İctimai Wi-Fi-dan istifadə edərkən bunlara diqqət edin
"Parkda, kafedə və ya ticarət mərkəzində təklif olunan pulsuz Wi-Fi şəbəkələri rahatlıq məqsədi daşısa da, təhlükəsizlik baxımından ev və ya ofis şəbəkələri qədər etibarlı hesab edilmir. Bunun əsas səbəbi bu tip şəbəkələrin açıq mühitdə fəaliyyət göstərməsidir. Eyni anda onlarla, hətta yüzlərlə istifadəçinin qoşulduğu bu şəbəkələrdə risk ehtimalı daha yüksək olur".
Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib.
O, qeyd edib ki, əsas problemlərdən biri məlumat ötürülməsinin kifayət qədər qorunmamasıdır. Eyni şəbəkəyə qoşulan digər istifadəçi texniki imkanlardan istifadə edərək məlumat axınını izləməyə cəhd edə bilər. Bundan əlavə, geniş yayılmış təhlükələrdən biri də saxta Wi-Fi şəbəkələridir. Məsələn, "Free WiFi" və ya "Park_WiFi" kimi adlarla saxta şəbəkələr yaradılır və istifadəçilər fərqinə varmadan həmin şəbəkələrə qoşula bilirlər. Bu halda istifadəçinin bütün onlayn fəaliyyəti risk altına düşə bilər:
"Lakin bu, pulsuz Wi-Fi istifadəsinin tamamilə təhlükəli olduğu anlamına gəlmir. Burada əsas məsələ istifadəçinin hansı əməliyyatları yerinə yetirməsidir. Xəbər oxumaq, xəritədən istifadə etmək və video izləmək kimi sadə fəaliyyətlər nisbətən təhlükəsiz sayılır. Amma bank tətbiqlərinə daxil olmaq, kart məlumatı daxil etmək, dövlət xidmətlərindən istifadə etmək və ya iş e-poçtuna qoşulmaq artıq riskli hesab olunur.
İstifadəçilər özlərini qorumaq üçün bir neçə qaydaya əməl etməlidirlər. İlk növbədə, qoşulduqları şəbəkənin həqiqətən həmin məkana aid olub-olmadığını dəqiqləşdirmək vacibdir. İkincisi, ictimai Wi-Fi şəbəkələrində heç vaxt şəxsi və ya bank məlumatları daxil edilməməlidir. Üçüncüsü, cihazlarda avtomatik Wi-Fi qoşulma funksiyasını söndürmək məsləhətdir ki, telefon avtomatik olaraq naməlum şəbəkələrə qoşulmasın. Nəhayət, saytlara daxil olarkən "https" ilə başlayan şifrəli bağlantılara üstünlük verilməsi təhlükəsizliyi artırır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 873 Tarix: 22 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMüharibədən sonra 400-dən çox adam minaya düşüb
İşğaldan azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində insan tələfatı və xəsarətlərlə nəticələnən hadisələr baş verməkdə davam edir. Baş Prokurorluqdan -a bildirilib ki, aidiyyəti dövlət qurumları ilə birgə belə hadisələrin hər biri üzrə zəruri tədbirlər görülür və ictimaiyyətə mütəmadi məluma
14.08.2026 126 "Pulun var?" - "Var" - "Pulun var, gələrəm": Azərbaycanda kişilər evlilikdən niyə çəkinir?
Son illər qadınların dilindən "kişilər evlilikdən qaçır" kimi ifadələr çox eşidilir. Bəs görəsən, bu fikir həqiqətən doğrudurmu? Kişiləri evlilikdən "qaçıran" səbəblər nədir?. Sosioloq Naib Niftəliyev -a açıqlamasında bildirib ki, Azərbaycanın klassik filmlərində belə, ailə qurma
14.08.2026 176 ŞOK ARAŞDIRMA: Natavan Əmirova və plastik cərrahiyyə pərdəsi arxasında gizlənən qanunsuzluqlar - SƏNƏDLƏR NƏ DEYİR?
Son dövrlərdə ölkədə səhiyyə sahəsində aparılan ciddi yoxlamalar və nəzarət tədbirləri şoka salan gerçəklikləri üzə çıxarmaqdadır. Xüsusilə estetik və plastik cərrahiyyə adı altında vətəndaşların sağlamlığını təhlükəyə atan şəxslərin əməlləri sərt şəkildə ifşa olunur. Səhiyyə Nazirliyinin rəsmi reyestrlər
14.08.2026 209 Bəşəriyyət yeni ev axtarır: Mütləq izlənilməli 10 fantastik film
Yer kürəsinin dağılması təhlükəsi, yaşamaq üçün yeni planet axtarışı, nəhəng kosmik gəmilərlə uzunmüddətli səfərlər və sivilizasiyadan uzaqda yeni insan nəslinin yaradılması kimi mövzular fantastika janrının ən maraqlı istiqamətlərindən birinə çevrilib. bəşəriyyətin kosmosda yeni ev axtarışından bəh
14.08.2026 134 Mobil bazarda rəqabət niyə zəifdir? - Əsas səbəblər açıqlanır
"Yeni operatorun mobil rabitə bazarına daxil olmasının qarşısında duran əsas maneələri bir neçə qrupda ümumiləşdirmək olar". Bunu BİG.AZ-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fəri
14.08.2026 252 İnstaqram 10 ildən sonra loqosunu buna görə dəyişdi
"Instagram" sosial şəbəkəsi tətbiqdə istifadə edilən yazılı loqotipini son 10 ildə ilk dəfə yeniləyib. xəbər verir ki, bu barədə "Instagram"ın rəhbəri Adam Mosseri məlumat yayıb. Onun sözlərinə görə, tətbiqin yuxarı hissəsində görünən "Instagram" yazısı 10 il ərzində dəyişməyib
14.08.2026 177 Arvadıını kobra vasitəsilə öldürən kişi ömürlük azadlıqdan məhrum edildi
Hindistanda bank işçisi Surac Kumarı həyat yoldaşı Utranı zəhərli kobra vasitəsilə qətlə yetirib. xarici mediaya istinadən xəbər verir ki, istintaq Surac Kumarın həyat yoldaşının cehizinə və sığorta ödənişinə çıxış əldə etmək üçün cinayəti əvvəlcədən planlaşdırdığı qənaətinə gəlib. Utranın əlilliyi va
14.08.2026 201 Təyyarələrdə niyə soyuq olur? -Ekspertlər izah edir
Siz qalın geyinirsiniz, stüardessalar yüngül köynəklərdə gəzir, kondisioner isə dişlərinizi bir-birinə dəyəcək şəkildə üfürür. Əsəbləşirsiniz? Əbəs yerə. Bu soyuqluq aviaşirkətlərin kaprizi və ya qənaət etmək istəyi deyil. xarici mediaya istinadən bunun tibbi protokol olduğunu və 10 min metr hündürlükd
14.08.2026 159 Pakistan səfiri: İran və ABŞ qapalı qapılar arxasında danışıqlar aparır
Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi İran və ABŞ arasında qapalı qapılar arxasında danışıqların aparıldığını bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Diplomatın sözlərinə görə, tərəflər hazırda qapalı qapılar arxasında məsləhətləşmələri davam etdirirlər. Bu əlaqələrdə irəliləyişi
14.08.2026 182