"Şirniyyatdan imtina etmək iradə yox, balans məsələsidir" - Diyetoloq

"Şirniyyatdan imtina etmək iradə yox, balans məsələsidir" - DiyetoloqMüasir dövrdə həm uşaqlar, həm də böyüklər arasında şirniyyat asılılığı artmaqdadır. Bu problem təkcə artıq çəki ilə deyil, həm də hormon balansının pozulması, enerji dalğalanmaları və diqqət dağınıqlığı ilə nəticələnə bilər.

Diyetoloq Nigar Qasımova BiG.AZ-a bildirib ki, şəkər istifadəsi beyində dopamin ifrazını artırır və bu, asılılıq effekti yaradır:

"İnsan şirniyyat yedikdə beyində xoşbəxtlik hormonu adlanan dopamin ifraz olunur. Bu, siqaret və ya kofein kimi, təkrar istək yaradır. Yəni, şəkərdən uzaq durmaq fiziki deyil, psixoloji çətinlikdir.

Bu səbəbdən birdən-birə tam imtina etmək əks reaksiya doğura bilər. Ən doğru üsul tədricən azaldaraq, beynin yeni vərdişə uyğunlaşmasına şərait yaratmaqdır.

Şirniyyatı tam qadağan etmək yerinə, sağlam alternativlərdən istifadə etmək vərdişin tərgidilməsini asanlaşdırır.

Təbii meyvələr, quru meyvələr və az miqdarda qara şokolad şəkər istəyini azaldır. Əgər insan tamamilə qadağa qoyarsa, bədən ‘şəkər çatışmazlığı’ kimi siqnal göndərir və bu, əksinə, daha çox yeməyə səbəb olur."

Stress və yuxu çatışmazlığı da şirniyyata meyli artırır.

Yuxusuzluq zamanı bədən enerjini tez bərpa etmək üçün şəkərə yönəlir. Həmçinin, stres anında kortizol hormonu yüksəlir və bu da şirin qidalara meyli gücləndirir. Buna görə düzgün yuxu və sakitlik rejimi çox vacibdir.

Şirniyyat vərdişindən xilas olmağın ən sağlam yolu — tədricilik, balans və səbəb analizidir.

Şirniyyatdan imtina etmək iradə yox, balans məsələsidir. Əgər orqanizmə lazım olan enerji, yuxu və rahatlıq təmin edilərsə, şəkərə olan istək tədricən yox olur".


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 920   Tarix: 07 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Allergiyadan astmaya aparan səbəblər: Kondisioner də nəfəs yollarını zədələyir? - VİDEO

"Baku Med" verilişinin yeni buraxılışında tənəffüs yolları xəstəliklərindən danışılıb. Tənəffüs yolları xəstəlikləri hansı qruplara bölünür?. Ən çox rast gəlinən problemlər hansılardır?. Tənəffüs yolları xəstəliklərinin səbəbləri nələrdir?. Hava çirkliliyi ağciyərlərə necə təsir edir?. Siqareti

01.08.2026 238
.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

25.07.2026 2010
.

Rusiyalı həkim insan ömrünü 10-15 il qısaldan əsas amilləri açıqladı

İnsan ömrünü dəqiq neçə il qısaldığını müəyyən etmək mümkün olmasa da, bəzi vərdiş və amillərin həyat müddətinə ciddi təsir göstərdiyini göstərən elmi statistikalar mövcuddur. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə rusiyalı terapevt Kristina Radina -ya açıqlamasında danışıb. Həkimin sözlərin

02.08.2026 284
.

55 illik araşdırma: Alimlər uzunömürlülüyün sirrini tapıb?

100 yaşdan çox yaşayan insanlar üzərində aparılan uzunmüddətli araşdırma göstərib ki, 100 il və daha artıq yaşamağın vahid resepti yoxdur. Bununla belə, uzunömürlü insanları birləşdirən bir sıra ümumi amillər müəyyən edilib. Qayanrinfo xəbər verir ki, "ScienceAlert"in yazdığına görə, Qahirədək

22.07.2026 722
.

Vəba hələ də insanların sağlamlığına təsir edir - Təhlükəli xəstəliklərlə əlaqə tapıldı

XIV əsrdə baş vermiş və milyonlarla insanın ölümünə səbəb olmuş Qara ölüm pandemiyası zamanı yaranan genetik dəyişikliklər bu gün də insan orqanizminin təhlükəli infeksiyalara qarşı mübarizəsində mühüm rol oynayır. Lakin alimlər bildirirlər ki, bunun mənfi tərəfi də var. Qaynarinfo xəbər verir ki, genetikləri

27.07.2026 322
.

Yayda buzlu su içmək təhlükəlidirmi?

Yay aylarında temperatur yüksəldikcə insanlar sərinləmək üçün daha çox buzlu və çox soyuq suya üstünlük verirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, həddindən artıq soyuq suyun qəbulu bəzi hallarda sağlamlığa mənfi təsir göstərə bilər. Ölkə.az xəbər verir ki, həkimlərin sözlərinə görə, çox soyu

14.07.2026 541
.

Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida

Qaraciyər orqanizmin əsas filtrasiya orqanlarından biridir və hər gün toksinləri, dərman qalıqlarını və maddələr mübadiləsi nəticəsində yaranan tullantıları emal edir. "Euroonco" federal ekspert onkologiya klinikaları şəbəkəsinin qastroenteroloqu, tibb elmləri namizədi Vladimir Loginov qaraciyər

25.07.2026 313
.

Hormonal pozuntuların əsas əlamətləri hansılardır? - VİDEO

Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında endokrin sistem barədə müzakirə aparılıb. Endokrin vəzilər hansı hormonları ifraz edir?. Hormonal pozğunluqların əsas əlamətləri nələrdir?. Qalxanabənzər vəzidə düyünlər nə zaman təhlükəlidir?. Şəkərli diabet necə inkişaf edir? Proqramd

08.08.2026 193
.

Köp, ürəkbulanma və qarın ağrısı: Qida zəhərlənməsi, yoxsa mədə-bağırsaq xəstəliyi? - VİDEO

Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında qastroenteroloji xəstəliklər barədə müzakirə aparılıb. Qarın ağrısı hansı hallarda xəstəlik əlaməti sayılır?. Uzunmüddətli qəbizliyin səbəbləri nədir?. Qida zəhərlənməsi ilə həzm xəstəlikləri necə fərqlənir?. Helikobakter pilori hansı xəstəliklər

26.07.2026 279
.

TOP MP3