Əshabı-Kəhf hadisəsinə fərqli baxış: Möcüzələr gələcəyin texnologiyasıdırmı?

Əshabı-Kəhf hadisəsinə fərqli baxış: Möcüzələr gələcəyin texnologiyasıdırmı?"Əshabı-Kəhf (Mağara yoldaşları) həm islam, həm də xristian mənbələrində yer alan, əsrlər boyu insanların düşüncəsinə təsir göstərən ən məşhur rəvayətlərdən biridir. Bu hadisəni kimisi tarixi fakt, kimisi isə dərin mənəvi məna daşıyan bir rəvayət kimi qəbul edir".

Bunu İKT üzrə mütəxəssis Bəhruz Əliyev öz sosial media səhifəsində paylaşıb.

O, qeyd edib ki, rəvayətə görə, Allaha iman gətirmiş bir qrup gənc zalım hökmdarın zülmündən qaçaraq bir mağaraya sığınır. Onlar Allahdan mərhəmət və nicat diləyirlər. Allah onları dərin yuxuya qərq edir və Qurani-Kərimdə bildirildiyi kimi, təxminən 309 il həmin mağarada yatırlar. Oyandıqları zaman isə cəmiyyət tamamilə dəyişmiş, qorxduqları zülm dövrü artıq geridə qalmış olur.

Xristian mənbələrində bu hadisənin Roma imperatoru Dekinin (Decius) hakimiyyəti dövründə baş verdiyi, gənclərin isə II Feodosinin (Theodosius II) dövründə oyandıqları qeyd olunur.

İslam alimləri arasında Əshabı-Kəhfin hansı dövrdə yaşadığı ilə bağlı qəti fikir yoxdur. Klassik təfsir alimlərinin əksəriyyəti bu mövzuda ehtiyatlı mövqe tutaraq dəqiq tarix göstərməyiblər. Ümumi qənaət ondan ibarətdir ki, hadisə İsa peyğəmbərdən sonra, Məhəmməd peyğəmbərdən isə əvvəl baş verib.

Bu hadisənin baş verdiyi məkanla bağlı da müxtəlif versiyalar mövcuddur. Əshabı-Kəhfə aid edilən mağaralar Azərbaycanın Culfa rayonunda, İordaniyanın paytaxtı Ammanda, Türkiyənin Efes (İzmir), Tarsus (Mersin) və Afşin (Kahramanmaraş) bölgələrində, həmçinin Suriya və Yəməndə göstərilir.

İslam düşüncəsində isə hadisənin dəqiq tarixi və ya coğrafi məkanı əsas məsələ hesab olunmur. Burada diqqət mərkəzində Allahın qüdrəti, iman uğrunda mübarizə aparan gənclərin səbir və fədakarlığı, eləcə də ölümdən sonra dirilmənin mümkünlüyü dayanır.

Bu hadisəni araşdırarkən məndə fərqli düşüncələr formalaşdı. Tarixdə möcüzə kimi qəbul edilən hadisələrlə gələcəyin elmi-texnoloji inkişafı arasında müəyyən paralellər aparmağa başladım.

Mənə elə gəlir ki, möcüzələr səbəbsiz baş vermir. Ola bilsin ki, onların arxasında hələ insanın kəşf etmədiyi qanunauyğunluqlar dayanır. Ölünün dirilməsi, bir göz qırpımında taxtın gətirilməsi, sağalmaz xəstələrin şəfa tapması və ya dənizin iki yerə ayrılması kimi hadisələr inanc baxımından möcüzə hesab olunur. Bəlkə də gələcəkdə elm bu hadisələrin mahiyyətini müəyyən qədər izah edə biləcək.

Bu baxımdan Əshabı-Kəhf hadisəsi mənə kriotexnologiyanı xatırladır. Kriotexnologiya insanın və ya bioloji toxumaların çox aşağı temperaturda dondurularaq gələcəkdə yenidən həyata qaytarılması imkanlarını araşdıran elmi istiqamətdir. Hazırda bu texnologiya insanın gələcəkdə yenidən həyata qaytarılmasının mümkün olduğunu sübut etmir və bu, əsasən nəzəri yanaşma olaraq qalır. Lakin elmin inkişaf sürəti göstərir ki, bu sahədə yeni imkanlar yarana bilər.

Bəlkə də gələcəkdə texnologiya elə bir səviyyəyə çatacaq ki, bu gün müalicəsi mümkün olmayan xəstəliklər sağaldıqdan sonra insanın həyatını davam etdirməsi üçün yeni üsullar ortaya çıxacaq. Bu, mənə Əshabı-Kəhf hadisəsinin düşündürdüyü ehtimallardan biri kimi görünür.

Mənim üçün möcüzələr insanlığın elmi inkişafla çata biləcəyi üfüqün son nöqtəsini xatırladır. Bu səbəbdən hesab edirəm ki, elm və texnologiyanın inkişaf yolu hələ uzun və kəşflərlə doludur. Əsas məsələ isə odur ki, bütün bu yeniliklər insanlığın rifahına və xeyrinə xidmət etsin.

Əshabı-Kəhfi ziyarət edərkən məhz bu düşüncələr beynimdə formalaşdı və onları oxucularla bölüşmək istədim. İnsan ömrü qısa ola bilər, amma bəşəriyyətin inkişaf yolu uzundur. Ola bilsin ki, gələcək nəsillər bu gün bizə mümkünsüz görünən yenilikləri adi həyatın bir hissəsi kimi qəbul edəcəklər. Bu isə elmin və insan təfəkkürünün sonsuz inkişaf potensialından xəbər verir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 720   Tarix: 13 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərvi

10:37 302
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 247
.

Qardaş 13 yaşlı bacısını bıçaqladı

Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala

10:58 283
.

Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı

Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd

11:30 253
.

Məşhur əsərdə 20 növ mikrob aşkarlandı

Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun

13.11.2026 390
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 264
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 231
.

ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı

"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk

17:10 126
.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

11:18 223
.