Quruda yaşayan ən yaşlı heyvan - Qadın adını daşısa da, erkəkdir

Quruda yaşayan ən yaşlı heyvan - Qadın adını daşısa da, erkəkdirHazırkı rekordçu hesab olunan Conatan adlı tısbağanın öldüyü barədə yayılan şayiələrdən sonra Seyşel tısbağası Esmeraldanın planetin ən yaşlı quru canlısı ola biləcəyi ehtimalı irəli sürülüb.

Lent.az xəbər verir ki, 193 yaşlı tısbağanın öldüyü ilə bağlı xəbər aprelin 1-də onun baytarının adından X sosial şəbəkəsində yayılan saxta paylaşım nəticəsində ortaya çıxıb.

BBC və USA Today kimi nüfuzlu beynəlxalq media qurumları hətta nekroloqlar hazırlamağa da macal tapıblar. Lakin Müqəddəs Yelena adasının qubernatoru Naycel Fillips heyvanın öldüyü ilə bağlı məlumatı təkzib edib. Bu hadisə sonradan Conatanın Vikipediya səhifəsində ayrıca qeyd olunub.

Digər tısbağa, Esmeraldanın yaşı isə təxminən 170 ilə 200 il arasında ola bilər. Bu isə Conatanın birinciliyini şübhə altına alır.

Lakin Esmeraldanın yaşını təsdiqləyən rəsmi sənədlər yoxdur. Conatanın yaşı isə 1882-ci ilə aid bir foto ilə sübut olunur: həmin şəkildə o artıq yetkin fərd kimi görünür. Məhz bu fakt onu rəsmi olaraq ən yaşlı quru heyvanı edir.

Buna baxmayaraq, Esmeraldanın başqa bir mühüm nailiyyəti var. 1980-ci illərdə o, "Ginnesin Rekordlar Kitabı"na sərbəst yaşayan ən ağır tısbağa kimi düşüb: çəkisi təxminən 298 kiloqram olub. 2002-ci ildə aparılan son ölçmədə isə çəkisi 363 kiloqrama çatıb.

Esmeralda Bird adasında yaşayır və maraqlıdır ki, qadın adı daşısa da, əslində erkək tısbağadır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1042   Tarix: 05 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Payızda yarpaqların rəngini dəyişən görünməz proses

Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni

06.11.2026 472
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

07.11.2026 529
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

08.11.2026 498
.

ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər

ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla

01.11.2026 728
.

Turlar.az - Turizm elanları saytı

saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə

03.11.2026 712
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

10.11.2026 1098
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

06.11.2026 613
.

Peçenyedə dadı dəyişən gizli səhv bu imiş

Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas

11.11.2026 369
.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

08.11.2026 535
.