"Qanım şirindir" deyənlərin nəzərinə: Alimlər ağcaqanadların insan seçmə sirrini açdı
Ağcaqanadların bəzi insanlara daha çox hücum etməsi uzun illərdir maraq doğuran mövzulardan biridir. Aparılan elmi araşdırmalar göstərir ki, bu həşəratlar qurbanlarını təsadüfi seçmirlər və onların seçimində bir neçə bioloji amil rol oynayır.
Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar insanın nəfəsi ilə xaric etdiyi karbon qazını uzaq məsafədən hiss edə bilir. Onlar insana yaxınlaşdıqca isə bədən temperaturu, dərinin rütubəti və bədəndən yayılan qoxular daha mühüm əhəmiyyət kəsb edir.
Araşdırmalar nəticəsində məlum olub ki, bəzi insanların dərisində yaranan müəyyən kimyəvi maddələr ağcaqanadları daha çox cəlb edir. Bu səbəbdən eyni şəraitdə olan insanlar arasında bəziləri daha çox dişlənir, digərləri isə nisbətən az narahatlıq yaşayır.
Alimlər həmçinin cəmiyyətdə geniş yayılmış bəzi fikirlərin doğru olmadığını müəyyən ediblər. Belə ki, insanın qan qrupu, saç rəngi və ya göz rənginin ağcaqanadların seçimində həlledici rol oynamadığı ortaya çıxıb.
Bununla yanaşı, spirtli içkilərin qəbulu ağcaqanadların marağını artıran amillərdən biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, alkoqol bədən temperaturunu yüksəldir, karbon qazı ifrazını artırır və bədən qoxusunda dəyişiklik yaradır ki, bu da insanı ağcaqanadlar üçün daha cəlbedici edir.
Ekspertlər xatırladırlar ki, ağcaqanad dişləmələri yalnız qaşınma və narahatlıq yaratmır. Dünyanın müxtəlif bölgələrində bu həşəratlar malyariya, denge qızdırması, sarı qızdırma və çikungunya kimi təhlükəli xəstəliklərin yayılmasına səbəb ola bilir. İqlim dəyişiklikləri nəticəsində həmin növlərin yeni ərazilərə yayılması isə riskləri daha da artırır.
Qeyd edək ki, tədqiqatçıların fikrincə, ağcaqanadların insan seçmə mexanizminin daha dərindən öyrənilməsi gələcəkdə yeni qorunma üsullarının və profilaktik tədbirlərin hazırlanmasına kömək edə bilər.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 337 Tarix: 20 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları
Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama
24.09.2026 911 Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
20.09.2026 324 Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20.09.2026 244 Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
20.09.2026 215 Mətbəx mebeli ilə yemək masasını necə uyğunlaşdırmaq olar?
Mətbəx mebeli ilə yemək masasını uyğunlaşdırarkən məqamlardan biri rəngdir. Masa ilə mebelin tam eyni rəngdə olması vacib deyil. Əsas odur ki, rənglər bir-birini tamamlasın və mətbəxdə qarışıq görünüş yaranmasın. Ağ və bej rəngli mətbəx mebelləri ilə açıq ağac rəngli masalar yaxşı uyğunlaşır. Tünd bo
20.09.2026 268 Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y
19.09.2026 453 Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv
Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs
19.09.2026 190 Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20.09.2026 274 Toyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO
Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis
19.09.2026 459