Qarabağdakı tarixi irs mübahisəsi: Gəncəsər və Xudavəng məsələsinin tarixi kökləri
"Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura iki günlük səfər həyata keçirib. Prezident Administrasiyasının rəhbəri Hikmət Hacıyevin müşayiəti ilə keçirilən səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150-yə yaxın nümayəndə, o cümlədən Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Magdalena Grono iştirak edib. Bu, 2020-ci ildən sonra diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə təşkil olunan 22-ci səfəri olub.
Səfər zamanı Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri ilə yanaşı, bölgənin tarixi və dini-mədəni irsi də diqqət mərkəzində olub. Səfərdən sonra Ermənistanın siyasi və ictimai dairələrində, xüsusilə Gəncəsər və Xudavəng monastırları ilə bağlı etirazların yenidən gündəmə gəlməsi isə göstərir ki, məsələ yalnız dini abidələrin vəziyyəti ilə məhdudlaşmır. Burada daha geniş müstəvidə tarixi irsin mənsubiyyəti və onun hansı tarixi kontekstdə təqdim edilməsi məsələsi də müzakirə olunur".
Bunu BiG.AZ-a politoloq Turan Rzayev bildirib.
O, qeyd edib ki, Azərbaycan tərəfi də səsləndirilən iddialara münasibət bildirib. Azərbaycan QHT-ləri, AMEA əməkdaşları və Azərbaycan Alban-Udi xristian dini icması Gəncəsər və Xudavənglə bağlı Ermənistan tərəfindən irəli sürülən iddialara etiraz edib:
"Xüsusilə Alban-Udi xristian dini icmasının mövqeyi diqqət çəkir. Udilər Qafqaz Albaniyasının xristian irsi ilə bağlılığını bu günə qədər qoruyub saxlayan yerli icmalardan biridir. Bu baxımdan Gəncəsər və Xudavəng kimi abidələrə münasibətdə onların mövqeyi yalnız siyasi yanaşma kimi deyil, həmin dini ənənənin müasir daşıyıcılarının mövqeyi kimi də əhəmiyyət daşıyır.
Məsələnin mahiyyətini anlamaq üçün isə mübahisəyə yalnız bugünkü siyasi proseslər prizmasından yanaşmaq kifayət etmir. Gəncəsər və Xudavəng kimi abidələrin tarixini, onların formalaşdığı dini-mədəni mühiti və Qafqaz Albaniyasının regiondakı rolunu nəzərdən keçirmək lazımdır. Bu səbəbdən məsələnin köklərini xristianlığın regiona daxil olduğu və Qafqaz Albaniyasında yayıldığı dövrdən araşdırmaq daha doğru yanaşma olar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 775 Tarix: 22 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞənbə günü hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76
13.11.2026 271 ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib
Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl
13.11.2026 292 Polad Həşimovun anasının vəziyyəti necədir?
Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs
13.11.2026 404 Uşaqların müdafiəsi, ailə və insan hüquqları: Həssas mövzuya balanslı yanaşma
Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda müxtəlif ictimai və hüquqi yanaşmaların ortaya çıxdığı mövzulardan biridir. Bu barədə danışarkən insanları təhqir etmək, damğalamaq və ya qarşı tərəfi ittiham etmək əvəzinə, məsələnin mahiyyətin
13.11.2026 275 Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
13.11.2026 297 Ölən adama 24 il həbs cəzası verildi
Rusiyanın Vladivostok Doqquzuncu Kassasiya Məhkəməsi "Xərçəng kralı" kimi tanınan saxalinli iş adamı Oleq Kan barəsində çıxarılan 24 illik həbs hökmünü qüvvədə saxlayıb. xəbər verir ki, xərçəng qaçaqmalçılığı, cinayətkar birlik yaratmaq və vergidən yayınmaqda təqsirli bilinən sahibkar qiyab
13.11.2026 295 Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"
"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB
13.11.2026 330 Azərbaycanlı reper qıza 5 il həbs istənildi
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub. Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələr
13.11.2026 366 Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını
13.11.2026 264