Manqo şəkər xəstələri üçün zərərli deyilmiş - Yeni araşdırma ümid verir
İllərdir 2-ci tip şəkər xəstələri üçün təhlükəli hesab edilən manqo ilə bağlı yeni elmi araşdırmalar fərqli nəticələr ortaya qoyub. Hindistanda aparılan klinik tədqiqatlara əsasən, ölçülü və düzgün formada istehlak edildikdə manqo şəkər xəstələri üçün zərərli deyil, əksinə müəyyən faydalar verə bilər.
Milli.Az xəbər verir ki, iki ayrı klinik sınaq zamanı manqo istehlakı ilə çörək kimi karbohidratlar arasında müqayisə aparılıb. Nəticələr göstərib ki, çörək əvəzinə manqo yeyən diabet xəstələrinin qan şəkəri səviyyələri daha sabit və idarəolunan olub.
Üç gün davam edən qlükoza monitorinqi zamanı da bu nəticələr təsdiq edilib. Manqo yeyən şəxslərdə yeməkdən sonrakı qan şəkəri çörək yeyənlərlə müqayisədə daha az dalğalanıb.
Ağ çörəklə müqayisədə daha aşağı glisemik reaksiya
European Journal of Clinical Nutrition jurnalında dərc olunacaq araşdırmada Hindistana məxsus məşhur manqo sortlarının ağ çörəyə nisbətən daha aşağı glisemik təsirə malik olduğu ortaya çıxıb. Bu isə o deməkdir ki, manqodakı karbohidratlar qana daha yavaş qarışır, şəkər səviyyəsini birdən-birə qaldırmır.
Başqa bir səkkiz həftəlik tədqiqatda isə 35 nəfər tip 2 diabetli şəxsin səhər yeməyində çörək əvəzinə 250 qram manqo istehlak etdiyi müşahidə olunub. Bu müddət ərzində iştirakçıların qan şəkəri, insulin müqaviməti, bədən çəkisi, bel ətrafı və xolesterin səviyyələrində nəzərəçarpacaq yaxşılaşma qeydə alınıb.
Tədqiqatın rəhbəri, professor Anoop Misra bu nəticələri belə şərh edib:
"Biz ilk dəfə sübut etdik ki, səhər çörəyinin az miqdarda manqo ilə əvəz olunması diabet xəstələri üçün faydalı ola bilər. Amma bu o demək deyil ki, manqonu istədiyiniz qədər yeyə bilərsiniz. Porsiya nəzarəti vacibdir."
Manqo necə və nə qədər yeyilməlidir?
Mütəxəssislər manqonun əlavə qida deyil, karbohidrat əvəzedicisi kimi qəbul edilməsini tövsiyə edirlər. Araşdırmalara görə, 250 qram manqo təxminən 180 kalori təşkil edir və bu miqdar gündəlik rasionda nəzərə alınmalıdır.
Mumbaydan olan diabetoloq Dr. Rahul Baxi isə bildirir ki, qan şəkəri nəzarətdə olan şəxslər gündə yarım porsiya manqo yeyə bilərlər. O, manqonun desert kimi deyil, zülal və liflə birlikdə - məsələn, qatıq, kəsmik, qoz-fındıq və toxumlarla birlikdə qəbul edilməsini məsləhət görür.
Qeyd edək ki, bu tədqiqatlarda 1-ci tip diabet xəstələri iştirak etməyib. Həkimlər bu qrupa aid şəxslərin karbohidrat hesablaması və insulin dozasını fərdi şəkildə tənzimləməli olduğunu vurğulayırlar.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
Oksford Universiteti təxminən 1 milyon şəxsin məlumatlarını tədqiq edib. Çay və qəhvə istehlakının özündən əlavə, içkilərin içilmə tərzinə dair ortaya çıxan təəccüblü detal qida borusu xərçəngi riskinə birbaşa təsir edir. xəbər verir ki, tədqiqatçılar hədsiz isti çay və qəhvə istehlakı ilə qida borus
13.09.2026 426 Bir çox xəstəliyi müalicə edən MASAJ
Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi
14.09.2026 204 Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?
İnsanın nə yediyi ilə yanaşı, qidanı hansı saatda qəbul etməsi də əhəmiyyətli ola bilər. Yeni araşdırma yemək vaxtının ömür uzunluğu ilə əlaqəli ola biləcəyini göstərib. Qaynarinfo xəbər verir ki, "European Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırmaya 40 yaşdan yuxarı 3
07.09.2026 334 Ürək üçün faydalı olan 6 dəniz məhsulu
Ürək sağlamlığından narahat olan şəxslər qida rasionuna bəzi dəniz məhsullarını əlavə edə bilərlər. Dəniz məhsulları omeqa-3 yağ turşuları ilə zəngindir. Lakin bəzi növlər ürək sağlamlığı baxımından digərlərindən daha faydalı hesab olunur. Qaynarinfo xəbər verir ki, "Verywell Health" kardioloql
14.09.2026 273 Qısa təmasla yoluxma riski: Ev heyvanınız infeksiya mənbəyinə çevrilə bilər - VİDEO
"Baku Med" verilişinin yeni buraxılışında yoluxucu dermatoloji problemlərdən danışılıb. Qoturluğun ilk əlamətləri hansılardır?. Qısa müddətli təmas zamanı yoluxa bilərmi?. O necə müalicə olunur?. Müalicədən sonra qoturluğa yenidən yoluxmaq mümkündürmü?. Göbələk xəstəliklərinin diaqnozu nec
30.08.2026 269 Yod çatışmazlığı təhlükəlidir
Yod tiroid hormonunun istehsalı üçün vacib bir elementdir. Həm çatışmazlıq, həm də artıqlıq orqanizm üçün ciddi təhlükədir. Axşam.az xəbər verir ki, yod daha çox cod, ton balığı və süd, qatıq və pendir kimi süd məhsullarında olur. Yod çatışmazlığının orqanizmə verdiyi zərərlər isə təhlükəlidir. Yod təbiətd
30.08.2026 327 Hicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
11.09.2026 2349 "Yuxu beyin sağlamlığına edilən ən yaxşı investisiyadır" - Həkimdən maraqlı açıqlama
Yaddaş, diqqət və yeni şeylər öyrənmək qabiliyyəti birbaşa yuxunun keyfiyyətindən asılıdır. xəbər verir ki, bunu rusiyalı somnoloq və terapevt Karina Aqibalova -ya müsahibəsində deyib. O, keyfiyyətli gecə yuxusunun beyin sağlamlığı üçün niyə vacib olduğunu izah edib. Həkim bildirib ki, yuxunun əsas funksiyalarında
30.08.2026 271 İnfarkt zamanı nə etməli? - Professor vacib məqamları açıqladı
Ürək-damar xəstəlikləri uzun illərdir dünya üzrə ölüm səbəbləri arasında 13 faizlə ilk sırada yer alır. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, hər il 9 milyon insan işemik ürək xəstəlikləri səbəbilə həyatını itirir və bu göstərici gündən-günə artır. Qaynarinfo xəbər verir ki, ürək v
02.09.2026 436