Dişlər niyə qışda daha çox ağrıyır?
"Soyuq hava diş minasında mikroçatlara və plomblara zərər verə bilər".
Ölkə.az "HuffPost" nəşrinə istinadla xəbər verir ki, bu barədə britaniyalı stomatoloq Radca Cunedji danışıb.
O, qışda diş minasının daha həssas hala gəldiyini bildirib:
"Temperaturun tez-tez dəyişməsi səbəbindən dişlər qış aylarında daha həssas olur. Məsələn, soyuqda isti qəhvə içmək kəskin ağrıya səbəb ola bilər. Bundan əlavə, soyuq hava diş minasına və plomblara zərər verə bilər.
İsti mühitdən soyuğa keçid zamanı dişlər bir qədər genişlənir və büzülür. Zamanla bu, diş minasında mikroçatların yaranmasına və ya köhnə plombların zədələnməsinə səbəb ola bilər".
Mütəxəssis əlavə edib ki, mənfi temperaturda bir çox insanlarda ağızda quruluq və tüpürcək çatışmazlığı müşahidə olunur. Tüpürcəyin olmaması bakteriyaların daha sürətlə çoxalmasına, bunun da xoşagəlməz qoxuya və dişlərin zədələnməsinə səbəb olmasına şərait yaradır.
Dişlərə soyuğun mənfi təsirini azaltmaq üçün həkim qışda kifayət qədər su içməyi, tüpürcək ifrazını artırmaq üçün şəkərsiz saqqız çeynəməyi və qapalı məkanlarda hava nəmləndiricisindən istifadə etməyi tövsiyə edib. Əgər dişlər həssaslaşıb soyuğa reaksiya verirsə, mütləq stomatoloqa müraciət etmək lazımdır.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEnerjini bərpa etmək üçün gündüz nə qədər yatmaq lazımdır?
Bəzən günün ortasında gözləriniz öz-özünə yumulur və o qədər yuxunuz gəlir ki, işləmək çətinləşir. Yuxu üzrə mütəxəssislər belə hallarda enerji toplamaq üçün qısa müddətə mürgüləməyə icazə verməyin faydalı olduğunu bildirirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" yazıb. Laki
21.09.2026 418 Qışda uşaqları xəstə edən soyuq deyilmiş
"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabınd
26.09.2026 312 Bir çox xəstəliyinizin dərmanıdır
Zəncəfil həm ədviyyat, həm də təbii müalicə vasitəsi kimi uzun illərdir istifadə olunur. Tərkibindəki antioksidant və iltihabəleyhinə maddələr sayəsində orqanizm üçün bir çox faydası var. Axşam.az xəbər verir ki, mütəxəssislər bundan miqdarında istifadə etməyi məsləhət görür. Həzm sistemini yaxşılaşdırı
26.09.2026 276 Uzunömürlülük üzrə mütəxəssis ömrü uzatmaq üçün 5 əsas qaydanı açıqladı
Uzunömürlülük üzrə mütəxəssis Den Büttner insanların daha uzun və sağlam yaşaması üçün beş əsas qayda açıqlayıb. Onun tövsiyələri "mavi zonalar" kimi tanınan və insanların uzunömürlülüyü ilə seçilən bölgələrdəki həyat tərzi müşahidələrinə əsaslanır. Büttnerin sözlərinə görə, uzunömürlülük üçü
20.09.2026 295 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri
07.10.2026 393 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq
Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər
21.09.2026 389 Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun
Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütün xərçəng xəstəliklərinin 12 faizi infeksiyalarla əlaqəli olub. Bu, təxminən 2,
04.10.2026 347 Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canl
27.09.2026 279 Müalicəvi masajla klassik masajın fərqi nədir?
Müalicəvi masaj və klassik masaj tətbiq üsullarına görə oxşar görünsə də, seçilmə məqsədi fərqlidir. Müalicəvi masaj konkret ağrı, əzələ gərginliyi və hərəkət məhdudiyyəti kimi şikayətlərə uyğun tətbiq edilir. Klassik masaj isə əzələlərin boşaldılması və ümumi rahatlama məqsədi daşıyır. Müalicəvi masa
27.09.2026 218