Marketlərdə saxta yumurta satılır? - AÇIQLAMA

Marketlərdə saxta yumurta satılır? - AÇIQLAMABəzi ölkələrdə real yumurtaya bənzər, amma əslində yumurta olmayan məhsullar hazırlanır. Yumurtanın ağ hissəsi, su, jelatin, nişasta və ya natrium alginat kimi qatqılarla şəffaf, jeləbənzər kütlə hazırlanır. Sarı hissəsi isə qida boyası, jelatin/nişasta və bəzi hallarda dadvericilərlə kürəcik formasında düzəldilir.

Sosial şəbəkələrdə yayılan videolarda iddia olunur ki, saxta üsulla hazırlandığı deyilən yumurtalar dad, qoxu və bişirilmə xüsusiyyətlərinə görə digərlərindən fərqlənmir, hətta onların istifadəsini nümayiş etdirən görüntülər də paylaşılır.

Azərbaycan bazarlarında saxta yumurtaların satılması halları varmı?

Bizim.Media xəbər verir ki, mövzuya Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova münasibət bildirib.

Onun sözlərinə görə, Azərbaycanda qeyd olunan saxta yumurtaların satışı yoxdur:

"Xüsusilə də Azərbaycan ərazisində həm kənd yumurtasına əlçatanlıq var, həm də quşçuluq təsərrüfatı ilə məşğul olan müəssisələr də yetəri qədər yumurta istehsal edirlər. Bu, təbii toyuq yumurtasını əldə etmək saxta yumurtanı əldə etməkdən daha ucuz və asan başa gəlir.
Çünki qeyd olunan kimi saxta yumurtanın yaranması üçün əldə olunan jelatin, nişasta onun qəliblənməsi və s. müxtəlif tenoloiya və xərclər tələb edir. Bu səbəbdən sahə üzrə belə yumurtaların əldə edilməsi effektiv hesab olunmaz. Eyni zamanda bəzən bu ölkələrdə bununla bağlı eksperimental çəkilişlər, reytinq xətrinə hazırlanmış videolar olur".

M.Hüseynova qeyd edib ki, bəzən insanlar müxtəlif yumurtaları saxta zənn edir:

"Bəzi hallarda yumurtanın ağı və ya sarısı sərt, qoxusu daha kəskin olur. Bu, toyuğun yeminin tərkibi, yaşı, saxlama şəraiti ilə əlaqəli ola bilər, mövsümə görə dəyişə bilər. Bu zaman xüsusilə yumurta sarısının teksturası dəyişir. Amma bir çox hallarda qaynadıldıqdan sonra suda uzun müddət saxlanıldıqda yumurtanın sarısı sərt, elastik, rezin kimi görünüş əldə oluna bilər.

Bu, bişirilmə və saxlama formasından asılıdır. Təbii ki, yumurtanın saxlanma şəraiti, temperaturun pozulması, çatlamış olması, qeyri-rəsmi satış yerlərindən alınması zərərlər verə bilər, bu zaman salmonellaya yoluxma riski daha yüksək olur. Eləcə də yüksək nəzarətdən keçməyən quşların yumurtası ola bilər ki, bu zaman sağlamlıq üçün müəyyən fəsadlar yarana bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 824   Tarix: 02 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sentyabrda yay geri qayıdacaq? - Hava ilə bağlı AÇIQLAMA

"Havanın əvvəlki illərlə müqayisədə daha tez sərinləşməsi və payız əhval-ruhiyyəsinin hiss olunması bir çox insanda yay havasının yenidən qayıdıb-qayıtmayacağı ilə bağlı suallar doğurur. Meteoroloji qanunauyğunluqlara və uzunmüddətli iqlim proqnozlarına əsasən, sentyabr ayında havaların yenidə

00:24 104
.

Pensiyalar neçə faiz artacaq? - Minimum RƏQƏM BƏLLİ OLDU

Rəsmi hesabata görə, yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin ilk yarısı ilə müqayisədə 7 faiz artıb. Bu rəqəm həm də pensiyada mümkün artımın anonsudur. Ölkədə pensiyalar hər il yanvarın 1-də orta aylıq maaşın illik artım tempinə uyğun indeksləşdirilir

00:11 100
.

Bu şəxslərin müavinəti LƏĞV EDİLƏCƏK

Valideynlərindən birinin məcburi köçkün statusuna malik olmaması səbəbindən bəzi şəxslərə vahid aylıq müavinətin təyin edilməməsi məsələsi ictimai müzakirələrə səbəb olub. Məsələ yalnız sosial ödənişin verilib-verilməməsi ilə məhdudlaşmır, eyni zamanda ailə üzvlərinin statusunun sosial təminat hüquqların

00:26 104
.

Qızıl və gümüş qiymətləri ucuzlaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 30,26 dollar azalaraq 4332,9 dollar təşkil edib. xəbər verir ki, gümüşün qiyməti isə 0,46 dollar ucuzlaşaraq 64,34 dollara bərabər olub

15.08.2026 132
.

Yaşlı nəsildə illərdir təxirə salınan ailə konfliktlərinin nəticəsi: "Boşanıram, əl çəkin!"

Son beş ildə 60 yaş və daha yuxarı yaşda olan şəxslər arasında boşanmaların sayı nəzərəçarpacaq dərəcədə artıb. Mütəxəssislər bildirirlər ki, bu qərar bəzən yaşlılıqda yaranan problemdən deyil, 30-40 il əvvəl başlayıb illərlə təxirə salınan ailədaxili konfliktlərdən qaynaqlanır. mövzu ilə bağlı "Kaspi"

15.08.2026 140
.

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) qızıl medal qazanıb. xəbər verir ki, yarışda yarımfinal mərhələsində Böyük Britaniyanı təmsil edən Daniel Engliş ilə qarşılaşan İlham Zəkiyev rəqibinə ipponla qalib gələrə

15.08.2026 164
.

Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu - FOTO

Bu gün paytaxtda keçirilən növbəti genişmiqyaslı daxili iməcilik zamanı Bakının 556 küçəsi yuyulub. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, səhər saatlarından etibarən BŞİH-in kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfində

15.08.2026 155
.

Ötən gün Azərbaycanda narkotiklərlə bağlı 37 fakt aşkarlanıb

Ötən gün Azərbaycanda narkotiklərlə əlaqədar 37 fakt aşkarlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, avqustun 14-də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib

15.08.2026 129
.

NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır

ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Milli İdarəsi (NASA) "Artemis" (Artemida) Ay proqramını sürətləndirib. "Report"un məlumatına görə, bu barədə NASAaY rəhbəri Cared Ayzekman bildirib. "Biz "Artemis" proqramını sürətləndiririk. Əslində, "Artemis 3"

10:15 0
.

TOP MP3