Həqiqi yaşınızı bilirsinizmi? - Bədəninizin sizə verdiyi 5 siqnala diqqət edin

Həqiqi yaşınızı bilirsinizmi? - Bədəninizin sizə verdiyi 5 siqnala diqqət edinYaşlanmaq qaçılmaz olsa da, sağlam və balanslı şəkildə yaş almaq bir seçimdir.

Qaynarinfo xəbər verir ki, mütəxəssislərə görə, "yaxşı yaşlanmaq" sadəcə xəstəliklərdən uzaq qalmaq demək deyil: fiziki, zehni, emosional və sosial rifahı əhatə edən bütöv bir həyat tərzini tələb edir.

Bəs həqiqətən gənc və sağlam qaldığınızı necə anlaya bilərsiniz? ABŞ-da "Access Medical Labs"ın tibbi direktoru və yaşlanma əleyhinə tibb üzrə mütəxəssis doktor Miç Genin fikrincə, bunun 5 əsas göstəricisi var.

1. Əzələ gücü - həyat enerjinizin göstəricisi

Əl sıxma gücü, uzunömürlülüklə birbaşa əlaqəlidir. Dr. Gen bildirir ki, güclü əzələ kütləsinin, ürək-damar sağlamlığının və ümumi dözümlülüyün əlamətidir. Ev şəraitində bunu tennis topunu sıxmaq və ya yaş dəsmalı burmaqla da yoxlamaq mümkündür. Əzələlərin zəifləməsi, oynaq ağrıları və sarkopeniya (yaşa bağlı əzələ itkisi) kimi hallar orqanizmin bioloji yaşının artdığını göstərə bilər.

2. Hərəkət azadlığı - gəncliyin açarı

Daimi fiziki fəaliyyət həm bədən, həm də zehin sağlamlığının əsas dayağıdır. Həftədə ən azı 150 dəqiqə orta intensivlikdə idman etmək və iki dəfə böyük əzələ qruplarını işlətmək yaşlanma prosesini ləngidir. Baş gicəllənməsi, nəfəs darlığı və ya tez yorulma kimi əlamətlər isə ürək-damar performansının azaldığına işarə edə bilər və həkimə müraciət tələb edir.

3. İmmunitet gücü - tez sağalan bədən sağlam həyatın rəmzidir

Dr. Genə görə, sağlam immunitet sistemi infeksiyalardan 7–10 gün ərzində qurtulmağa imkan verir. Əksinə, uzunmüddətli xəstəliklər və tez-tez baş verən infeksiyalar immun sisteminin zəiflədiyini göstərir. O, həmçinin xroniki iltihabın (məsələn, diş əti iltihabı) yaşlanmanı sürətləndirə biləcəyini bildirir. İltihabı azaltmaq üçün zerdeçal (kurkumin) və yaşıl çay (EGCG) kimi təbii maddələrin istifadəsi tövsiyə olunur.

4. Ruh halı və hormon balansı - daxili tarazlıq yaşınızı müəyyənləşdirir

Yaş artdıqca testosteron, estrogen və progesteron kimi hormonların səviyyəsi azalır ki, bu da həm fiziki, həm də emosional rifaha təsir edir. Aşağı libido, yuxu pozğunluğu, yorğunluq və diqqət dağınıqlığı bu mərhələdə tez-tez rast gəlinir. Dr. Gen, hormon balansını qorumağın həyat keyfiyyətini artırdığını, lakin hər cür əlavə və ya dəstəkləyici müalicənin yalnız həkim nəzarətində aparılmalı olduğunu vurğulayır.

5. Zehni çeviklik - beyninizi işlədin, gənc qalın

Unutqanlıq və diqqət itkisi beynin stimullaşdırmaya ehtiyacı olduğunu göstərir. "Beyin də əzələ kimidir – işlədilmədikdə zəifləyir", deyə Gen qeyd edir. O, hər gün beyni aktiv saxlayan sadə məşqlər etməyi tövsiyə edir, məsələn, "F" hərfi ilə başlayan sözləri sadalamaq və ya kiçik yaddaş oyunları oynamaq kimi. Keyfiyyətli yuxu da beyin sağlamlığı üçün vacibdir: yatmazdan əvvəl telefonu kənara qoymaq, otağı qaranlıq saxlamaq və gecələr "Wi-Fi"ni söndürmək tövsiyə olunur.

Ev şəraitində yaşlanma testləri

Dr. Gen, bədənin bioloji yaşını təxmin etmək üçün bir neçə sadə test təklif edir:

* Əllərdən istifadə etmədən oturub qalxmaq;
* Stoldan 30 dəfə ayağa qalxıb oturmaq;
* Əl dərisini yüngülcə dartıb buraxmaq (dərinin dərhal əvvəlki vəziyyətinə qayıtması elastikliyin göstəricisidir);
* Topuq–barmaq addımı ilə yerimək;
* Bir ayaq üzərində 30 saniyə taraz dayanmaq.

Bu testlərin hamısını problemsiz yerinə yetirə bilirsinizsə, deməli, yaşınızı sağlam şəkildə idarə edirsiniz.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1240   Tarix: 06 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28.10.2026 1036
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

25.10.2026 903
.

Görmə itkisinə aparan xəstəliklər hansılardır? - Video

"Baku Med" verilişinin budəfəki buraxılışında göz xəstəlikləri və onların müalicəsi müzakirə olunub. Ən çox rast gəlinən göz xəstəlikləri hansılardır?. Katarakt əməliyyatı hansı hallarda zərurətə çevrilir və müalicədən sonra bu xəstəliyin təkrarlanma riski varmı?. Gənc yaşda katarakt aşkarlanarsa

15.11.2026 304
.

AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ

"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə

02.11.2026 895
.

Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Video

"Baku Med" verilişinin budəfəki buraxılışında fəqərələrarası disk yırtığı, artroz və üz sinirinin iflici mövzuları müzakirə olunub. Fəqərələrarası disk yırtığı hansı hallarda əməliyyat tələb edir?. Disk yırtığı ağrısız inkişaf edə bilərmi?. Artrozun müalicəsində fizioterapiyanın rolu nədir?

07.11.2026 518
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29.10.2026 1053
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

01.11.2026 1196
.

Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur

Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur. "Report" xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönüm

31.10.2026 784
.

Sevdiyiniz musiqi ağrını azalda bilər

İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr

30.10.2026 1005
.