Azərbaycanlıların sevimli mürəbbəsi ilə bağlı HƏKİMDƏN XƏBƏRDARLIQ
Rusiyalı həkim feyxoadan hazırlanan mürəbbənin bəzi hallarda sağlamlıq üçün təhlükəli ola biləcəyini bildirib.
Milli.Az xəbər verir ki, qastroenteroloq Yevgeni Belousovun sözlərinə görə bu mürəbbə düzgün bişirildikdə və az miqdarda qəbul edildikdə faydalı ola bilər, lakin şəkərli diabet, hipertiroidizm və allergiyası olan şəxslər üçün zərərli təsir göstərə bilər.
Mütəxəssis bildirib ki, şəkərin yüksək tərkibinə görə diabet xəstələrinin bu mürəbbədən imtina etməsi lazımdır. Hətta şəkər əvəzinə şirinləşdirici istifadə edildikdə belə, feyxoandakı fruktoza qanda şəkərin səviyyəsini artıra bilər. Asan mənimsənilən karbohidratların çoxluğu isə orqanizmdə piy yığılmasına səbəb olur. Tərkibindəki yod miqdarına görə feyxoa hipertiroidizmi olan insanlara da əks göstərişdir. Həkim həmçinin allergiya riskini və mədə turşuluğu yüksək olan qastrit və ya mədə yarası xəstələrində bu məhsulun selikli qişanı qıcıqlandıra biləcəyini xatırladıb.
Belousov böyüklərə gündə ən çox iki çay qaşığı, üç yaşdan yuxarı uşaqlara isə yarım qaşıqdan artıq olmamaqla həftədə iki-üç dəfə feyxoa mürəbbəsi yeməyi məsləhət görüb.
Onun sözlərinə görə, bu mürəbbənin müsbət tərəfləri də var. Tərkibindəki lif və pektin bağırsaq hərəkətini stimullaşdırır və toksinlərin xaric olunmasına kömək edir. Bişirildikdən sonra belə, mürəbbədə qalan flavonoidlər orqanizmdə oksidləşmə stressini və iltihabı azaldır. Feyxoa mürəbbəsi yod mənbəyidir, bu da yod çatışmazlığı olan bölgələrdə yaşayanlar üçün faydalıdır. Vitamin C və bitki mənşəli maddələr immun sistemini gücləndirir. Həkim qeyd edib ki, şəkərin miqdarı məntiqli saxlanıldıqda feyxoa mürəbbəsi sənaye üsulu ilə hazırlanmış desertlərə nisbətən daha sağlam seçimdir.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1049 Tarix: 18 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı
Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı
01.11.2026 777 Sosial şəbəkələrdən uzun müddət istifadə depressiyaya səbəb ola bilər
Sosial şəbəkələrdə gündəlik keçirilən vaxt böyüklər arasında depressiya barədə məlumat verilməsi ilə əlaqəli əsas amillərdən biri kimi müəyyən edilib. Bu əlaqə ABŞ-da 11 il ərzində aparılan sorğularda müşahidə olunub. Qaynarinfo xəbər verir ki, araşdırma Şimal-Qərb Universiteti və Sinsinnati Universitetini
02.11.2026 871 Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf
19.10.2026 1178 Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz
24.10.2026 820 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar
Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin
12.11.2026 501 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın
Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ
23.10.2026 1079 Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?
Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu
03.11.2026 899 Protein niyə lazımdır?
Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır
01.11.2026 718 Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini
25.10.2026 903