Ürək tutması barədə xəbərdarlıq: Soyuq havalara diqqət!
Fəsil keçidləri, temperatur fərqlərinin artması və hava şəraitindəki dəyişikliklər insan orqanizminin tarazlığına ciddi təsir göstərir. Bu dövrlərdə xüsusilə ürək və damar xəstəliklərinin sayında artım müşahidə olunur.
Qaynarinfo xəbər verir ki, kardioloq İsmayıl Erdoğu fəsil keçidlərinin ürək xəstələri üçün təhlükəli olduğunu bildirərək deyib: "Soyuq havalar ürək tutmalarını tətikləyə bilər. Bu dövrdə bədən istiliyini qorumaq və qidalanmaya diqqət yetirmək böyük əhəmiyyət daşıyır".
Ani istilik dəyişiklikləri damarların daralmasına, bununla da ürəyin yükünün artmasına səbəb olur. Soyuq havalarda ürək daha çox efor sərf etdiyindən, xroniki ürək xəstələrinin bu dövrdə daha diqqətli davranmaları tövsiyə olunur. Həkim xəbərdarlıq edib ki, açıq havada edilən qəfil və ağır idman hərəkətləri də ürək tutmasına səbəb ola bilər.
İsmayıl Erdoğu bildirib ki, fəsil keçidləri zamanı insanların həyat tərzi və qidalanma vərdişləri dəyişir:
"Yayda insanlar daha çox tərəvəz və meyvə yeyirlər, lakin qışda yağlı və daha ağır qidalar üstünlük təşkil edir. Bu da ürək-damar sisteminə əlavə yük yaradır. 40–45 yaşdan yuxarı, idmanla mütəmadi məşğul olmayan şəxslər ağır məşqlərdən çəkinməlidirlər. Soyuq havada, xüsusilə halı sahələrdə futbol oynamaq kimi fəaliyyətlər ani yorulma və soyuqla birlikdə ürək tutmasını tətikləyə bilər. Hazırda biz ürək tutmalarının artacağı bir dövrə daxil olmuşuq".
Həkim Erdoğu qeyd edib ki, ürək tutmalarından ölüm hallarının əsas səbəbi xəstələrin xəstəxanaya gec müraciət etməsidir:
"Bəzi insanlar şikayətlərini ürək problemi ilə əlaqələndirmir və xəstəxanaya getmirlər. Halbuki risk faktorları olan şəxslərin vaxtında müraciəti həyati əhəmiyyət daşıyır. Tərəvəzlərdəki C və E vitaminləri damar sağlamlığı üçün çox önəmlidir. Qışda da gündəlik menyuda tərəvəz və salat mütləq yer almalıdır. Həftədə ən az iki dəfə balıq yemək soyuq havalarda qəfil ürək tutmalarının qarşısını ala bilər".
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1223 Tarix: 24 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYüksək təzyiqə qarşı ən effektiv pəhriz - Açıqlandı
Düzgün qidalanma hipertoniyanın (yüksək təzyiq) müalicəsində və qarşısının alınmasında həlledici rol oynayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Xose Abelyan açıqlamasında bildirib. Mütəxəssis hipertoniyadan əziyyət çəkənlər üçün ən effektiv qidalanma modelinin xüsusi olaraq b
04.09.2026 353 Enerjini bərpa etmək üçün gündüz nə qədər yatmaq lazımdır?
Bəzən günün ortasında gözləriniz öz-özünə yumulur və o qədər yuxunuz gəlir ki, işləmək çətinləşir. Yuxu üzrə mütəxəssislər belə hallarda enerji toplamaq üçün qısa müddətə mürgüləməyə icazə verməyin faydalı olduğunu bildirirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" yazıb. Laki
21.09.2026 323 Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu
"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır". Ölkə.az "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb. Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqların
03.09.2026 414 Peyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? - VİDEO
"Baku Med" verilişinin yeni buraxılışında uşaq sağlamlığı barədə müzakirə aparılıb. Peyvəndlər uşaqlar üçün niyə vacibdir?. Valideynlər niyə peyvəndlərdən imtina edir?. Antibiotiklər hansı hallarda zəruridir?. Uşaqlara sağlam qidalanma necə aşılanmalıdır?. Uşaqları mövsümi viruslardan nec
05.09.2026 291 Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər
Bəzi qidalar qəbul edildikdən sonra insanda yorğunluq və yuxululuq yarada bilər. Bu, xüsusilə ağır və çox kalorili yeməklərdən sonra daha çox müşahidə olunur. xəbər verir ki, qida tərkibi və porsiyanın həcmi yeməkdən sonra yaranan yuxululuğa təsir edən əsas amillərdəndir. Karbohidratla zəngin qidala
14.09.2026 368 Hər evdə var, amma bu təsirini çoxları bilmir
İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetinin mütəxəssislərinin apardığı araşdırmada pomidorun tərkibindəki likopen maddəsini
12.09.2026 267 Demensiyadan qorunmağın YOLLARI
"Demensiyanın (beyindəki sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranan və əqli qabiliyyətlərin tədricən zəifləməsi ilə müşayiət olunan simptomlar qrupu) qarşısının alınması üçün müntəzəm fiziki və zehni aktivlik, eləcə də ümumi sağlamlıq vəziyyətinə nəzarət xüsusi əhəmiyyət daşıyır"
06.09.2026 274 Üzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər
Göz ətrafında yaranan sarımtıl və şişkin ləkələr ürək-damar xəstəlikləri riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, "Atherosclerosis" jurnalında dərc olunan araşdırmada bu əlamətin ksantelazma adlandığı və infarkt, insult, eləcə də keçici işemik tutma riski ilə əlaqəli olduğu müəyyənləşdirilib
08.09.2026 436 Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
Oksford Universiteti təxminən 1 milyon şəxsin məlumatlarını tədqiq edib. Çay və qəhvə istehlakının özündən əlavə, içkilərin içilmə tərzinə dair ortaya çıxan təəccüblü detal qida borusu xərçəngi riskinə birbaşa təsir edir. xəbər verir ki, tədqiqatçılar hədsiz isti çay və qəhvə istehlakı ilə qida borus
13.09.2026 516