Camışların sayında kəskin azalma: Restoranlarda mal əti adı ilə təqdim olunur?
Azərbaycanda 1 oktyabr tarixinə inək və camışların sayı 1 milyon 217 min 982 baş olub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17 min 320 baş, yaxud 1,40% azalma deməkdir. Ötən ilin eyni dövründə ölkədə 1 milyon 235 min 302 baş inək və camış qeydə alınmışdı.
Məlumata görə, sözügedən heyvanların 5 min 128 başı Bakının payına düşüb. Paytaxtda inək və camışların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 216 baş, yaxud 4,04% azalıb.
Ötən ilin eyni dövründə Bakıda bu göstərici 5 min 344 baş təşkil edib.
Camışlarının sayının azalması barədə müxtəlif mülahizələr var. İddialardan biri də odur ki, son zamanlar ətin bahalaşması səbəbi ilə camışlar kəsilib restoran və şadlıq evlərinə verilir.
BiG.AZ xəbər verir ki, bu iddiaya münasibət bildirən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya bildirib ki, camışlarının baş sayının azalması onların ətlik istiqamətində kəsilməsi ilə bağlı deyil:
"Baxmayaraq ki, ət sevənlər çox zaman camış balasının - kəlçənin ətinə xüsusi maraq göstərirlər. Camış əti tərkibinə görə inək ətindən heç də keyfiyyətsiz deyil. Camışlar xəstəliklərə davamlıdırlar. Xüsusilə də, dabaq xəstəliyinə qarşı onlarda güclü immunitet var. Bundan əlavə, camışın yağı və qatığı yüksək kalorili və yağlı olur. Amma camışlar inəklərə nisbətən daha az süd verirlər. Ona görə də camışları saxlamaq kiçik təsərrüfatlar üçün rentabelli deyil".
Müsahib camışların baş sayının azalmasını təbii hal hesab edir:
"Çünki onların bəslənilməsi üçün şərait kasadlığı var. Camışları bəsləmək, inəklərdən xeyli çətindir. Xüsusilə yay aylarında bu problem daha da böyüyür. Çünki camışlar isti havalarda suda yatır. Su hövzəsi, gölməçəsi olmayan əraizdə də bu heyvanları isti havada saxlamaq çətin olur. Üstəlik camışları uzun müddət qapalı şəraitdə saxlamaq olmur. Bu heyvanlar daim təbiətdə olmağı xoşlayırlar. Təbii örüş sahəsi olmayan ərazilərdə camış bəsləmək mümkünsüzdür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 675 Tarix: 04 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?
Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav
05.10.2026 351 Sevgidə bəxti gətirməyən 6 məşhur qadın - SİYAHI
Şöhrət, uğur və milyonlarla pərəstişkar şəxsi həyatda xoşbəxtliyə zəmanət vermir. Cennifer Lopez, Madonna və digər məşhur qadınların sevgi həyatı buna nümunə göstərilir. xarici KİV-ə istinadla xəbər verir ki, uğursuz evliliklər, xəyanətlər, ağır ayrılıqlar və yarımçıq qalan münasibətlər sözügedən məşhurları
05.10.2026 282 Prezidentin sosial şəbəkə hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı - Paylaşım
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:
05.10.2026 221 Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməyib. Bu barədə -a DİM-dən məlumat verilib. Bildirilib ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmu
05.10.2026 233 Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - Fotolar-Yenilənib
Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. *. Əvvəlcə dövlət başçısı Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhmə
05.10.2026 443 Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?
Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən
05.10.2026 273 Bir saç kəsimi necə böhrana çevrildi? - Nil Armstronqun yaşadığı qeyri-adi hadisə
Aya ilk ayaq basan insan Nil Armstronqun həyatındakı ən qəribə anlaşılmazlıqlardan biri bərbər kreslosunda başlayıb. Armstronq saçlarının özündən xəbərsiz şəkildə toplanaraq məşhur kolleksiyaçıya 3 min dollara satıldığını öyrənib. Qaynarinfo xəbər verir ki, Aya ilk ayaq basan insan olmaq Nil Armstronq
05.10.2026 329 Ramil Usubovun ailəsində - Ağır itki
Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib. "Qafqazinfo" "ya istinadən xəbər verir ki, onun kürəkəni Kamran Xankişiyev vəfat edib. Qeyd edək ki, Kamran Xankişiyev uzun illər hüquq-mühafizə orqanlarında çalışıb
05.10.2026 368 Medvedev Ermənistanın gələcəyi ilə bağlı xəbərdarlıq edib
Ermənistanın hazırkı rəhbərliyinin siyasi istiqamətini dəyişmək niyyəti ölkənin "yeni Ukrayna"ya çevrilməsi təhlükəsi yaradır. " xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İranın dövlət televiziyasına müsahibəsində bildirib. Medvedev bu kontekstd
10:47 87