Bağırsaq xərçənginə qarşı 4 güclü meyvə – Hər gün birini yeyin!
Bağırsaq xərçənginə qarşı 4 güclü meyvə - Həkim gündə birinin kifayət etdiyini deyir
Sağlam bağırsaq ümumi sağlamlığın təməli hesab olunur. Mütəxəssislər bildirirlər ki, gündəlik yeyilən qidalar orqanizmdəki faydalı bakteriyalara - bağırsaq mikrobiomuna birbaşa təsir göstərir və bu da iltihab, eləcə də kolon xərçəngi kimi xəstəliklərə qarşı qoruma yaradır.
Ölkə.az xəbər milli.az-a istinadən xəbər verir ki, 2040-cı ilə qədər dünyada 3,2 milyon yeni kolorektal (bağırsaq) xərçəngi hadisəsi gözlənilir. Harvard məzunu amerikalı gastroenteroloq Dr. Saurabh Sethi, bəzi meyvələrin bağırsaq sağlamlığını qorumaqda xüsusilə güclü olduğunu vurğulayıb. Bu meyvələr həm vitamin və liflə zəngindir, həm də iltihabı azaldan və hüceyrələri xərçəngə qarşı qoruyan maddələr ehtiva edir.
Sitrus meyvələri (portağal, limon, qreyfurt)
Bu meyvələr təkcə sərinləşdirici deyil, həm də orqanizmi təmizləyici təsirə malikdir. Flavonoidlər və C vitamini sayəsində bağırsaqdakı zərərli sərbəst radikalları neytrallaşdırır, oksidativ stresi azaldır və hüceyrə zədələnməsinin qarşısını alır.
Aparılan tədqiqatlara əsasən, hesperidin və naringenin kimi maddələr kolon xərçəngi hüceyrələrinin çoxalmasını ləngidə bilər. Həmçinin, turunç meyvələrindəki həll olunan liflər faydalı bağırsaq bakteriyalarını bəsləyir.
Kivi
Dr. Sethi-yə görə, kiçik ölçüsünə baxmayaraq, kivi bağırsaqlar üçün çox dəyərlidir. Tərkibindəki aktinidin adlı təbii ferment zülalların parçalanmasına və daha rahat həzmə kömək edir.
Tədqiqatlar göstərir ki, kivi bağırsaq hərəkətliliyini artırır, qəbizliyi azaldır və kolon divarını qoruyan antioksidantlarla zəngindir.
Alma
"Gündə bir alma həkimi uzaqlaşdırar" ifadəsi, əslində, elmi əsasa malikdir. Almada bol miqdarda pektin adlı həll olunan lif var. Bu maddə bağırsaqda fermentasiya olunaraq kolon hüceyrələrini qoruyan bütirat kimi qısa zəncirli yağ turşuları əmələ gətirir.
Daimi alma istehlakı faydalı bakteriyaların sayını artırır, zərərli bakteriyaları isə azaldır. Xüsusilə almanın qabığında xərçəng riskini azaldan kuersetin adlı güclü antioksidant var.
Qarpız
Qarpız yalnız təravətləndirici deyil, həm də bədəni nəm saxlayaraq bağırsaq fəaliyyətini dəstəkləyir.
Tərkibindəki likopen adlı antioksidant, kolon da daxil olmaqla, bəzi xərçəng növlərinə qarşı qoruyucu təsir göstərir. Gündə bir dilim qarpız bədəni həm su, həm də hüceyrə səviyyəsində qoruyucu maddələrlə təmin edir.
Dr. Sethi qeyd edir ki, heç bir qida təkbaşına xərçəngi tam önləyə bilməz, lakin bu dörd meyvə gündəlik rasionda yer aldıqda bağırsaq sağlamlığını gücləndirir və uzunmüddətli qoruma yaradır.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1259 Tarix: 24 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAllergiyadan astmaya aparan səbəblər: Kondisioner də nəfəs yollarını zədələyir? - VİDEO
"Baku Med" verilişinin yeni buraxılışında tənəffüs yolları xəstəliklərindən danışılıb. Tənəffüs yolları xəstəlikləri hansı qruplara bölünür?. Ən çox rast gəlinən problemlər hansılardır?. Tənəffüs yolları xəstəliklərinin səbəbləri nələrdir?. Hava çirkliliyi ağciyərlərə necə təsir edir?. Siqareti
01.08.2026 238 Hicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
25.07.2026 2010 Rusiyalı həkim insan ömrünü 10-15 il qısaldan əsas amilləri açıqladı
İnsan ömrünü dəqiq neçə il qısaldığını müəyyən etmək mümkün olmasa da, bəzi vərdiş və amillərin həyat müddətinə ciddi təsir göstərdiyini göstərən elmi statistikalar mövcuddur. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə rusiyalı terapevt Kristina Radina -ya açıqlamasında danışıb. Həkimin sözlərin
02.08.2026 284 55 illik araşdırma: Alimlər uzunömürlülüyün sirrini tapıb?
100 yaşdan çox yaşayan insanlar üzərində aparılan uzunmüddətli araşdırma göstərib ki, 100 il və daha artıq yaşamağın vahid resepti yoxdur. Bununla belə, uzunömürlü insanları birləşdirən bir sıra ümumi amillər müəyyən edilib. Qayanrinfo xəbər verir ki, "ScienceAlert"in yazdığına görə, Qahirədək
22.07.2026 722 Vəba hələ də insanların sağlamlığına təsir edir - Təhlükəli xəstəliklərlə əlaqə tapıldı
XIV əsrdə baş vermiş və milyonlarla insanın ölümünə səbəb olmuş Qara ölüm pandemiyası zamanı yaranan genetik dəyişikliklər bu gün də insan orqanizminin təhlükəli infeksiyalara qarşı mübarizəsində mühüm rol oynayır. Lakin alimlər bildirirlər ki, bunun mənfi tərəfi də var. Qaynarinfo xəbər verir ki, genetikləri
27.07.2026 322 Yayda buzlu su içmək təhlükəlidirmi?
Yay aylarında temperatur yüksəldikcə insanlar sərinləmək üçün daha çox buzlu və çox soyuq suya üstünlük verirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, həddindən artıq soyuq suyun qəbulu bəzi hallarda sağlamlığa mənfi təsir göstərə bilər. Ölkə.az xəbər verir ki, həkimlərin sözlərinə görə, çox soyu
14.07.2026 541 Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida
Qaraciyər orqanizmin əsas filtrasiya orqanlarından biridir və hər gün toksinləri, dərman qalıqlarını və maddələr mübadiləsi nəticəsində yaranan tullantıları emal edir. "Euroonco" federal ekspert onkologiya klinikaları şəbəkəsinin qastroenteroloqu, tibb elmləri namizədi Vladimir Loginov qaraciyər
25.07.2026 313 Hormonal pozuntuların əsas əlamətləri hansılardır? - VİDEO
Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında endokrin sistem barədə müzakirə aparılıb. Endokrin vəzilər hansı hormonları ifraz edir?. Hormonal pozğunluqların əsas əlamətləri nələrdir?. Qalxanabənzər vəzidə düyünlər nə zaman təhlükəlidir?. Şəkərli diabet necə inkişaf edir? Proqramd
08.08.2026 193 Köp, ürəkbulanma və qarın ağrısı: Qida zəhərlənməsi, yoxsa mədə-bağırsaq xəstəliyi? - VİDEO
Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında qastroenteroloji xəstəliklər barədə müzakirə aparılıb. Qarın ağrısı hansı hallarda xəstəlik əlaməti sayılır?. Uzunmüddətli qəbizliyin səbəbləri nədir?. Qida zəhərlənməsi ilə həzm xəstəlikləri necə fərqlənir?. Helikobakter pilori hansı xəstəliklər
26.07.2026 279