"CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu

"CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyulduBakı Kommersiya Məhkəməsi "MF SET GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin brendi altında fəaliyyət göstərən "CHAI CITY Lounge and Tea House" restoranın icarə mübahisəsi ilə bağlı qərar qəbul edilib.

Qaynarinfo-nun əldə etdiyi məhkəmə sənədinə görə, mübahisə 808 kvadratmetr sahəsi olan qeyri-yaşayış obyektinin icarəsi ilə bağlı yaranıb.

İş materiallarına görə, tərəflər arasında 2024-cü ildə icarə müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, obyekt 5 il, yəni 60 ay müddətinə icarəyə verilib. Şirkət həmin məkanda restoran yaratmaq üçün əsaslı təmir və yenidənqurma işləri aparıb.

Şirkət iddia edir ki, obyektə ümumilikdə 710 281,20 manat investisiya qoyub.

Məhkəmə sənədində göstərilir ki, tərəflər arasında bağlanan müqavilənin 6.2-ci bəndində icarəçinin obyektə 300 min manat vəsait xərclədiyi qeyd olunub. Həmin bəndə əsasən, yalnız icarəçi obyekti könüllü şəkildə tərk edərsə, təmir-tikinti işlərinə sərf olunan vəsaitin geri qaytarılmayacağı nəzərdə tutulub.

İş materiallarına əsasən, obyektin sahibi Zeynalov Gülbala Əli oğlu daha əvvəl icarəçiyə qarşı məhkəməyə müraciət edib.

Həmin iş üzrə icarə müqaviləsinin ləğvi, şirkətin 808 kvadratmetrlik qeyri-yaşayış sahəsindən çıxarılması və obyektin boşaldılaraq sahibinə təhvil verilməsi barədə qərar qəbul edilib.

Bundan başqa, şirkətdən 169 447 manat icarə haqqı və 8 min manat cərimə, ümumilikdə 177 447 manat tutulması qət edilib.

Qətnaməyə əsasən, obyektin boşaldılacağı tarixədək şirkətdən hər ay 17 444,72 manat icarə haqqının tutulması da nəzərdə tutulub.

Hazırkı mübahisədə isə şirkət obyektə yatırdığı investisiyaların kompensasiyasını tələb edir.

Bundan əlavə, şirkətin məhkəməyə təqdim etdiyi mövqeyə görə, sonradan obyektin elektrik enerjisi də dayandırılıb. Nəticədə "Chaicity" restoranının fəaliyyəti faktiki olaraq dayanıb.

Məhkəmə sənədində bu hallar şirkətin iddiaları kimi əks olunub.

Şirkət hesab edir ki, icarə müqaviləsinin vaxtından əvvəl ləğv olunması nəticəsində obyektə qoyduğu böyük həcmli investisiyalardan istifadə imkanını itirib.

Bu səbəbdən Zeynalov Gülbala Əli oğlundan 710 281,20 manat tələb olunur.

Məhkəmə əmlakların bir hissəsinə qadağa qoydu

Şirkət iddianın gələcəkdə təmin olunacağı halda qətnamənin icrasının mümkün olması üçün Zeynalov Gülbala Əli oğlunun bir sıra əmlaklarına müvəqqəti təminat tədbiri tətbiq edilməsini istəyib.

Məhkəmə isə ərizəni qismən təmin edib.

Hakim İlkin Əliyevin qərardadına əsasən, Zeynalov Gülbala Əli oğluna məxsus aşağıdakı əmlakların özgəninkiləşdirilməsi qadağan edilib:

X1 markalı avtomobil;

Land Rover Range Rover markalı avtomobil;

DAF FT XF markalı yük avtomobili;

116,68 kvadratmetr sahəsi olan mənzil.

Məhkəmə hesab edib ki, həmin əmlakların satılması və ya başqa formada özgəninkiləşdirilməsi gələcəkdə iddia təmin edilərsə, qətnamənin icrasını çətinləşdirə bilər.

Eyni zamanda, məhkəmə şirkətin tələb etdiyi bütün əmlaklara qadağa qoymayıb. Qərardadda digər əmlakların özgəninkiləşdirilməsinə qadağa qoyulmasının cavabdehin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb ola biləcəyi bildirilib.

Məhkəmə həmçinin vurğulayıb ki, şirkətin 710 281,20 manat xərc çəkdiyinə dair təqdim etdiyi hesabata əlavə olaraq digər mötəbər sübutlar tələb olunur. Fotoşəkillər obyektə təmir işlərinin aparıldığını göstərsə də, konkret olaraq 710 min manatdan çox xərc çəkilməsini təkbaşına təsdiqləmir.

Beləliklə, məhkəmə əsas mübahisə üzrə yekun qərar qəbul edilməzdən əvvəl cavabdehin üç avtomobili və mənzilinin özgəninkiləşdirilməsinə qadağa qoyub.

Qərardad dərhal icra edilməlidir.

Tərəflər qərardad rəsmi qaydada təqdim edildikdən sonra 10 gün ərzində Bakı Kommersiya Məhkəməsinə şikayət verə bilərlər. Şikayətin verilməsi qərardadın icrasını dayandırmır.

Qeyd edək ki, "MF SET GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Əhmədov Nurlan Famil oğludur. Nizamnamə kapitalı 10 manat olan şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 24185.5 AZN vergi borcu var.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 808   Tarix: 22 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şənbə günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76

13.11.2026 271
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 292
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 404
.

Uşaqların müdafiəsi, ailə və insan hüquqları: Həssas mövzuya balanslı yanaşma

Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda müxtəlif ictimai və hüquqi yanaşmaların ortaya çıxdığı mövzulardan biridir. Bu barədə danışarkən insanları təhqir etmək, damğalamaq və ya qarşı tərəfi ittiham etmək əvəzinə, məsələnin mahiyyətin

13.11.2026 275
.

Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib

Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib

13.11.2026 297
.

Ölən adama 24 il həbs cəzası verildi

Rusiyanın Vladivostok Doqquzuncu Kassasiya Məhkəməsi "Xərçəng kralı" kimi tanınan saxalinli iş adamı Oleq Kan barəsində çıxarılan 24 illik həbs hökmünü qüvvədə saxlayıb. xəbər verir ki, xərçəng qaçaqmalçılığı, cinayətkar birlik yaratmaq və vergidən yayınmaqda təqsirli bilinən sahibkar qiyab

13.11.2026 295
.

Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"

"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB

13.11.2026 330
.

Azərbaycanlı reper qıza 5 il həbs istənildi

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub. Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələr

13.11.2026 366
.

Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını

13.11.2026 264
.