"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq"
"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, bizim öz imkanlarımız çox məhdud idi: "Bu gün isə ölkəmizdə qazlaşmanın səviyyəsi 96 faizdir və biz 25 milyard kubmetrdən çox qaz ixrac edirik. Daxili tələbat bundan qat-qat aşağıdır. Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial yaratdıq. Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür. Müəyyən həcmdə ixrac da edilir, amma növbəti illərdə bu ixrac genişmiqyaslı olacaq, xüsusilə nəzərə alsaq ki, dünya bazarlarında enerji resursları ilə bağlı - elektrik enerjisi, yanacaq, təbii qaz, bütün bu əsas enerji təhlükəsizliyini təmin edən bu məhsullarla bağlı böyük narahatlıq var, qıtlıq var. Yəni dünya mənzərəsi göz önündədir. Ona görə bütün bu işlərin vaxtında görülməsi ilə bağlı atdığımız addımlar bizi böyük problemlərdən sığortaladı. Təsəvvür edin ki, əgər bunları etməsəydik, bu gün biz çox çətin vəziyyətə düşə bilərdik və bəzi ölkələr kimi qapı-qapı gəzib xahiş-minnət edərək öz enerji təhlükəsizliyimizi təmin etmək üçün gərək kiməsə ağız açaydıq".
"Bu gün isə mənzərə tam fərqlidir. Bizə çoxlu müraciətlər daxil olur və biz təbii ki, imkan daxilində kömək göstəririk, göstərəcəyik. Təbii ki, bizim həm rolumuz artır, həm nüfuzumuz artır və eyni zamanda, bütün tərəfdaşlar görürlər ki, Azərbaycan son illər ərzində nə qədər irəliyə gedib, nə qədər güclənib ki, bu gün nəinki öz tələbatını tam təmin edir, eyni zamanda, bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib", - Prezident vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 800 Tarix: 22 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞənbə günü hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76
13.11.2026 271 ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib
Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl
13.11.2026 292 Polad Həşimovun anasının vəziyyəti necədir?
Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs
13.11.2026 404 Uşaqların müdafiəsi, ailə və insan hüquqları: Həssas mövzuya balanslı yanaşma
Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda müxtəlif ictimai və hüquqi yanaşmaların ortaya çıxdığı mövzulardan biridir. Bu barədə danışarkən insanları təhqir etmək, damğalamaq və ya qarşı tərəfi ittiham etmək əvəzinə, məsələnin mahiyyətin
13.11.2026 275 Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
13.11.2026 297 Ölən adama 24 il həbs cəzası verildi
Rusiyanın Vladivostok Doqquzuncu Kassasiya Məhkəməsi "Xərçəng kralı" kimi tanınan saxalinli iş adamı Oleq Kan barəsində çıxarılan 24 illik həbs hökmünü qüvvədə saxlayıb. xəbər verir ki, xərçəng qaçaqmalçılığı, cinayətkar birlik yaratmaq və vergidən yayınmaqda təqsirli bilinən sahibkar qiyab
13.11.2026 295 Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"
"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB
13.11.2026 330 Azərbaycanlı reper qıza 5 il həbs istənildi
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub. Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələr
13.11.2026 366 Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını
13.11.2026 264