Orta təhsilin şaxələndirilməsi və müəllim hazırlığı-EKSPERT AÇIQLADI
"Əsas məqsəd təhsil sistemini bütövlükdə köçürmək deyil, Türkiyə modelindən uyğun elementləri seçərək milli sistemdə tətbiq etməkdir. Təhsil yalnız fənlər və proqramlardan ibarət deyil; o, hüquqi çərçivə, sosial-coğrafi reallıq, iqtisadi imkanlar, demoqrafik struktur və mədəni dəyərlərin birləşdiyi kompleks mexanizmdir. Bu səbəbdən Türkiyə modelinin seçilmiş komponentləri həm realdır, həm də orta və uzunmüddətli perspektivdə ciddi irəliləyiş yarada bilər.
Türkiyə təhsil sisteminin ən böyük üstünlüyü 12 illik məcburi təhsil fəlsəfəsidir. Bu model şagirdlərin məktəbdə qalma müddətini artırır, erkən tərk etməni azaldır və regionlararası fərqləri daraldır. Azərbaycanda 9 illik məcburi təhsil sistemi 15 yaşdan sonra seleksiya mexanizminə keçir və məktəbi erkən tərk riskini artırır. 12 illik model tətbiq olunarsa, 9-cu sinifdən sonra şagirdlərin lisey və ya peşə təhsilinə sistemli keçidi təmin edilə bilər".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
O, qeyd edib ki, hüquqi çərçivə baxımından Azərbaycan qanunvericiliyi Türkiyə modelinin əsas elementlərinin tətbiqinə imkan verir. "Təhsil haqqında" Qanunda əlçatanlıq, bərabərlik və beynəlxalq təcrübəyə uyğunlaşma prinsipləri göstərilir. Dövlətin ümumi orta təhsil öhdəliyi isə 12 illik təhsilə mərhələli keçid üçün hüquqi baza yaradır. Qanunun inteqrasiya prinsipi isə milli dəyərlərlə qlobal təcrübənin uyğunlaşdırılmasını təmin edir:
"Türkiyə modelinin tətbiqi məktəbin strukturunu şaxələndirir. Ümumi liseylər, peşə liseyləri və ixtisaslaşmış məktəblər paralel fəaliyyət göstərir; şagirdlər 10-12-ci siniflərdə maraqlarına uyğun istiqamət seçirlər. Bu model həm akademik hazırlığı, həm də əmək bazarına yönəlmiş peşə təhsilini gücləndirir. Azərbaycanda isə 9-11-ci siniflərdə seçim imkanları məhduddur. Şaxələndirilmiş model regionlarda real təsir göstərə bilər.
Müəllimlərin peşəkar inkişafı sahəsində də Türkiyə təcrübəsi faydalıdır. Orada müəllim hazırlığı və xidmət içi təlimlər ardıcıl və məcburi şəkildə aparılır, keyfiyyət mərkəzlər vasitəsilə idarə olunur. Azərbaycan son illərdə sertifikasiya, iş yükünün tənzimlənməsi və ixtisaslaşmış təlimlərlə bu yanaşmanı gücləndirib. Türkiyə təcrübəsinin inteqrasiyası nəticələri daha da gücləndirə bilər.
Məktəbdə nizam-intizam, davranış qaydaları və məsuliyyət bölgüsü Türkiyə modelində daha konkret və sərtdir. Bu, dərs iştirakını artırır və məktəb mühitini tənzimləyir. Azərbaycanda isə qaydaların icrası bəzən zəifdir. Sərt mexanizmlər uyğunlaşdırılmış formada tətbiq edilməli və şagird hüquqları qorunmalıdır.
Türkiyə modelinin mənfi tərəfləri də var: kurikulumun siyasiləşməsi, dini məktəblərin artması və bəzi elmi mövzuların proqramdan çıxarılması milli təhsil fəlsəfəmizə uyğun deyil. Bu səbəbdən yalnız elmi və pedaqoji cəhətdən güclü komponentlər seçilməlidir.
Nəticə olaraq, Türkiyə modelindən seçilmiş elementlərin tətbiqi şagirdlərin məktəbdə qalma müddətini artırar, peşə təhsilini cazibədar edər, orta təhsilin şaxələnməsini təmin edər, qiymətləndirməni şəffaflaşdırar və məktəbin idarəetmə mədəniyyətini çevikləşdirər. Elm və Təhsil Nazirliyinin rəqəmsallaşma, sertifikasiya və kurikulum yeniləmələri isə bu addımlar üçün artıq güclü baza yaradıb".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 649 Tarix: 24 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKonfet kişinin ağzında partladı, öldü
Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya
13:40 0 Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi
17:00 0 Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB
"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq
18:10 0 Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK
Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd
12:19 131 Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər
Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d
11:00 139 Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub
Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb
19:30 0 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo
19:03 211 Ana Brnabiç: Yeni hakimiyyət müxalifəti dinləməkdə maraqlı deyil
Serbiyada prezident səlahiyyətlərini icra edən Ana Brnabiç yeni hakimiyyətin müxalifətlə dialoq aparmaqda və onun mövqeyini dinləməkdə maraqlı olmadığını bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Brnabiç bunu Serbiya Milli Assambleyasında keçirilən məsləhətləşmələrdən sonra jurnalistlər
18:20 0 Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb
Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd
17:20 0