Çörəyi bu yerdə saxlamaq olmaz: yeganə düzgün ÜSUL
Mütəxəssislərin sözlərinə görə, əgər çörəyi bir neçə gün ərzində yeyəcəksinizsə, onu mətbəx masasının üzərində, otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. Soyuducu süd, pendir və hazır yeməklərin saxlanması üçün nəzərdə tutulsa da, çörək üçün uyğun yer hesab edilmir.
Lent.az xəbər verir ki, soyuducu kifin yaranmasını ləngidə bilər, lakin çörəyin daha tez bayatlaşmasına və dadını itirməsinə səbəb olur.
Sıfır dərəcədən aşağı temperaturlar çörəyin otaq temperaturunda saxlanıldığı halla müqayisədə üç dəfə daha tez quruyub bərkiməsinə gətirib çıxarır.
Çörəyi necə saxlamaq lazımdır?
Çörəyin düzgün saxlanma üsulu onun növündən və nə vaxt istifadə olunacağından asılıdır.
Əl işi, xırtıldayan qabıqlı çörəkləri otaq temperaturunda, kağız torbada saxlamaq tövsiyə olunur. Bu, hava dövranını təmin edərək qabığın xırtıldayan qalmasına kömək edir. Plastik torbalardan istifadə etmək isə məsləhət görülmür, çünki onlar nəm toplayaraq qabığın yumşalmasına səbəb olur.
Mütəxəssislər bildirirlər ki, çörək bir neçə gün ərzində yeyiləcəksə, onu mətbəx masasının üzərində saxlamaq lazımdır. Çörəyi kəsdikdən sonra isə kəsilmiş hissəsini aşağı çevrilmiş vəziyyətdə kəsmə taxtasının üzərinə qoymaq məsləhətdir. Bu üsul iç hissənin qurumasının qarşısını alır. Daha sonra çörəyi qorumaq üçün üzərini kağız torba ilə örtmək olar.
Çörəyi otaq temperaturunda, günəş şüalarından və istilik mənbələrindən uzaq yerdə saxlamaq tövsiyə edilir.
Uzun müddət saxlamaq istəyirsinizsə...
Bir neçə gün ərzində istifadə edilməyəcək çörəyi dondurmaq daha yaxşı seçimdir. Mütəxəssislər bildirirlər ki, soyuducuda saxlamaq əvəzinə dondurucuya qoymaq bayatlama prosesini demək olar ki, tamamilə dayandırır. Bu üsul həm bütöv çörəklər, həm də yarım tikələr üçün uyğundur. Xüsusilə dilimlənmiş çörəklər dondurucudan çıxarıldıqdan sonra birbaşa tost hazırlamaq üçün əlverişlidir.
Çörəyi dondurarkən onu kip bağlanan paketə yerləşdirmək və içəridəki havanı mümkün qədər çıxarmaq lazımdır.
Lakin çörəyi əridərkən əvvəlcə onu paketdən çıxarmaq vacibdir. Əks halda yaranan kondensasiya çörəyin nəmlənməsinə səbəb ola bilər. Daha sonra çörəyi otaq temperaturunda tam əriməyə qoymaq lazımdır. Qabığının və iç hissəsinin təzə bişmiş çörək kimi olması üçün isə onu qısa müddət sobada qızdırmaq kifayətdir.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 388 Tarix: 14 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO
Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric
13.09.2021 490 Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm
11.09.2021 659 Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR
"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə
11.09.2021 2925 İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini
13.09.2021 2197 Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir
Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri
12.09.2021 489 Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO
İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz
16.09.2021 3329 "Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...
Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin
12.09.2021 1068 Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi
12.09.2021 3724 Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar
16.09.2021 817