Vətən uğrunda canından keçən qəhrəmanlar: Onların döyüş yolu

Vətən uğrunda canından keçən qəhrəmanlar: Onların döyüş yoluBu gün işğal olunmuş torpaqlarını düşməndən azad edən Azərbaycan xalqı özünün qürur və zəfər dövrünü yaşayır. Lakin heç nə unudulmur, heç nə yaddan çıxmır. Bu torpaqları canları və qanları bahasına xalqımıza ərmağan edən şəhidlərimizdir. Onları xatırlamaq, tanımaq və gələcək nəsillərə tanıtmaq bizim vətəndaşlıq borcumuzdur. Bu yazımızda da tarix yazan qəhrəmanlarımızın həyatından və keçdikləri döyüş yolundan bəhs edəcəyik.

Vətən uğrunda, onun azadlığı və istiqlaliyyəti naminə canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi uğrunda şəhidlik zirvəsinə ucalan insanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Belə qəhrəman Vətən oğullarından biri də Zeynalov Mahmud Zeynalabdin oğludur.

Culfa rayonunun unudulmaz qəhrəmanlarından olan Mahmud Zeynalov 1962-ci il dekabrın 20-də Ərəzin kəndində anadan olub. 1969-cu ildə doğulduğu kənddə orta məktəbə daxil olan Mahmud 1980-ci ildə təhsilini başa vuraraq hərbi xidmətə yollanıb. Ordu sıralarından tərxis olunduqdan sonra bir müddət Sovet İttifaqının müxtəlif bölgələrində işləyib, daha sonra Vətənə qayıdaraq Bənəniyar Su Anbarında çalışıb.

Ərəzin kənd sakinləri onun haqqında hər zaman xoş sözlər söyləyiblər. Onun vətənpərvərliyi, torpaq sevgisi, zəhmətkeşliyi, böyüklərə hörməti, kiçiklərə isə diqqət və qayğı ilə yanaşması hər kəsə nümunə olub.

Ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublikanın sərhəd kəndləri dəfələrlə silahlı təcavüzə məruz qalıb, əsas ağırlıq isə Sədərəkin üzərinə düşüb. Qəlbi Vətən eşqi ilə döyünən Mahmud da müharibə başladığı zaman könüllü olaraq ordu sıralarına qatılıb və Sədərək döyüşlərində fəal iştirak edib.

Əvvəlcə leytenant, daha sonra baş leytenant rütbəsi alan Mahmud Zeynalov döyüşlər zamanı Culfa rayonundan gələn könüllü dəstələrin nizami şəkildə təşkil olunmasında böyük xidmət göstərib. O, həmçinin bir sıra mühüm və çətin əməliyyatların həyata keçirilməsində fərqlənib.

Erməni silahlı qüvvələri bütün qüvvələrini cəmləşdirərək üç istiqamətdən - Əjdəkan dağı, Beşbarmaq-Ucubiz və Mil dağı-Qaraburun istiqamətlərindən hücuma keçərək rayonu işğal etmək niyyətində idi. Lakin Mahmud Zeynalov kimi igidlərimiz Sədərəyi mərdliklə qorumağa müvəffəq oldular.

Düşmənin ağır hücumları nəticəsində baş leytenant Zeynalov Mahmud Zeynalabdin oğlu 1992-ci il sentyabrın 19-da Mil dağı istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şəhidimiz doğulduğu Ərəzin kəndində dəfn edilib. Mahmud Zeynalovdan Aysel adlı bir övlad yadigar qalıb.

Birinci Qarabağ müharibəsi illərində Azərbaycan xalqının övladları sərhədlərimizin toxunulmazlığı və torpaqlarımızın müdafiəsi uğrunda böyük igidliklər göstərib, xalqımızın şərəfini və ləyaqətini qoruyublar. Erməni silahlı qüvvələri ilə aparılan qanlı döyüşlərdə şərəfli döyüş yolu keçmiş igid oğullarımızdan biri də 1972-ci il iyulun 28-də Culfa rayonunun Dizə kəndində anadan olan Cəfərov Sənan Vəli oğludur.

Sənan 1989-cu ildə Dizə kənd tam orta məktəbini bitirərək Bakı şəhərindəki Dəmiryol Texnikumuna qəbul olub. 1990-cı ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılan Sənan Cəfərov Rusiyada hərbi xidmətini başa vurduqdan sonra təhsilini davam etdirib.

Ermənistan ordusu torpaqlarımıza hücum etdiyi zaman Vətən oğullarını mübarizəyə çağırıb. Sənan da təhsilini yarımçıq qoyaraq Vətənin harayına yetişmək üçün silaha sarılıb və cəbhəyə yollanıb. O, müharibədə kəşfiyyatçı kimi fəaliyyət göstərib.

Sənanın da tərkibində olduğu qrup dəfələrlə düşmən mövqelərinin dərinliyinə sızaraq onların canlı qüvvəsi və texnikasının sayı, eləcə də yerləşdiyi mövqelər barədə məlumatlar toplayıb və geri qayıdıb. Əldə olunan məlumatlar əsasında düşmənə ciddi zərbələr endirilib.

1993-cü il yanvarın 25-də Ağdərə yaxınlığındakı Fərruxdağ yüksəkliyi uğrunda gedən döyüş Sənanın son döyüşü olub. Vətənin qəhrəman oğlu Sənanın nəşi bu günədək tapılmadığından o, itkin hesab olunur. Vətənin müdafiəsi uğrunda canlarından keçməyi özlərinə şərəf bilən Sənan kimi igid oğullarımız hər zaman xalqımızın yaddaşında yaşayacaqlar.

Xalqın böyüklüyü o zaman daha aydın görünür ki, Vətənin müstəqilliyi və torpaqlarının azadlığı uğrunda ölümü, şəhidliyi gözə alan igidləri və qəhrəmanları var. Azərbaycan xalqının qəhrəman övladları da şəhidliyi hər zaman Vətənə olan sevginin təcəssümü kimi qəbul ediblər. Elin, obanın dar günündə bir yumruq kimi birləşərək canları bahasına torpaqlarımızı düşməndən qoruyublar.

Qəlbi daim Vətən sevgisi ilə döyünən və bu amal uğrunda canından keçən igid oğullarımızdan biri də 1973-cü il sentyabrın 6-da Culfa rayonunun Əbrəqunus kəndində anadan olan Ramazanov Hidayət Əjdər oğludur.

Doğulduğu kənddə tam orta təhsilini başa vuran şəhidimiz Rusiyanın Samara şəhərində yerləşən Əlvan Metallurgiya Texnikumuna qəbul olub. Texnikumu bitirdikdən sonra hərbi xidmətə çağırılarkən Sovet Ordusunda xidmətdən imtina edən Hidayət Vətənin dar günündə Naxçıvana qayıdıb və təcili olaraq ordu sıralarına yazılıb. İlk gündən Sədərək istiqamətində gedən döyüşlərdə iştirak edib.

Hidayət 1992-ci il mayın 18-də Sədərək uğrunda gedən ağır döyüşdə Vətən qarşısında borcunu yerinə yetirərkən şəhid olub. Subay olan şəhidimiz Əbrəqunus kənd qəbiristanlığında dəfn edilib.

Son olaraq qeyd etmək istərdim ki, 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, xalqımızın Qarabağ adlı yarası heç vaxt qaysaq tutmadı. Hər zaman Qarabağ uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsini yaşatdıq, onların qanının yerdə qalmayacağına inandıq.

Bu illər ərzində Qarabağ üzərindən müxtəlif siyasi oyunların şahidi olduq. Ermənistanın işğal siyasəti, regionda maraqları olan güclərin fərqli yanaşmaları və beynəlxalq təşkilatların uzun illər davam edən fəaliyyətsizliyi münaqişənin həllini uzatdı. Azərbaycan isə bütün bu proseslər fonunda öz dövlətçilik xəttini qoruyaraq inkişaf etdi, siyasi və iqtisadi imkanlarını genişləndirdi.

2016-cı ilin aprelində baş verən hərbi qarşıdurma da regiondakı status-kvonun davamlı olmadığını göstərən hadisələrdən biri oldu. Aprel döyüşlərindən sonra Azərbaycanın hərbi və siyasi mövqeyi ilə bağlı yeni reallıqlar formalaşdı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi isə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin çağırışı ətrafında birləşərək ordumuzun həyata keçirdiyi hərbi əməliyyatları dəstəklədi. 44 gün davam edən müharibə nəticəsində işğal altında olan ərazilərimizin böyük hissəsi azad edildi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Bu zəfərin arxasında illər əvvəl Vətən uğrunda canından keçən şəhidlərimizin də böyük payı var. Birinci Qarabağ müharibəsində Sədərək və digər istiqamətlərdə döyüşən, torpaqlarımızın müdafiəsi uğrunda həyatını itirən Mahmud Zeynalov, Sənan Cəfərov, Hidayət Ramazanov və yüzlərlə digər qəhrəmanımızın xatirəsi daim ehtiramla yad ediləcək.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri Azərbaycanın əldə etdiyi Zəfərin nəticələrindən biridir. Şəhidlərimizin qanı və canı bahasına qorunan Vətən torpaqları artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Onların xatirəsini yaşatmaq, keçdikləri döyüş yolunu gələcək nəsillərə çatdırmaq isə hər birimizin mənəvi borcudur.

Vətən uğrunda canını qurban verən bütün şəhidlərimizin qarşısında baş əyirik.

Nuray Nəzərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 120   Tarix: 22 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızıl bahalaşdı

Azərbaycanda 2026-cı il sentyabrın 21-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın rəsmi qiyməti 7 423.9340 manat, 1 qram qızılın qiyməti isə 238.68 manat təşkil edir. 99 əyyar (Təmiz qızıl) - 238.68 manat, 750 əyyar (İtalyan qızılı) - 179.19 manat, 585 əyya

21.09.2026 212
.

Tramp administrasiyasından miqrantlarla bağlı 410 milyon dollarlıq addım

ABŞ Prezidenti Donald Trampın administrasiyası iyunun sonunadək ABŞ-dan üçüncü ölkələrə deportasiya edilən miqrantların qəbul edilməsi üçün ən azı 410 milyon dollar məbləğində vəsait ayırıb və ya bu vəsaiti ayırmağı vəd edib. xəbər verir ki, bu barədə "The Washington Post" (WP) daxili hökumə

11:11 151
.

Şimali Koreya sərhədində partlayış: yaralılar var

Cənubi və Şimali Koreyanı ayıran Demilitarizasiya Zonasında (DMZ) naməlum qurğu partlayıb. xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb. Məlumata görə, partlayış səhər saatlarında DMZ-in qərb sektorunda Hərbi Demarkasiya Xəttinin cənubunda axtarış və kəşfiyyat əməliyyat

21.09.2026 236
.

"Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar"

"Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılı

14:38 114
.

"Trump TV" fəaliyyətə başladı

ABŞ Prezidentinin Administrasiyası "Trump TV" adlanan xəbər kanalını işə salıb. "Qafqazinfo" "The Washington Sun" nəşrinə istinadən xəbər verir ki, platformada ilk olaraq Prezident Donald Trampın iki ay əvvəlki çıxışının videoçarxı yayımlanıb. ABŞ liderinin mətbuat katib

11:30 157
.

Prezident müşavirə keçirdi - Foto

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı tədbird

12:10 175
.

Qarabağdakı tarixi irs mübahisəsi: Gəncəsər və Xudavəng məsələsinin tarixi kökləri

"Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura iki günlük səfər həyata keçirib. Prezident Administrasiyasının rəhbəri Hikmət Hacıyevin müşayiəti ilə keçirilən səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150-yə yaxın nümayəndə

14:07 129
.

"Kristal Estetik" və rəhbərliyi 29 min cərimə edildi - Kosmetoloq qanunsuz işləyib

Tibb müəssisəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı inzibati tədbirlər görülüb. "Qafqazinfo" xəbər verir ki, Baş Prokurorluğun məlumatına görə, "Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsi

14:10 127
.

Vətən uğrunda canından keçən qəhrəmanlar: Onların döyüş yolu

Bu gün işğal olunmuş torpaqlarını düşməndən azad edən Azərbaycan xalqı özünün qürur və zəfər dövrünü yaşayır. Lakin heç nə unudulmur, heç nə yaddan çıxmır. Bu torpaqları canları və qanları bahasına xalqımıza ərmağan edən şəhidlərimizdir. Onları xatırlamaq, tanımaq və gələcək nəsillərə tanıtmaq bizi

14:34 111
.