Şəhərdə yaşamaq beyinin qocalmasına necə təsir edir? - Ekspertdən açıqlama
"İnsan beyninin vaxtından əvvəl qocalması əlverişsiz ekoloji şəraitə malik şəhər həyatı ilə sıx bağlıdır. Eyni zamanda, təmiz havaya və daha az stresə yol açan ərazilərdə yaşamaq mərkəzi sinir sisteminin fəaliyyətinə müsbət təsir edir".
Oxu.Az xəbər verir ki, bu fikirləri gazeta.ru-ya açıqlamasında Honkonq Şəhər Universitetinin professoru, təkamül bioloqu Pyotr Lidski səsləndirib.
"Bütün şəhərlər beyinin kəndlərə nisbətən daha sürətlə yaşlanmasına səbəb olmur. Lakin əgər urbanizasiya mühiti incə toz zərrəcikləri, yüksək səs-küy, isti hava, davamlı stres və yaşıllıqların azlığı ilə xarakterizə olunursa, bu cür şərait beyinin qocalma prosesini kəskinləşdirir. Havanın çirklənməsi təkcə beyinin qocalmasına deyil, həm də idrak qabiliyyətinin zəifləməsinə, eləcə də Altsheymer daxil olmaqla demensiya riskinin yüksəlməsinə gətirib çıxarır. Xüsusilə PM2.5 kimi kiçik hissəciklərin bu xəstəliklərin yaranmasında mənfi təsiri elmi cəhətdən təsdiqini tapıb", - deyə ekspert bildirib.
Qeyd edək ki, PM2.5 diametri 2.5 mikrometrdən kiçik olan mikrohissəciklərə deyilir. Mikroskopik ölçüləri sayəsində onlar asanlıqla tənəffüs sisteminə, oradan isə qan dövranına keçə bilirlər. Nəticədə beyin də daxil olmaqla bütün orqanizmdə iltihablanma, oksidləşdirici stres və qan damarlarının zədələnməsi kimi fəsadlar yaranır.
"Bununla belə, unutmaq olmaz ki, beyin sadəcə bir səbəbdən deyil, havanın çirklənməsi, istilik, səs-küy, sosial bərabərsizlik, yoxsulluq, xroniki stres və təbiət qoynundan uzaq qalmaq kimi kompleks faktorların birgə təsiri ilə daha tez qocalır. Tədqiqatçılar bu cür məcmu təsirləri eksposom konsepsiyası vasitəsilə izah edirlər. Orqanizmə daxil olan mikroplastiklərin zərərləri, onların damar divarlarına yığılması və infarkt riski yaratması barədə kifayət qədər sübutlar var. Hətta beyinin özündə və ilik mayesində də mikroplastiklər tapılıb. Ancaq onların mərkəzi sinir sisteminə olan neqativ təsirləri hələlik PM2.5 zərrəciklərinin zərəri qədər dəqiqliklə sübuta yetirilməyib", - deyə alim sözlərini tamamlayıb.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 557 Tarix: 12 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTelefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi
20.09.2026 209 Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma
20.09.2026 277 1 kiloqramı 40 manata satışa çıxdı - Görənlər inanmır...
Payızın ən faydalı və vitaminlərlə zəngin meyvələrindən biri olan narın qiyməti diqqət çəkir. Meyvəli/Wolt platformasında adi narın 500 qramı 18,90 manata təklif olunur. Bu isə hesablamaya görə 1 kiloqram narın qiymətinin 37,80 manat olduğunu göstərir. Eyni zamanda, satışda dənələnmiş narın 1 kiloqram
13.09.2026 477 Mətbəx çanağına sirkə püskürtsəniz nə baş verər? - SADƏ ÜSUL
Mətbəx çanağı hər gün yağ, qida qalıqları və su ilə təmasda olur. Buna görə də mütəmadi yuyulmasına baxmayaraq, onun üzərində ləkələr, ərp və xoşagəlməz qoxu yarana bilər. Məlum olub ki, hərtərəfli təmizlik üçün həmişə məişət kimyəvi vasitələrinə ehtiyac yoxdur. Adi sirkə də bu işdə kömək edə bilər
13.09.2026 433 Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20.09.2026 266 Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
Bəzi kəpənək növlərinin qocalma prosesini digər növlərlə müqayisədə daha yavaş keçirdiyi müəyyən edilib. xəbər verir ki, Bristol Universitetinin rəhbərliyi ilə Smithsonian Tropik Tədqiqat İnstitutunun əməkdaşlığı çərçivəsində aparılan araşdırmada Cənubi və Mərkəzi Amerikanın tropik yağış meşələrind
19.09.2026 219 Dezinfeksiya xidməti
Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy
15.09.2026 1131 Toyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO
Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis
19.09.2026 460 Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
20.09.2026 324