"Azərsun Holdinq"in dəstəyi ilə "Vikipediya"nın 25 illiyi qeyd olundu - Fotolar
"Azərsun Holdinq" doğma dilimizin qorunması və xüsusən də rəqəmsal məcrada inkişaf etdirilməsi məqsədilə layihələrini davam etdirir. Bu layihələr çərçivəsində şirkətlər qrupu "Vikimedia Azərbaycan" İstifadəçi Qrupu ilə birgə "Azərbaycan dilinin rəqəmsal ensiklopediyası: #Vikipediya 25" adlı tədbir təşkil edib.
Panel-müzakirə formatında keçirilən tədbirdə dövlət rəsmiləri, millət vəkilləri "Azərsun Holdinq"in rəhbər heyəti, Azərbaycan Vikipediya icmasının və "Vikimedia Azərbaycan" İstifadəçi Qrupunun üzvləri, Vikimedia Fondunun Mərkəzi və Şərqi Avropa ölkələri üzrə regional qovşağı layihəsinin koordinatoru Barbara Klen iştirak ediblər. Müzakirələrdə Azərbaycan dilində Vikipediyanın zənginləşdirilməsi və süni intellekt dövründə bu platformanın vacibliyi əsas yer tutub.
"Vikimedia Azərbaycan" İstifadəçi Qrupunun İdarə Heyəti sədrinin müavini Aida Aslanova çıxışında Vikipediyada yer alan 200 min məqalənin arxasında böyük və fədakar bir icmanın dayandığını, əlavə olunan hər bir məqalənin isə gələcək nəsillər üçün qiymətli miras olduğunu bildirib. Bu icma Azərbaycanca Vikipediyada Azərbaycan dilini, mədəni irsini, tarixi şəxsiyyətlərini bu platforma vasitəsilə dünyaya çatdırır.
"Azərsun Holdinq"in baş direktorunun müavini Nazim Quliyev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğma dilimizlə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq Şirkətlər Qrupunun bu istiqamətdə müxtəlif layihələrin icrasına başladığını bildirib. O, həyata keçirilən "vikisun.az" layihəsi çərçivəsində şirkətin əməkdaşları tərəfindən Azərbaycanca Vikipediyaya 5 minə yaxın ensiklopedik məqalə əlavə etdiyini də qeyd edib.
"Azərsun Holdinq"in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov qeyd edib ki, Şirkətlər Qrupu 35 ildir ki, ölkənin qida təhlükəsizliyini təmin etməklə bərabər müxtəlif istiqamətdə sosial layihələr həyata keçirib: "Bu il Azərbaycan dili korporativ sosial məsuliyyət üzrə əsas istiqamətimizdir. Məqsədimiz illərdir ki, Vikipediyaya məqalə yerləşdirən gənclərə dəstək olmaqdır".
Tədbir çərçivəsində icmanın aktiv üzvlərinə müxtəlif mükafatlar və təşəkkürnamələr verilib. Eyni zamanda, "Vikimedia Azərbaycan" İstifadəçi Qrupu tərəfindən "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Tahir Gözelə, gənclər və idman naziri Fərid Qayıbova, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyevaya təşəkkürnamələr təqdim olunub.








BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 759 Tarix: 21 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransada polis 600 etirazçını həbs edib
Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Bundan başqa, tələbə ittifaqı 25-dən çox universite
02.10.2026 227 Dünya Bankı Azərbaycan iqtisadiyyatının makroiqtisadi dayanıqlığını qiymətləndirib
Azərbaycan iqtisadiyyatı makroiqtisadi sabitliyin yüksək səviyyəsini qoruyub saxlayır, həmçinin ÜDM-in artım tempi hələ də mülayim olaraq qalır. "Report" xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən CAMCA-2026 Regional Forumund
02.10.2026 232 Prezidentin sosial media hesablarında YAP-ın Qurultayı ilə bağlı videoçarx paylaşıldı
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
02.10.2026 12 YAP qurultayında yeni dövrün siyasi xəritəsi çəkildi
Azərbaycanın siyasi həyatında mühüm hadisələrdən biri baş verdi. Hakim Yeni Azərbaycan Partiyasının sayca VII qurultayı keçirildi. Prezident İlham Əliyevin çıxışı təkcə partiyanın qarşıdakı fəaliyyətinə deyil, Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətlərinə dair mühüm mesajlarla yadd
14:21 49 Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı
Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy
02.10.2026 302 Putin nəvələrinin gələcək peşəsini - Açıqladı
Rusiya Prezidenti Vladimir Putin nəvələri barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, Putin bu haqda "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı qısa məlumat verib. "Nəvələrim tərcüməçi kimi işləyəcəklər, onlar çin dilində danışırlar!" - deyə Rusiya lider
02.10.2026 317 Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır
"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdə
13:20 116 Azərbaycan öz milli maraqlarından geri çəkilmir
"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi
13:36 110 Azərbaycanın geostrateji rolu artmaqdadır
Prezident İlham Əliyev oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı bildirib ki, Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər göstərdiyini və burada da birləşdirici rol oynadığımı hamı yaxşı bilir. Dövlət başçısı Azərbaycanın həm tarixi, hə
14:14 72