Xiaomi 17T Series "Leica" ilə birlikdə canlı anlar yaradırıq

Xiaomi 17T Series "Leica" ilə birlikdə canlı anlar yaradırıqSon 20 ildə mobil fotoqrafiyanın sürətli inkişafı çəkiliş sənətini həmişəkindən daha sadə və əlçatan edib: bu gün demək olar ki, hər kəs özünü obyektivin arxasında əsl fotoqraf kimi hiss edə bilər. Əgər əvvəllər əsas ünsiyyət vasitələri mətn və səs idisə, bu gün foto və video ünsiyyət qurmağımız, təəssüratlarımızı bölüşməyimiz və ən vacib anları yadda saxlamağımız üçün əvəzolunmaz vasitəyə çevrilib.
Lakin mobil fotoqrafiya gündəlik həyata getdikcə daha dərindən nüfuz etdikcə, istifadəçilərin kameralardan gözləntiləri də artır. Artıq kamera təkcə vacib anları qeydə almır, həm də özünüifadə, "storytelling" və yaradıcılıq alətinə çevrilir.
Bu transformasiya mobil sənayeyə də təsirsiz ötüşmür: smartfon istehsalçıları ilə ənənəvi fototexnika brendləri arasında əməkdaşlıq fotoqrafiya sahəsində yeni istifadəçi təcrübəsinin formalaşmasında getdikcə daha mühüm rol oynayır. Belə nümunələrdən biri də "Xiaomi" və "Leica" tərəfdaşlığıdır. Bu əməkdaşlıq "Leica"nın fotoqrafiya sahəsində bir əsrdən çox tarixə söykənən irsini "Xiaomi"nin qabaqcıl smartfon texnologiyaları ilə birləşdirərək mobil fotoqrafiyanı yenidən kəşf etməyə imkan verir.
Tərəfdaşlığın beşinci ilinə qədəm qoyarkən, "Leica 5x" teleobyektivi və "Leica Live Moment" funksiyası ilə təchiz edilmiş "Xiaomi 17T Series"in gələcək seriyası bu əməkdaşlığın növbəti mərhələsini şərtləndirir və hekayələri smartfon vasitəsilə danışmaq üçün yeni imkanlar açır.

Ümumi ideyadən fotoqrafik təcrübənin yeni səviyyəsinə qədər uzanan yol
2022-ci ildə "Xiaomi" və "Leica" arasında qurulmuş strateji tərəfdaşlıq mobil fotoqrafiyanın inkişafına dair ortaq baxışa, həmçinin mobil çəkilişdə optimal performans və istifadəçi təcrübəsinin hüdudlarını araşdırmaq istəyinə əsaslanır.
Bu tərəfdaşlığın ilk nəticələrindən biri "Xiaomi" smartfonlarında "Leica"nın əfsanəvi vizual üslubunun tətbiq edilməsi oldu. İki müxtəlif fotoqrafik üslub yaradıldı: təbii estetikanı ötürən və "Leica" üslubu kimi tanınan "Leica Authentic Look", həmçinin "Leica"nın əsas özünəməxsusluğunu qoruyaraq təsviri mobil formata və sosial platformalara uyğunlaşdıran "Leica Vibrant Look".
Bu iki əsas üslubla yanaşı, "Leica"nın su nişanları və kameranın klassik çəkiliş səsi kimi elementlər "Leica"nın özünəməxsus təcrübəsini "Xiaomi" smartfonlarına daha dərindən inteqrasiya etməyə imkan verdi.

"Leica" ilə birgə yaradılmış "Xiaomi" texnologiyaları özünəməxsus "Leica Look" effektini smartfonlara gətirir
Mobil fotoqrafiyanın inkişafının arxasında həm təsvir keyfiyyəti, həm də vizual üslub baxımından sərhədləri genişləndirməyə davam edən "Leica"nın qabaqcıl optikası dayanır. "Xiaomi" və "Leica" arasında əməkdaşlıq çərçivəsində əfsanəvi "Summicron" optikasından tutmuş daha geniş diafraqma sayəsində aydın və keyfiyyətli təsvirlər əldə etməyə imkan verən premium "Summilux"a qədər müxtəlif nəsil obyektivlər üzərində iş aparılmışdır.
Bu tərəfdaşlıq çərçivəsində "Xiaomi"nin texnoloji innovasiyaları təkmilləşdirilmiş sensorlar və əsas fokus məsafələrində daha geniş diafraqma sayəsində "Leica"nın özünəməxsus effektini gücləndirir, smartfonla daha premium çəkiliş təcrübəsi formalaşdırır.
Hər iki şirkətin güclü tərəflərini və texnologiyalarını birləşdirən bu əməkdaşlığın ilk mərhələsi mobil fotoqrafiyaya yeni nəfəs verməyə davam etməklə, dünyanın ən tanınmış foto avadanlıq istehsalçılarından birinin unikal təcrübəsini milyonlarla smartfon istifadəçisi üçün əlçatan etdi.

Birgə mühəndislik həllərindən strateji birgə məhsul istehsalına

Tərəfdaşlığın ilkin uğurunu inkişaf edən "Xiaomi" və "Leica" 2025-ci ildə əməkdaşlığı yeni səviyyəyə - strateji birgə məhsul istehsalı modeli səviyyəsinə çatdırdılar. Bu mərhələ çərçivəsində yaradılmış ilk məhsul, mobil fotoqrafiyada optik imkanların yeni standartını müəyyən edən "Xiaomi 17 Ultra" smartfonu oldu. Bu məhsul dünyada "Leica APO" obyektivi ilə təchiz edilmiş ilk smartfon adını qazandı.
Daha da əhəmiyyətlisi odur ki, strateji birgə məhsul istehsalının yeni mərhələsi yalnız texnoloji sıçrayışlarla məhdudlaşmır və "Leica" irsinin daha geniş, bütöv təcəssümünü təmsil edir.
"Leica" brendinin 100 illik yubileyi münasibətilə iki şirkət birlikdə "Leica"nın əfsanəvi irsini və özünəməxsus dizaynını "Leica Leitzphone powered by Xiaomi" smartfonuna köçürdülər. Əfsanəvi "Leica" kameralarından ilhamlanaraq yaradılmış bu smartfon brendin klassik dizayn elementlərini, o cümlədən prestijli "Red Dot" nişanını və kamera modulunda fiziki disk şəklində "Leica Camera Ring"i özündə birləşdirir. Bu, ultranazik müasir smartfonda müfəssəl kamera hissini canlandırmağa imkan verir.
Eyni zamanda bu cihaz "Leica"ya sadəcə vizual istinad etmir. Smartfon həmçinin "Leica M9" və MONOPAN 50 lenti ilə "Leica M3" daxil olmaqla, əfsanəvi "Leica" kameralarının təsvir keyfiyyətini və fotoqrafik üslubunu canlandıran "Leica Essential mode" rejiminə malikdir.
Xiaomi 17T Series "Leica" ilə birlikdə canlı anlar yaradırıq"Leica Leitzphone powered by Xiaomi" "Leica"nın foto fəlsəfəsinin bir cihazda təcəssümüdür
Birgə məhsul istehsalına bu cür kompleks yanaşma məhsulu "Leica"nın təsvir yaratma sahəsindəki klassik baxışı əsasında qurur, fotoqrafiya sahəsində bir əsrlik təcrübəni müasir smartfon texnologiyaları ilə birləşdirir.
Nəticədə tərəfdaşlıq yüksək səviyyəli kamera ilə çəkilmiş şəkillərin sadə təqlidindən xeyli kənara çıxaraq, smartfonda əsl "kamera" funksionallığına və daha autentik fotoqrafiya təcrübəsinə nail olmaq istiqamətində real addıma çevrildi.

Anlardan "Xiaomi 17T Series" hekayələrinədək

Mobil fotoqrafiyanı inkişaf etdirməyə və smartfonlarla ənənəvi kameralar arasındakı fərqi azaltmağa davam edən "Xiaomi" və "Leica" diqqəti yeni istiqamətə yönəldir: artıq sual mobil fotoqrafiyanın klassik kameralara nə qədər yaxınlaşa biləcəyində deyil, onları nə qədər üstələyə biləcəyi ilə bağlıdır.
Bu təkamülün səbəblərindən biri insanların həyatlarının ən önəmli anlarını çəkmək üçün smartfonlardan istifadə tərzinin dəyişməsi oldu. Bir fotoşəkil zamanı dayandırır. Bir video baş verənləri tarixin yaddına köçürür. Lakin real həyat anlarının əksəriyyəti bu formatların arasında mövcuddur: ani bir baxış, üz ifadəsindəki kiçik dəyişiklik, önəmli hadisədən əvvəl və ya sonrakı bir an. Yeni tipli hekayələr məhz bundan başlayır.
Fotolara hərəkət əlavə etmək ideyası yeni deyil. Təxminən 10 il əvvəl "Apple" brendinin təqdim etdiyi "Live Photo" funksiyası birmənalı qarşılanmadı. Bəziləri onu sadəcə bir neçə əlavə saniyə video və yaddaşın boş yerə xərclənməsi hesab edir, digərləri isə böyük potensiala malik perspektivli yeni format kimi qiymətləndirirlər. "Xiaomi" və "Leica" ikinci yanaşmanı dəstəkləyir və belə dinamik təsvirləri tək bir statik kadrın hüdudlarından kənarda qalan, zərif hərəkətlərdə və ani üz ifadələrində gizlənən emosiyaları və hekayələri qoruyub saxlamaq üsulu kimi nəzərdən keçirir.
Məhz bu vizyon gələcək "Xiaomi 17T Series"in gələcək seriyasındakı "Leica Live Moment" funksiyasının əsasını təşkil etdi. Bu funksiya ilə yalnız baş verənləri deyil, həm də onların hansı hisslər doğurduğunu əbədiləşdirmək mümkündür. Hərəkəti əlavə element kimi deyil, hekayənin bir hissəsi kimi nəzərdən keçirən "Leica Live Moment" gündəlik çəkilişlərə fasiləsizlik, emosiya və kontekst əlavə edir. Bu təcrübənin əsasında həmçinin "Xiaomi 17T Series"in bütün əsas kamera sisteminə tətbiq olunan "Leica"nın özünəməxsus estetikası dayanır ki, bu da hansı perspektivin seçilməsindən asılı olmayaraq, "Leica"nın klassik və tanış vizual üslubunu qorumağa imkan verir.
Lakin məhz insanyönümlü fotoqrafiyada yeni texnologiya özünü daha parlaq şəkildə göstərir. Portret rejimində "Leica Live Portrait" funksiyası belə dinamik anlara təbii boke effekti əlavə edərək üz ifadələrinin və zərif hərəkətlərin maksimum təbii görünməsini təmin edir. Hərəkət yadda saxlandıqda bir baxış, bir təbəssüm və ya bir sakit fasilə dərinlik qazanır, portret isə sözün əsl mənasında "nəfəs almağa" başlayır.
Xiaomi 17T Series "Leica" ilə birlikdə canlı anlar yaradırıq

"Leica Live Moment" ilə anları hekayələrə çevirin

Fotoqrafiyaya bu insanyönümlü yanaşmanı dəstəkləyərək, "Xiaomi 17T Series" seriyasının bütün modelləri ilk dəfə olaraq əfsanəvi və güclü Leica 5x teleobiektivi ilə təchiz edilib. Bu, hər bir "Leica Live Moment"in üz ifadələrini, hərəkəti və emosiyaları tam şəkildə - yaxından və ya uzaqdan çəkilməsindən asılı olmayaraq, kadrların həqiqətən canlanması üçün lazımi dərinlik, aydınlıq və əminliklə.çatdırmasına imkan verir.

Davam edən ortaq vizyon

"Xiaomi 17T Series"in "Leica Live Moment" funksiyası ilə "Xiaomi" və "Leica" mobil fotoqrafiyanın növbəti inkişaf mərhələsinə dair öz vizyonlarını təqdim edirlər. Kadrdakı təbii hərəkətin və duyğuların "Leica"nın autentik fotoqrafiya üslubları ilə birləşməsi sayəsində təsvirlər tək bir anla məhdudlaşmır - həmin andan əvvəlki həyatı əks etdirir.
İstifadəçilər "Xiaomi 17T Series"in gələcək seriyasında flaqman təkmilləşmələrlə yanaşı "Leica Live Moment" funksiyasını da layiqincə qiymətləndirə biləcəklər. Bunların arasında - uzunmüddətli baxış zamanı daha rahat istifadəni təmin edən təkmilləşdirilmiş göz qorumasına malik yenilənmiş ekran, həmçinin müxtəlif gündəlik ssenarilərdə uzunmüddətli və etibarlı işləməni təmin etmək üçün bütün seriya üzrə artırılmış akkumulyator həcmi yer alır.
"Xiaomi 17T Series"in gələcək seriyası geniş çeşiddə flaqman təkmilləşdirmələri əldə edib.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1219   Tarix: 27 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pendiri daha uzun saxlamaq üçün sadə üsul

Açıldıqdan sonra tez quruyan pendiri daha uzun müddət təzə saxlamaq üçün sadə bir üsul təklif olunur. Pendiri duzlu suda saxlamaq onun yumşaqlığını və dadını qorumağa kömək edir. Bunun üçün pendiri təmiz qaba yerləşdirib üzərini tam örtəcək qədər soyuq su əlavə etmək və az miqdarda duz qatmaq kifayətdir

02.08.2026 471
.

Macarıstan paytaxtında QEYRİ-ADİ HADİSƏ: Qaban metroya girdi, sərnişinlər təxliyə edildi

Macarıstanın paytaxtı Budapeştdə metro stansiyalarından birində yaralı qabanın peyda olması səbəbindən sərnişinlər təxliyə edilib. xəbər verir ki, bu barədə Macarıstanın "Portfolio.hu" xəbər portalı məlumat yayıb. Məlumata görə, təxminən 60 kiloqram ağırlığında heyvan əvvəlcə ölkə parlamentini

09.08.2026 388
.

Alimlər min illərlə yaşayan heyvanların adlarını açıqladı

Alimlər planetin ən uzunömürlü canlılarını müəyyənləşdirib və onların uzun yaşamasının sirrini izah ediblər. xəbər verir ki, insanlar arasında qeydə alınmış ən yüksək ömür göstəricisi 122 il olsa da, bəzi heyvanlar yüzlərlə, hətta minlərlə il yaşaya bilir. Bəzi canlılar isə potensial olaraq ölümsüz hesa

09.08.2026 241
.

Alimlər insan ömrünün maksimum həddini açıqladı - 150-190 il

İnsan ömrünün nə qədər uzadıla biləcəyi ilə bağlı araşdırmalar davam edir. xəbər verir ki, Rusiyanın Skolkovo Elm və Texnologiya İnstitutunun alimləri apardıqları yeni tədqiqatda insan orqanizminin nəzəri olaraq çata biləcəyi maksimum ömür həddini müəyyənləşdirməyə çalışıblar. Kompüter simulyasiyaların

01.08.2026 240
.

Yuxuda güzgünün sınması nə deməkdir?

Yuxular insanın şüuraltında gizlənən hisslərin, qorxuların, arzuların və gündəlik həyatda yaşadığı hadisələrin fərqli obrazlarla üzə çıxması kimi qəbul edilir. Yuxuda güzgü görmək də maraqlı rəmzlərdən biridir. Güzgü adətən insanın özünə baxışı, daxili dünyası, münasibətləri və həyatında baş verən dəyişikliklərl

09.08.2026 220
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

06.08.2026 631
.

Qarpızı dondurmaq olar? - Düzgün üsul

Bir çox insan yay mövsümündən qalan qarpızı qış üçün dondurmağın düzgün olub-olmadığını düşünür. Mütəxəssislər bildirirlər ki, qarpızı dondurmaq mümkündür, lakin bu, onun quruluşunu əhəmiyyətli dərəcədə dəyişir. xəbər verir ki, dondurulmuş qarpız qida dəyərini itirmir və sağlamlıq üçün təhlükəli olmur

09.08.2026 226
.

Tənbəl insanlar daha güclü immunitetə sahibdirlər - Alimdən maraqlı açıqlama

Tənbəllik etmək immunitetin möhkəmlənməsinə müsbət təsir göstərə bilər. xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri namizədi, Perm Milli Tədqiqat Politexnik Universitetinin Kimya və Biotexnologiya kafedrasının baş elmi işçisi Valeri Litvinov TASS-a müsahibəsində bildirib. Mütəxəssis qeyd edib ki

09.08.2026 230
.

Su altında sirli ildırım çaxdı: alimlər bunun nə olduğunu bilmirlər

Sakit okeanda əsrlərdir müşahidə edilən sirli işıq parıltıları alimləri düşünməyə davam edir. xarici KİV-ə istinadən xəbər verir ki, "te lapa" ("işıq parıltısı") adlandırılan bu hadisə dənizin dərinliyində qəfil yaranan, şimşəyə bənzəyən işıq zolaqları şəklində görünür və bir az sonr

09.08.2026 271
.

TOP MP3