Yeniyetmələr arasında cinayətlərin artması: sosial şəbəkələrə qadağa çıxış yolu ola bilərmi? - PSİXOLOQDAN AÇIQLAMA

Yeniyetmələr arasında cinayətlərin artması: sosial şəbəkələrə qadağa çıxış yolu ola bilərmi? - PSİXOLOQDAN AÇIQLAMASon dövrlərdə yeniyetmələr arasında cinayət hallarının artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Xüsusilə azyaşlıların sosial şəbəkələrdə nəzarətsiz fəaliyyəti bu tendensiyanın əsas səbəblərindən biri kimi müzakirə olunur. Virtual mühitdə zorakılıq, aqressiya və təhlükəli çağırışlarla tez-tez qarşılaşan uşaqların psixologiyası zamanla dəyişir və bu da real həyatda riskli davranışlara yol aça bilər.

Bütün bunların fonunda "azyaşlıların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulmalıdırmı?" sualı yenidən gündəmə gəlir. Bəziləri bunun radikal, amma zəruri addım olduğunu düşünür, digərləri isə problemin kökündə daha geniş sosial və tərbiyəvi məsələlərin dayandığını vurğulayır. Mövzu ətrafında müzakirələr getdikcə genişlənir və cəmiyyətin müxtəlif təbəqələrinin fərqli yanaşmaları üzə çıxır.
Yeniyetmələr arasında cinayətlərin artması: sosial şəbəkələrə qadağa çıxış yolu ola bilərmi? - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, bu hadisə çox ciddi və təhlükəli davranış nümunəsidir və buna "uşaqdır, keçər, qanmadan edib" kimi fikirlə yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, burada həm psixoloji, həm sosial, həm də hüquqi məsuliyyət var: "Çünki hadisə öncədən düşünülmüş və planlaşdırılmış davranışdır. Yəni, impulsiv deyil, yeniyetmə şüurlu şəkildə qərar verib. Bəs bir yeniyetmədə bu cür şüurlu davranış necə yarana bilər? Birinci səbəb; ailədə valideynlər arasındakı yaxud elə uşağın özünə qarşı zorakılıq, psixoloji təzyiq, yaxud tamamilə nəzarətsizlik, soyuqluq, çox danlaq və yığılan aqressiya. İkinci səbəb; psixoloji tərəfdən ehtimal oluna bilər empatiya çatışmazlığı (başqasının ağrısını hiss etmir), və ya digər psixoloji pozuntular.

Üçüncü səbəb; sosial media və mühitin təsiri. Mediya intihar, qətl, zorakılıq hallarını nə qədər yayırsa, bir o qədər də bu hadisələri normallaşdırır və şüuraltı passiv aqressiyanı tətikləyə bilir, aktiv hala gətirir. Diqqət etsəniz Türkiyədə ard-arda məktəbdə baş verən hadisənin ardınca bizim ölkədə baş verdi. Çünki aqressiya virus kimidir və ona tez yoluxmaq olur. Ümumiyyətlə, məktəblərdə zorakılığa sıfır tolerantlıq siyasəti tətbiq etmək lazımdır. Zərərçəkən uşağa mütləq psixoloji dəstək lazımdır. Hadisənin hüquqi tərəfdən gedişatını və nəticəsini gizlətmək yox, açıq şəkildə araşdırma aparmaq lazımdır. Hadisəni törədəni təbii ki, şüurlu addımına görə cəzalandırmaq lazımdır və bunu cəmiyyətə bildirmək lazımdır. Çünki artıq neçənci hadisədir ki, nəticə cəmiyyətə bildirilmir və insanlarda belə fikir yaranır "pul hər şeyi həll edir". Onsuzda bizim ölkədə pul, "tanış" qanundan üstün kimi bilinir. Hadisəni törədən məcburi psixiatrik müayinədən keçməlidir.

Valideynlərə gəlincə, bu məsələdə valideyn burada əsas fiqurlardan biridir. Uşağın davranışına görə birbaşa məsuliyyət daşıyır. Uşaqla birlikdə valideynlərə cəza tətbiq olunmalıdır. Bu cəza pul cəriməsi yox, məhz həbs cəzası olmalıdır. Hər kəs məsuliyyətsizliyin hesabını ödəməli və dərk etməlidir. Bu cür yanaşma cəmiyyət üçün də, bir mesaj olacaq. Buna ədalət, buna qanun deyilir. Hüquqi məsuliyyətə gəlincə, Azərbaycan qanunvericiliyinə görə, yeniyetmə 14 yaş daxil olmaqla 14+ cinayət məsuliyyəti daşıyır. Qəsdən, ağır xəsarət yetirmə və ya həyat üçün təhlükəli əməl kimi qiymətləndirilir. Təbii ki, cəzanı yüngülləşdirmək üçün alternativ, daha yüngül cəza növləri də qeyd olunur. Valideynlər də, yüngül şəkildə inzibati və ya maddi məsuliyyət daşıya bilər.

Amma subyektiv fikrim olaraq düşünürəm ki, qanunvericilikdə ciddi dəyişikliklər olmalıdır. Əgər məqsəd həqiqətən sağlam Azərbaycan cəmiyyəti yetişdirməkdirsə, bu günün qanunu ilə bu mümkün deyil. Yalnız cəza yetərli deyil, cəza ilə qarşılıqlı psixoloji müdaxilə və sosial nəzarət olmalıdır. Baş verən hadisədə ilkin olaraq məsulliyət daşıyan yeniyetmə özüdür. Çünki artıq davranışı dərk edir. Sonra valideyn, sonra məktəbdir. Yəni, yeniyetmə, valideyn və direktor cəzalanmalıdır. Bu kimi hadisələr artıq bir təhlükə siqnalıdır. Bu o deməkdir ki, həm sərt, həm də ağıllı sistem qurulmalıdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1248   Tarix: 22 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

YAP-ın VIII Qurultayı - yeni siyasi reallıqlara doğru

"Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin çıxışı ölkənin yeni tarixi şəraitdə inkişaf istiqamətlərinin təqdimatı kimi diqqət çəkir. Çıxışda Azərbaycanın son onilliklərdə keçdiyi yol, əldə olunan nəticələr, dəyişən regional və beynəlxalq mənzərə, eləcə də gələcək üçü

13:03 94
.

Dünyanın ən uzun küçəsi: uzunluğu nə qədərdir, harada yerləşir?

Düşünürsünüz ki, dünyanın ən uzun küçəsi Torontodakı Yonge Street-dir? Onun uzunluğunun 1896 kilometr olduğu illərlə dərsliklərdə yazılıb. Lakin 199-cu ildə Ginnesin Rekordlar Kitabı bu titulu ləğv edib. Hazırda rəsmi rekord başqa bir yola məxsusdur. xarici mediaya istinadən sözügedən yolla bağlı məlumatlar

02.10.2026 234
.

"Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə

02.10.2026 273
.

"Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır" - Video

"Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var". "Qafqazinfo" xəbə

12:20 116
.

Azərbaycan öz milli maraqlarından geri çəkilmir

"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi

13:36 60
.

Hərəkət edin, xoşbəxt olun - ARAŞDIRMA

Gün ərzində fiziki aktiv olmaq təkcə bədən sağlamlığı üçün deyil, insanın əhvalı üçün də faydalı ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, "Nature Human Behaviour" jurnalında dərc olunan araşdırmada alimlər 8 223 nəfərin məlumatlarını təhlil ediblər. Tədqiqat 14 ölkədən 67 məluma

10:29 166
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

02.10.2026 242
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

11:51 194
.

Sizə aşiq olan oğlanı rədd etməyin 4 təsirli yolu

Qadınla kişi arasında dostluq səmimi və romantik hisslərdən uzaq ola bilər. Lakin bəzən tərəflərdən biri bu münasibəti sevgiyə çevirmək istəyir. Hisslər qarşılıqlı olmadıqda isə dostluğu qorumaq və qarşı tərəfə yanlış ümid verməmək çətinləşir. xəbər verir ki, belə vəziyyətlərdə şəxsi sərhədləri aydı

02.10.2026 239
.