90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMAAlimlər müasir həyat tərzi ilə orqanizmin sürətlə qocalması arasında əlaqə aşkar ediblər. Yeni araşdırmaya görə, 1990-cı illərdə doğulan insanlar əvvəlki nəsillərlə müqayisədə daha sürətlə bioloji qocalır və bu, erkən yaşlarda xərçəng riskinin artmasına səbəb ola bilər.

Lent.az-ın xəbərinə görə, "Nature Medicine" jurnalında dərc olunan araşdırmada bildirilir ki, son 30 ildə 50-55 yaşdan aşağı insanlarda aşkarlanan xərçəng halları qlobal miqyasda ciddi şəkildə artıb. 1990-2019-cu illər ərzində bu yaş qrupunda xərçəng diaqnozlarının sayı 24 faiz yüksəlib.

Tədqiqat müəlliflərinin sözlərinə görə, xüsusilə ABŞ-da qan, yoğun bağırsaq və uşaqlıq xərçəngləri hallarında artım diqqət çəkir. Bundan başqa, Avstraliya və ABŞ-da 1990-cı illərdə doğulan insanların bağırsaq xərçənginə tutulma ehtimalı 1960-cı illərdə doğulanlarla müqayisədə dörd dəfə yüksəkdir.

Alimlər bunun əsas səbəblərindən birinin "sürətlənmiş bioloji qocalma" olduğunu düşünürlər. Bu zaman orqanizm təqvim yaşından daha sürətlə köhnəlir. Prosesə xroniki iltihab, genetik zədələnmələr və immun sistemində baş verən dəyişikliklər təsir göstərərək şişlərin yaranması üçün əlverişli şərait yaradır.

Mütəxəssislər qeyd edirlər ki, hər orqan fərqli sürətlə qocaldığı üçün xərçəng riski həm bütün orqanizmdə, həm də ayrı-ayrı sistemlərdə, məsələn, ağciyər və ya bağırsaqlarda arta bilər.

Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, bu nəticələr sürətlənmiş bioloji qocalma ilə erkən xərçəng arasında əlaqəni göstərir, lakin bunun yeganə səbəb olduğunu sübut etmir. Bu sahədə əlavə araşdırmalara ehtiyac var.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 398   Tarix: 28 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Son Xəbərlər