Günəş azaldıqca depressiya artır: Bu əlamətlər həftələrlə davam edə bilər
Payız və qış aylarının yaxınlaşması ilə günlərin qısalması, havanın tez qaralması və günəş işığının azalması bir çox insanda əhval dəyişikliklərinə səbəb olur.
Qaynarinfo xəbər verir ki, mütəxəssislərə görə, bu vəziyyətin adı mövsümi depressiya və ya mövsümi duyğudurum pozuntusudur. Cəmiyyətdə düşündüyümüzdən daha geniş yayılmış bu problem insanın həm psixoloji, həm də fiziki sağlamlığına mənfi təsir göstərə bilər.
Psixiatr, uzman doktor Serap Kaya bildirib ki, mövsümi depressiya mövsüm dəyişiklikləri ilə ortaya çıxan bir depressiya növüdür. O qeyd edib ki, bu hal daha çox payız və qış aylarında müşahidə olunur:
"Günəş işığının azalması, havaların soyuması və günlərin qısalması beyindəki serotonin və melatonin hormonlarını təsir edərək depressiyanı tətikləyə bilər".
Əlamətlər uzun sürərsə diqqətli olunmalıdır
İstək itkisi, ruh düşkünlüyü, həyatdan zövq almama, yuxu və iştaha dəyişiklikləri, enerjinin azalması və diqqət toplamaqda çətinlik ən çox rast gəlinən əlamətlərdəndir. Serap bildirib ki, adi yorğunluq bir neçə gün ərzində keçsə də, mövsümi depressiyada bu əlamətlər həftələrlə davam edə bilər və şəxsin iş, məktəb və ya ailə həyatını mənfi təsirləyə bilər.
Kimlər risk altındadır?
Serap Kaya qeyd edib ki, qadınlar, daha əvvəl depressiya keçirmiş şəxslər, ailəsində depressiya tarixi olanlar və qapalı mühitdə uzun müddət işləyənlər risk qrupuna daxildirlər: "Şimal bölgələrində yaşayanlar və günəş işığını az görənlər bu problemi daha tez-tez yaşayırlar. Həmçinin stresli həyat tərzi, tənhalıq və sosial dəstəyin azlığı da riski artırır".
Yalnız ruh halını deyil, bədəni də təsirləyir
Mövsümi depressiya yalnız psixoloji deyil, fiziki əlamətlərlə də özünü göstərə bilər. Yuxu rejimi pozulur, həddindən artıq yatmaq və ya yuxusuzluq meydana gəlir. Şirin və karbohidrat tələbi artır, buna görə də çəki dəyişiklikləri müşahidə olunur. Serap Kaya əlavə edib:
"Daimi halsızlıq, əzələ yorğunluğu, baş ağrısı və motivasiya çatışmazlığı tez-tez rast gəlinir. Bəzi insanlarda immun sistem zəifləyərək tez-tez xəstələnməyə səbəb ola bilər".
Nə vaxt həkimə müraciət edilməlidir?
Əgər əlamətlər iki həftədən artıq davam edirsə, iş və məktəb həyatına mane olur və ya sosial həyatdan uzaqlaşmaya gətirib çıxarırsa, mütəxəssis yardımı almaq vacibdir. Umidsizlik hissi, yuxu və iştahanın ciddi dəyişməsi və ya özünə zərər vermə fikirləri yaranarsa, dərhal psixiatriya həkiminə müraciət edilməlidir:
"Erkən müraciət müalicə prosesini asanlaşdırır və həyat keyfiyyətini tezliklə yüksəldir".
Ümid verən mesaj
Psixiatr Serap Kaya bildirib ki, mövsümi depressiya müalicə oluna bilən bir vəziyyətdir:
"Qaranlıq günlərin ruh sağlamlığınızı kölgəlamasına imkan verməyin. Peşəkar dəstək, düzgün qidalanma, müntəzəm idman və işıq terapiyası ilə bu dövrü sağlam şəkildə keçirmək mümkündür".
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1009 Tarix: 23 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş55 illik araşdırma: Alimlər uzunömürlülüyün sirrini tapıb?
100 yaşdan çox yaşayan insanlar üzərində aparılan uzunmüddətli araşdırma göstərib ki, 100 il və daha artıq yaşamağın vahid resepti yoxdur. Bununla belə, uzunömürlü insanları birləşdirən bir sıra ümumi amillər müəyyən edilib. Qayanrinfo xəbər verir ki, "ScienceAlert"in yazdığına görə, Qahirədək
22.07.2026 722 İti görmənin sirri açıldı: Hər şey ana bətnində başlayır
A vitamini insan orqanizmində təkcə immunitet və dəri sağlamlığı üçün deyil, həm də görmə qabiliyyətinin formalaşmasında mühüm rol oynayır. Alimlərin son araşdırması göstərib ki, bu vitaminin törəmələri insanın hələ ana bətnində olarkən iti mərkəzi görməsinin yaranmasına birbaşa təsir edir. -in məlumatın
10.07.2026 562 Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir
Antibiotik, ağrıkəsici və digər dərmanlardan sonra orqanizmi "təmizləmək" üçün bitki çayları və detoks proqramlarına müraciət edənlər olsa da, mütəxəssislər bu üsulların əksəriyyətinin elmi əsasının olmadığını bildirirlər. xəbər verir ki, həkim Svetlana Burnatskayanın sözlərinə görə, dərmanları
01.08.2026 316 Ürək sağlamlığını qorumağa kömək edən 9 faydalı və dadlı qəlyanaltı
Ürək üçün faydalı qəlyanaltılar adətən doymuş yağlar və natrium baxımından az, lif, antioksidant və faydalı qida maddələri baxımından isə zəngin olur. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, bu məhsullar iltihabi proseslərin azalmasına kömək edir və ürək-dama
27.07.2026 444 Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Diyetoloqlar bildirirlər ki, məşhur qəlyanaltılar - kartof çipsi, peçenye və qurudulmuş ət məhsulları adətən yüksək miqdarda natrium və doymuş yağ ehtiva etdiyindən ürək sağlamlığı üçün əlverişli seçim sayılmır. Qaynarinfo xəbər verir ki, "Martha Stewart" portalının yazdığına görə, ürək üçü
29.07.2026 508 Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
Dünya miqyasında xərçəng hallarının sayının artması bir daha erkən diaqnozun və bədənin incə xəbərdarlıq əlamətlərinin düzgün şərh edilməsinin vacibliyini vurğulayır. Məşhur inancın əksinə olaraq, xərçəng növləri həmişə ağır simptomlarla qəfildən ortaya çıxmır. Alimlər vurğulayırlar ki, bədəndə həftələrl
02.08.2026 333 Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA
Diş həkiminə müraciət zamanı müəyyən edilən diş əti problemləri insanın gələcəkdə 2-ci tip diabetə tutulma riski barədə də məlumat verə bilər. xəbər verir ki, "The Lancet Public Health" jurnalında dərc olunan və 300 mindən çox insanı əhatə edən genişmiqyaslı araşdırmada periodontitlə 2-ci ti
08.08.2026 176 İnsan beynində diş çıxa bilərmi - Şok faktlar
İlk baxışda bu, qorxu filmini xatırladır. Amma təəccüblüdür ki, tibbdə həqiqətən də beyində dişə bənzər strukturların aşkar edildiyi çox nadir hallar təsvir olunub. BİG.AZ -a istinadən xəbər verir ki, əslində, beyin özü diş yaratmır. Bunun səbəbi adətən teratoma adlanan çox nadir bir şiş növüdür. Teratomala
14.07.2026 528 Hər gün xiyar yeməyin faydası
Yay aylarının ən çox sevilən tərəvəzlərindən biri olan xiyar həm dadı, həm də orqanizm üçün faydalı xüsusiyyətləri ilə seçilir. Axşam.az xəbər verir ki, tərkibinin böyük hissəsi sudan ibarət olan xiyar bədənin su balansını qorumağa kömək edir. Xüsusilə isti havalarda susuzluğun qarşısını almaq üçün idea
25.07.2026 293