəzası verildi

Rusiyanın Vladivostok Doqquzuncu Kassasiya Məhkəməsi "Xərçəng kralı" kimi tanınan saxalinli iş adamı Oleq Kan barəsində çıxarılan 24 illik həbs hökmünü qüvvədə saxlayıb. xəbər verir ki, xərçəng qaçaqmalçılığı, cinayətkar birlik yaratmaq və vergidən yayınmaqda təqsirli bilinən sahibkar qiyab

13.11.2026 295
.

Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"

"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB

13.11.2026 330
.

Azərbaycanlı reper qıza 5 il həbs istənildi

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub. Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələr

13.11.2026 366
.

Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını

13.11.2026 264
.