Ölkə iqtisadiyyatının inkişafı ilbəil artır

Ölkə iqtisadiyyatının inkişafı ilbəil artırYanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına artıq ənənə olan müsahibəsində ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici və daxili siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.
Yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev Azərbaycanın son illərdəki uğurlarını hərtərəfli təhlil edib, iqtisadi məsələlərə xüsusi yer ayırıb.
Qeyd edilib ki, ölkənin bütün siyasəti həm sosialyönümlü, həm də investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır.
Azərbaycanın iqtisadi islahatlar həyata keçirərək, neft-qaz layihələrini icra edərək əldə edilən gəlirləri sosial sahəyə yönəltdiyini vurğulayan dövlətimizin başçısı deyib: "İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur".
Vaxtilə bu sahədə olan pozuntuların, ədalətsizliklərin aradan qaldırıldığını, şəffaf mexanizmin tətbiq olunduğu qeyd edən Azərbaycan Prezidenti bildirib: "Bu, bizə imkan verib ki, biz bir neçə ciddi sosial islahat paketi icra etmişik, daha doğrusu, son yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir. Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir".
Prezident İlham Əliyev öz müsahibəsində bildirib ki, ötən il ölkənin qızıl ehtiyatlarının artırılması üçün strateji qərar qəbul edildi. Dünyada geosiyasi müstəvidə cərəyan edən hadisələri açıq-aydın göstərirdi ki, qızılın qiyməti artacaq. Bu qərarın Azərbaycana çoxlu gəlir gətirdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: "Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazandı. Lakin qızılın qiyməti aşağı düşərsə, əlbəttə ki, bizim ehtiyatlarımız da azalacaq. Beləliklə, bu gün bizim ehtiyatlarımız hər gün dəyişir. Bu gün ola bilsin 84 və ya 83 milyarddır. Sabah 85 olacaq. Buna baxmayaraq, bu, dünyada adambaşına düşən ehtiyatlar nöqteyi-nəzərindən istənilən ölkədə olan ən yüksək göstəricilərdən biridir".
Müsahibədə həm quruda, həm də dənizdə, o cümlədən azad edilmiş torpaqlarda günəş və külək elektrik stansiyalarının xəritəsinin təsdiqlənməsi məsələsinə toxunulub.
"Hazırda bizim əsas vəzifəmiz enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirməkdir. Çünki mövcud olan planlara görə, 2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat Günəş, külək və su enerjisi bizim sistemimizə daxil ediləcək. Yəni bunu qəbul etmək, həzm etmək üçün biz enerji sistemimizi gücləndirməliyik. Buna "Energy Grid" deyirlər", - deyə dövlətimizin başçısı qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, bununla paralel olaraq batareya saxlanc sistemləri də qurulmalıdır: "Biz ilkin mərhələdə xarici şirkətlərə müraciət etdik ki, onlar investor kimi bu işi görsünlər. Amma gördük ki, böyük maraq yoxdur. Yəni dövlət xətti ilə təxminən 250 meqavat gücündə birinci batareyalar artıq quraşdırılır, amma daha da çox olacaq. Çünki bizim, yenə də deyirəm, qısamüddətli planlarımız 8 giqavat enerji əldə etməkdir".
Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli yer tutduğunu bildirən Prezident İlham Əliyev qeyd edib ki, həcm və coğrafiya baxımından ölkənin qaz ixracatı artır. İndiyədək Azərbaycan 11-i müntəzəm əsasda olmaqla, 14 ölkəni qazla təchiz edib.
"Elə ölkələr var ki, onlar 2024-cü ildə bizdən qaz əldə edib, lakin sonra başqa mənbələrlə əlaqədar dayandırıb. Bu, bir növ tələbata əsaslanır, onların ehtiyacı olanda biz təchizata başlayırıq, ehtiyacı olmayanda dayandırırıq. Lakin ümumilikdə Azərbaycanın boru kəməri vasitəsilə qaz nəqlinin coğrafi əhatə dairəsi 14 ölkədən ibarətdir. Bu il onlara daha iki Avropa ölkəsi əlavə olunacaq. Ümumilikdə 16 ölkə olacaq, bu, boru kəməri qazı ilə bağlı ən böyük rəqəmdir. Dünyada heç bir ölkə Azərbaycan kimi bu qədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir. Ötən il bizim ixracımız artım potensialına malik olmaqla, 25 milyard kubmetrdən çox olub", - deyə dövlətimizin başçısı bildirib.

Adil Hüseynov - Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 606   Tarix: 06 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Yeşilçam"ın tanınmış aktyoru vəfat etdi

Türkiyənin tanınmış aktyoru, Yeşilçamın "Altın Çocuk" ləqəbli sənətçisi Göksəl Arsoy 90 yaşında vəfat edib. Türkiyə mediasına istinadla xəbər verir ki, Arsoy "Kara Günlerim", "Samanyolu", "Taş Bebek" kimi filmlərdə yaratdığı obrazlarla yadda qalıb. O, 1957-ci ild

05.10.2026 269
.

Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?

Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən

05.10.2026 262
.

Azərbaycanda tauna yoluxan var?

Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. BİG.AZ APA-ya istinadən xəbər veri

05.10.2026 237
.

Salfetlər üzərində yazılan hitlər: məşhur mahnıların hekayələri

Bəzən dünya hitinə çevrilən mahnıların yaranması üçün nə böyük studiya, nə də uzun hazırlıq lazım olur. Məşhur musiqiçilərin bəzi əsərləri restoranda, barda, salfet üzərində, hətta pizza qutusunda yazılıb. xarici KİV-ə istinadla xəbər verir ki, aşağıda adları qeyd edilən və illərdir dinlənilən məşhu

05.10.2026 228
.

Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı

Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv

05.10.2026 249
.

Rusiyada taun xəstəliyi yayılır?

Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2

05.10.2026 255
.

Pakistan özünümüdafiə üçün balıq torlarından istifadə edir

Pakistanın Hayber-Paxtunxva əyalətinin Hanqu rayonunda polis dron hücumlarından qorunmaq üçün qeyri-adi üsula əl atıb. Təhlükəsizlik postlarının üzərində bir neçə metr hündürlükdə balıq torları çəkilib. BİG.AZ xəbər verir ki, bu addım bölgədə partlayıcı daşıyan dronlarla həyata keçirilən hücumların qarşısın

05.10.2026 217
.

İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb

05.10.2026 293
.

Səhnədən enən müğənni yıxıldı: xəstəxanaya aparıldı

Türkiyəli müğənni Merve Özbey Afyonkarahisarda verdiyi konsert zamanı bədbəxt hadisə ilə üzləşib. Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni konserti fasiləsi zamanı səhnədən enərkən pilləkəndən yıxılıb. Hadisədən sonra Merve Özbeyə ilkin tibbi yardım göstərilib və o, müayinə üçün xəstəxanay

05.10.2026 261
.