Zelenskinin açıqlaması regionda yeni müzakirələr yaratdı - POLİTOLOQDAN AÇIQLAMA

Zelenskinin açıqlaması regionda yeni müzakirələr yaratdı - POLİTOLOQDAN AÇIQLAMAUkrayna Prezidenti Vladimir Zelenski ilə bağlı yayılan məlumata görə, o, 9 May - Rusiyada keçirilən Qələbə Günü paradı ərəfəsində açıqlama verərək bu tarixlə bağlı mümkün təhlükəsizlik risklərinə işarə edib. Bildirilən iddialar Rusiya ərazisində keçirilən hərbi tədbirlər fonunda diqqət çəkib və müxtəlif media orqanlarında geniş müzakirə olunub. Məsələ hazırda tərəflər arasında gərgin siyasi atmosferin davam etdiyi bir dövrdə gündəmdə qalır.
Zelenskinin açıqlaması regionda yeni müzakirələr yaratdı - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, ilk növbədə onu qeyd etmək lazımdır ki, Zelenskinin 9 May paradı ilə bağlı səsləndirdiyi fikirlər bir qədər dünya ictimayyətinə ünvanlanmış siyasi mesaj xarakteri daşıyır. Çünki son zamanlarda Avropa İttifaqı çərçivəsində Rusiyaya qarşı maksimum təzyiq mexanizminin qorunub saxlanılması, sanksiyaların sərtləşdirilməsi, eyni zamanda həmrəlik nümayiş etdirilməsi ilə bağlı fikirlər üstünlük təşkil edir və bu mövqeyin qorunub saxlanılması yönündə atıla biləcək qətiyyətli addımlar Rusiya-Ukrayna müharibəsinin taleyində dönüm nöqtəsi ola bilər. Düşünürəm ki, Zelenski bununla bağlı önəmli mesaj verməyə çalışır ki, Rusiyanı geri addım atmağa sövq edə biləcək yanaşmalar ancaq həmrəliyin nümayiş etdirilməsi və maksimum təzyiq siyasətinin qətiyyətli siyasi iradə ilə müşayət olunması ola bilər. Onun sözlərinə görə, may ayı kifayət qədər önəmli mərhələdir Rusiya-Ukrayna müharibəsi üçün: "Çünki daha əvvəlki bəyanatlarda Donald Trampda May ayına qədər hər iki tərəfi danışıqlar prosesində müəyyən konstruktiv yanaşma səsləndirməyə çağırmışdı. Həttda bu dövrü vaxt olaraq təyin etmişdi iki dövlət qarşısında. Düşünürəm ki, proseslərin inkişaf xronikası onu deməyə əsas verir ki, yay ayları ərzində ola biləcək hərbi əməliyyatlar və ya hadisələrin inkişafı Rusiya-Ukrayna müharibəsində yeni bir dönüm nöqtəsi yadaki danışıqlar prosesi üçün müəyyən bir irəliləyişə təsir edə biləcək hadisələrə şahidlik edə bilər.

Zelenskinin bəyanatında da ən önəmli mesajlar məhz bu istiqamətdədir. 9 May paradında Ukrayna dronlarının görünməsi ehtimalının səsləndirilməsi ki, Rusiya birtərəfli qaydada həmin dövrə atəşkəs elan etdiyini bildirib. Bu artıq onu deməyə əsas verir ki, Rusiyaya qarşı maksimum təzyiq və müqavimət hərəkatı çərçivəsində Ukrayna öz ərazi bütövlüyü və suverenliyini bərpa etmək və ən azından müəyyən mənada hərbi cəbhədə irəliləyişlər əldə edərək danışıqlar masasında daha güclü şəkildə təmsil olunmağı hədəfləyir. Putinə qarşı mümkün ola biləcək sui-qəsd ehtimalları və bu istiqamətdə məlumatların paylaşılması düşünürəm ki, indiki məqamda təəccüb yaradan bir hadisə deyil. Çünki müharibə artıq beş ildir davam edir və müharibənin davam etdiyi dövr ərzində qarşılıqlı olaraq ittihamlar kifayət qədər yüksək səviyyədə səsləndirilib.

Artıq xarici kəşfiyyat orqanlarında bu istiqamətdə ölkə daxilində ajiotaj yarada biləcək və cəmiyyətdə narahatlıq, qeyri-sabitliyi hədəfləyən müəyyən məlumatların paylaşılması yolu ilə siyasi prosesləri manipulyasiya etmək və eyni zamanda Rusiyanı maksimum təzyiq siyasəti ilə danışıqlar prosesində güzəştə getməyə məcbur etmək istəyir. Paylaşılan informasiyalar bu istiqamətdə müəyyən mənada təsir gücünə sahib olaraq xüsüsi ilə Rusiya cəmiyyətində bununla bağlı fikir ayrılıqlarının, qeyri-sabitliyin, eyni zamanda ajiotajın yaranması düşünürəm ki, ən əsas hədəflərdən biridir.

Amma müharibənin gedişatı dövrünə nəzər yetirsək Putinin təhlükəsizliyi ilə bağlı olan tədbirlər kifayət qədər yüksək həddədir. Bu istiqamətdə ola biləcək boşluqların indiki məqamda gündəmə gətirilməsi, eyni zamanda Putin administrasiyası daxilində də daxili etimadsızlıq mühitinin formalaşdırılması üçün mühüm təsir gücünə sahib olan informasiya müharibəsinin bir aləti kimidə çıxış edə bilər. Hər bir halda müharibə getdiyi bir mərhələdə Rusiya kimi kifayət qədər geniş ambisiyaları olan və eyni zamanda Ukraynanın ərazisinin böyük bir hissəsini işğal altında saxlayan və qlobal sistemlə mübarizəsini beş ildir davam etdirən bir dövlətin prezidentinə qarşı belə bir sui-qəsd hallarının olması ehtimalıda hər bir halda istisna edilmir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 458   Tarix: 06 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Eşref" geri qayıdır - Amma təkdir

"Eşref Rüya" serialının "Eşref"i Çağatay Ulusoy yeni layihə ilə geri dönür. BİG.AZ xəbər verir ki, TİMSBİ şirkəti yeni serialın yaxın zamanda dijital platformada yayımlanacağını açıqlayıb. Şirkət layihəni "Tek isim. Tek başlangıç. Eşref Tek. Her efsanenin bir başlangıcı vardır"

02.10.2026 201
.

Qardaşı da nişanlandı

Mediada müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu kimi tanınan Jerar Qafarov da ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktyor qardaşı Corc Qafarovdan sonra Jerar da nişanlanıb. O, nişan mərasimindən görüntüləri paylaşaraq "Xoşbəxt həyat yoldaşı, xoşbəxt həyat" şərhini yazıb

02.10.2026 335
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

02.10.2026 188
.

Azərbaycanda süni intellekt hansı səviyyədədir? - Ekspertdən AÇIQLAMA

"Azərbaycanda süni intellektin (Sİ) inkişafı hazırda həm böyük potensialın, həm də müəyyən boşluqların mövcud olduğu keçid mərhələsindədir. Ümumilikdə vəziyyəti "başlanğıc-orta" səviyyədə, lakin sürətlə inkişaf edən proses kimi qiymətləndirmək olar. Məsələyə bir neçə aspektdən yanaşma

02.10.2026 200
.

YAP İdarə Heyətinin yeni tərkibi - Siyahı

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha

02.10.2026 173
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 127
.

"Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"

"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə

02.10.2026 161
.

"Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb"

"Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir". APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regiona

02.10.2026 167
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

02.10.2026 296
.