Onurğaya 22 kq əlavə yük düşür - Gündüz etdiyiniz bu səhv gecə sizi yuxusuz qoyur

Onurğaya 22 kq əlavə yük düşür - Gündüz etdiyiniz bu səhv gecə sizi yuxusuz qoyurİngiltərənin məşhur nəşrlərindən Daily Mail-ə danışan yuxu mütəxəssisi Lisa Artis bildirib ki, milyonlarla insan gündüz etdikləri müəyyən vərdişlər səbəbindən gecə yuxusuz qalır.

Milli.Az xəbər verir ki, mütəxəssis qeyd edir ki, gündüz ekrana baxaraq qozbel durmaq və ya boynu öndə saxlamaq onurğa və əzələlərə əlavə təzyiq göstərir, bədənimizin rahatlamasını çətinləşdirir və nəticədə yuxusuzluq yaradır.

Araşdırmalar göstərir ki, milyonlarla britaniyalı "texnologiya boynu"ndan əziyyət çəkir. Bu, telefonu, planşeti və ya kompüter ekranını uzun müddət aşağıya baxaraq istifadə etməyin səbəb olduğu yuxarı arxa gərginlikdir.

"Gün boyu boynunuz və çiyinləriniz gərgin qalırsa, yataqda üzüstə yatmaq onurğanı bükərək vəziyyəti daha da pisləşdirir. Hətta düzgün yastıq dəstəyi olmadan yan yatmaq da problemi artırır."

Ən yaxşı pozisiya isə baş, boyun və onurğa düz xətt üzrə, arxası üstə və ya yan yatmaqdır.

Telefon və digər cihazlara baxmaq üçün başı əymək boynunuza 22 kq-a qədər əlavə yük düşməsinə səbəb olur. Bu təzyiq çiyinlər və bel bölgəsinə də təsir edir və zamanla xroniki ağrı, baş ağrısı, hərəkət məhdudiyyəti və dolaşım problemlərinə gətirib çıxara bilər.

Lisa Artis tövsiyə edir: "Hər 45 dəqiqədən bir və ya hər saat başı mini hərəkət fasiləsi verin. Ayağa qalxın, əlinizi və çiyinlərinizi gərginlikdən azad edin. Bu, qan dövranını yaxşılaşdırır və gərginliyi azaldır."

Yuxusuzluq yeni məlumatları yadda saxlama qabiliyyətini azaldır, demans riskini artırır.

Xroniki yuxu çatışmazlığı Alzheimer və digər nevrodegenerativ xəstəliklərin riskini yüksəldir.

Yuxusuzluq ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi, diabet və insult kimi ciddi xəstəliklərlə əlaqələndirilir.

Həddindən artıq yuxu da problemlərə səbəb ola bilər: ürək xəstəliyi, kilo artımı, diabet, kognitiv pozulmalar və depressiya riskini artırır.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1024   Tarix: 12 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28.10.2026 1036
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

25.10.2026 903
.

Görmə itkisinə aparan xəstəliklər hansılardır? - Video

"Baku Med" verilişinin budəfəki buraxılışında göz xəstəlikləri və onların müalicəsi müzakirə olunub. Ən çox rast gəlinən göz xəstəlikləri hansılardır?. Katarakt əməliyyatı hansı hallarda zərurətə çevrilir və müalicədən sonra bu xəstəliyin təkrarlanma riski varmı?. Gənc yaşda katarakt aşkarlanarsa

15.11.2026 304
.

AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ

"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə

02.11.2026 895
.

Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Video

"Baku Med" verilişinin budəfəki buraxılışında fəqərələrarası disk yırtığı, artroz və üz sinirinin iflici mövzuları müzakirə olunub. Fəqərələrarası disk yırtığı hansı hallarda əməliyyat tələb edir?. Disk yırtığı ağrısız inkişaf edə bilərmi?. Artrozun müalicəsində fizioterapiyanın rolu nədir?

07.11.2026 518
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29.10.2026 1053
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

01.11.2026 1196
.

Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur

Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur. "Report" xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönüm

31.10.2026 784
.

Sevdiyiniz musiqi ağrını azalda bilər

İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr

30.10.2026 1005
.