200 min manatlıq dələduzluq ittihamı - 20 nəfərdən çox şikayətçi var

200 min manatlıq dələduzluq ittihamı - 20 nəfərdən çox şikayətçi varBakıda böyük miqdarda dələduzluqda təqsirləndirilən Günel Abbasovanın (Pənah qızı) məhkəmə prosesi keçirilir.

Bu barədə AFN.az-a zərərçəkənlər məlumat veriblər. Bildirilir ki, G.Abbasova 20 nəfərdən çox vətəndaşa müxtəlif adlarla ümumilikdə 200 min manata yaxın pul "atıb". Qeyd edək ki, G.Abbasova haqqında Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 maddələri üzrə Qaradağ rayon Polis İdarəsində istintaq olunan cinayət işi Qaradağ rayon Prokurorluğu tərəfindən Qaradağ rayon məhkəməsinə göndərilib. Qaradağ rayon məhkəməsində qərara alınıb ki, sonuncu şikayət Xətai rayonu ərazisindən daxil olduğu üçün işə baxılması Xətai rayon məhkəməsinə həvalə edilsin. Xətai rayon məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə dekabrın 23-də hazırlıq iclası keçirilib, növbəti məhkəmə baxışı yanvarın 16-na təyin edilib.

Zərərçəkənlər bildirirlər ki, 20 nəfər G.Abbasovaya bu və digər işləri görmək üçün rəsmi formada pul verənlərdir, əslində isə onun əməllərindən zərər çəkənlərin sayı kifayət qədər çoxdur: "Günel Abbasova isə istər ibtidai istintaq dövründə, istərsə də məhkəmə istintaqı zamanı özünü kifayət qədər arxayın aparır, hər iclasa "bayıra çıxacam" havası ilə qatılır. İclaslarda hər kəsi susdurmağa, haqsız çıxarmağa çalışır, özünü günahkar saymır. Həbs edilməmişdən əvvəl müstəntiqlərə yalandan hamiləlik kağızı təqdim etmişdi. Üstəlik, məhkəmə proseslərində bizə hədə-qorxu gəlir ki, 3-4 il alacam, yatıb çıxacam, sizin pulunuz batacaq. Elə bilir ki, o qədər vəsaiti buna keçəcək məhkəmə, yaxud zərərçəkənlər".

Zərəçəkənlərdən Səfərov Sənan Əli oğlu bildirir ki, G.Abbasova onlardan qardaşı oğlu Səfərli Eyvaz Kənan oğlunu Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə işə düzəltək adı ilə 15 min manat alıb: "Biz onunla iş yoldaşım Abdullayev Əhəd vasitəsilə tanış olmuşuq. Bildirib ki, Prezident Administrasiyasında adamı var onun vasitəsilə işə düzəldir. İşə düzəltməyin rüsumunun 15 min manat olduğunu deyib. Pulu Günelin özünə məxsus karta atmışıq. Bir neçə ay yalan vədlərlə və bəhanələrlə bizi yola verdikdən sonra ortada yalan olduğunu bildik və polisə müraciət etməyə məcbur olduq. Qardaşım oğluna dedim getdi Gəncədə yazılı şəkildə şikayətini bildirdi. Günel bizi tanış edən adamlara da pul atıb, onlar mənə öz hesablarına 1000 manat qaytarıblar. Günel isə izahatında deyir ki, guya o qaytarıb. Yalan deyir. Pulumu alana qədər o qadından əl çəkməyəcəm. Mülki iddia da qaldırmışam. Xahiş edirəm, bu məsələ geniş ictimailəşsin, bütün Azərbaycan bilsin ki, bu qadın hansı səviyyədə insandır. Gah övladım ölüb dedi, gah atam ölüb dedi. Belə qadınların evdə uşaq böyütməsi yolverilməzdir".

İsayev Vüqar Hilal oğlu da zərərçəkmişlərdən biridir. G.Abbasova 2 min manatını alaraq ona pensiya düzəldəcəyini desə də, digər zərərçəkmişlər kimi onun da "işini düzəltməyib". O, dəyən zərərdən heç bir məbləğ geri almadığını deyir.

Hüseynova Mələk Raqib qızı G.Abbasovaya 11 min manat məbləğində pul verib. Öz növbəsində G.Abbasova onu məktəblərin birində müəllimə düzəltməyi öhdəsinə götürüb. Guya M.Hüseynovanı müəllimlərin işə qəbul imtahanından keçirib işlə təmin edəcəkmiş. Onun da işi düzəlməməklə yanaşı, dəymiş zərərin heç bir hissəsi geri qaytarılmayıb.

Yəhyayeva Səbinə Akif qızı G.Abbasovaya 8 min manat verib. Əvəzində Mingəçevir şəhərində "vakant yer açaraq" onu işə düzəldəcəkmiş.

Səfərova Raya Bulud G.Abbasovaya 44 min manat pul verib. Onun 32 min manatını ala bilsə də, 12 min manat hələ də qalır: "İki iş düzəltmək adı ilə alıb. "Sadəcə şirinlikdir, o işlər çox bahadır, mənim adamlarım yaxşı yerdədir deyə ucuz başa gəlir" deyirdi".

Eminova Gülnar İlham qızı isə həyat yoldaşının işə düzəldilməsi üçün G.Abbasovaya 15 min manat verib. Dəyən zərər geri ödənməyib: "Ötən ilin fevralında 7 saylı ASAN Xidmət mərkəzində vermişəm pulu. Müqavilə bağladıq, iki ay ərzində iş düzəlməsəydi pul geri qaytarılmalı idi. Bir qəpik belə qaytarmayıb, nə də işi düzəltməyib".

Ələkbərov Rasim G.Abbasovaya iş düzəltmək üçün 5500 manat verib. Lakin nə iş düzəlib, nə vəsaitdən geri qaytarılıb.

Şikayətçilər düşünürlər ki, G.Abbasovanın atası və bacısı da bu işdə onunla əlbirdirlər. Belə ki, zərərçəkənlərdən bəziləri pulu G.Abbasovanın atası Rüstəmov Pənahın kartına göndəriblər, Günelə guya iş düzəltmək üçün lazım olan sənədləri isə bacısı Günaya veriblər. Əliyeva Kəmalə Məzahir qızı bildirir ki, G.Abbasovanın atası və bacısı onun qonşuluğunda yaşayırlar: "Maddi vəziyyətləri yaxşıdır, görünür, Günelin insanları aldadıb aldığı pullardan onlar da "nəsiblərini" alıblar. Atası və bacısı "Qobu Park 3"-də obyekt işlədirlər. Həmin obyekt Günelin uşağının adına idi, o həbs edilən kimi obyektin adını dəyişdilər. Mən xəstə övladım ola-ola kreditə girdim 6500 manat kredit götürüb Günelin atasının kartına göndərdim, qohumuma əlillik düzəldəcəkdi guya. Lazım olan sənədləri də onun bacısına vermişəm. Amma düzəltmədi, aldatdı bizi".

Zərərçəkənlərin bir qismi də pulları G.Abbasovanın həyat yoldaşı Əlabbas Abbasovun kartına göndərdiklərini bildirirlər: "Həyat yoldaşı da, atası da, bacısı da işin əslini-astarını bilirlər, onunla əlbir ola bilərlər, biz bunu məhkəmədə də bildirmişik".

Şikayətçilər onu da bildirirlər ki, adları çəkilən şəxslərin heç biri nə istintaqa, nə də ki, indiyədək keçirilən məhkəmə proseslərinə çağırılmayıblar.

Qeyd edilənlərlə bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3892   Tarix: 05 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Yeşilçam"ın tanınmış aktyoru vəfat etdi

Türkiyənin tanınmış aktyoru, Yeşilçamın "Altın Çocuk" ləqəbli sənətçisi Göksəl Arsoy 90 yaşında vəfat edib. Türkiyə mediasına istinadla xəbər verir ki, Arsoy "Kara Günlerim", "Samanyolu", "Taş Bebek" kimi filmlərdə yaratdığı obrazlarla yadda qalıb. O, 1957-ci ild

05.10.2026 269
.

Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?

Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən

05.10.2026 262
.

Azərbaycanda tauna yoluxan var?

Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. BİG.AZ APA-ya istinadən xəbər veri

05.10.2026 237
.

Salfetlər üzərində yazılan hitlər: məşhur mahnıların hekayələri

Bəzən dünya hitinə çevrilən mahnıların yaranması üçün nə böyük studiya, nə də uzun hazırlıq lazım olur. Məşhur musiqiçilərin bəzi əsərləri restoranda, barda, salfet üzərində, hətta pizza qutusunda yazılıb. xarici KİV-ə istinadla xəbər verir ki, aşağıda adları qeyd edilən və illərdir dinlənilən məşhu

05.10.2026 228
.

Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı

Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv

05.10.2026 249
.

Rusiyada taun xəstəliyi yayılır?

Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2

05.10.2026 255
.

Pakistan özünümüdafiə üçün balıq torlarından istifadə edir

Pakistanın Hayber-Paxtunxva əyalətinin Hanqu rayonunda polis dron hücumlarından qorunmaq üçün qeyri-adi üsula əl atıb. Təhlükəsizlik postlarının üzərində bir neçə metr hündürlükdə balıq torları çəkilib. BİG.AZ xəbər verir ki, bu addım bölgədə partlayıcı daşıyan dronlarla həyata keçirilən hücumların qarşısın

05.10.2026 217
.

İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb

05.10.2026 293
.

Səhnədən enən müğənni yıxıldı: xəstəxanaya aparıldı

Türkiyəli müğənni Merve Özbey Afyonkarahisarda verdiyi konsert zamanı bədbəxt hadisə ilə üzləşib. Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni konserti fasiləsi zamanı səhnədən enərkən pilləkəndən yıxılıb. Hadisədən sonra Merve Özbeyə ilkin tibbi yardım göstərilib və o, müayinə üçün xəstəxanay

05.10.2026 261
.