Azərbaycanda toylarda YENİLİK: Bəyə "kirayə dostlar" tutulur
Azərbaycanda toylarla bağlı bir sıra adət-ənənələr zaman-zaman populyar olur, sonra dəbdən düşür, yeniləri yerini tutur. Kimin münasibətinin necə olmasından asılı olmayaraq, bütün bunlar əlavə vəsait, xərc deməkdir. Ona görə də bir çox ənənələr bəzən də israfçılıq kimi qiymətləndirlir, tənqid olunur.
İndi isə toylarda yeni bir xidmət - "Bəyin dostları xidməti" təklif olunur. Bu, qeyri-adi ideya həm maraq, həm də müzakirə doğurub.
Bu xidmətin ideya müəllifi ilə söhbətimizdə bu fərqli təşəbbüsün necə yarandığını, məqsədini və insanların reaksiyasını öyrənməyə çalışdıq.
Milli.Az bu barədə "yenisabah.az"a istinadla xəbər verir.
Sayta danışan Tərahim Dadaşov deyir ki, "bəyin dostları xidməti" toy məclisində bəyə xüsusi dəstək göstərmək, məclisə əlavə ab-hava qatmaq məqsədi daşıyır. Bu xidmət çərçivəsində bəyin ətrafında olan şəxslər onunla birlikdə toyda aktiv iştirak edir, rəqsə dəvət edir, lazım gəldikdə toy başlamazdan əvvəl kortejdə də yer alırlar. Eyni zamanda maraqlı videoçarxların çəkilməsi də xidmətin bir hissəsi kimi nəzərdə tutulur.
İdeya müəllifi bildirib ki, "bəyin dostları xidməti"ndə bir nəfər üçün 150 manat ödəniş nəzərdə tutulub. Yəni qiymət iştirak edəcək dostların sayına uyğun dəyişir. Onun sözlərinə görə, xidmət tam şəkildə müştərinin istəyinə uyğun formalaşdırılır. Neçə nəfərin iştirak edəcəyi, mərasimdə hansı formada yer alınacağı və xidmətin hansı müddəti əhatə edəcəyi sifarişçinin seçiminə bağlıdır. Hətta istək olarsa, toyun əvvəlindən sonuna qədər bu xidmətdən yararlanmaq mümkündür.
Tərahim Dadaşov vurğulayıb ki, bu təşəbbüs onun şəxsi ideyasıdır və məqsədləri Azərbaycanda bu sahədə bir ilkə imza atmaq olub. Onun sözlərinə görə, hələlik ölkədə bu formatda xidməti reallaşdıran başqa bir nümunə ilə rastlaşmayıb.
Müsahibimiz deyir ki, elan cəmi 1 gündür paylaşılsa da, artıq bu qısa müddətdə xidmətlə maraqlanan və ətraflı məlumat almaq istəyən şəxslər olub. O, əlavə edib ki, təşəbbüs təkcə toylarla məhdudlaşmır.
Paylaşım "bəyin dostları xidməti" adı ilə təqdim olunsa da, xidmət digər mərasimlər üçün də nəzərdə tutulub.
Hətta kollektiv yalnız oğlanlardan ibarət deyil. Ehtiyac olduqda xanımlar da bu xidmətə cəlb oluna bilər və onlar gəlinin yaxın çevrəsi, rəfiqələri kimi çıxış edə bilərlər.
T.Dadaşov qeyd edib ki, əgər bu sahəyə tələbat artsa, gələcəkdə xidməti daha da genişləndirməyi planlaşdırır.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 681 Tarix: 12 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOn ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz
BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti
11.09.2021 2055 Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə
16.09.2021 877 Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!
TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem
15.09.2021 1181 Peyvənd olunana pulsuz dönər təklifi
Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin
16.09.2021 1185 "Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...
Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin
12.09.2021 1068 Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO
Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib
14.09.2021 2001 56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086 Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO
Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ
14.09.2021 1946 Bu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə
10.09.2021 1424