Yayda nə qədər su içmək lazımdır - Mütləq bunları bilməlisiz!
Yay mövsümündə mayeni ya həddindən artıq, ya da kifayət qədər qəbul etməmək çox vaxt ödemlərin yaranmasına səbəb olur.
BAKU.WS xəbər verir ki, bu barədə "Gazeta.Ru"ya dermatoloq və kosmetoloq Qalina Amosova məlumat verib.
"İlk növbədə yüksək temperatur qan damarlarının genişlənməsinə səbəb olur ki, nəticədə qan dövranı yavaşlayır və toxumalarda maye toplanmasına şərait yaranır. Sonra orqanizm soyumaq üçün güclü tərləmə mexanizmini işə salır, lakin içki rejimi pozulub – maye çox az və ya əksinə, həddindən artıq qəbul edilirsə – ödemlər əmələ gəlir", – deyə həkim bildirib.
Amosova dəqiqləşdirib ki, suyu tez-tez, amma kiçik qurtumlarla və otaq temperaturunda içmək lazımdır. Artıq mayenin orqanizmdən çıxmasına isə, orta dərəcədə qəbul edilən yaşıl çay, şəkərsiz mors, xiyar və ya limonlu su, qarpız, kərəviz, cəfəri və zəncəfil kömək edir.
Kosmetoloqun fikrincə, ödem yaradan başqa bir amil duzlu qəlyanaltıların, alkoqollu içkilərin və paketlənmiş şirələr də daxil olmaqla, şirin içkilərin çox qəbul edilməsidir. Bunların hamısı orqanizmdə suyun tutulmasına səbəb olur.
O qeyd edib ki, istidə ödemlər adətən mayenin ən asan toplandığı nahiyələrdə – qravitasiya və qan dövranı xüsusiyyətlərinə görə – əmələ gəlir. Bunlara ayaqlar, xüsusən topuqlar və dabanlar, eləcə də üz, o cümlədən gözaltı nahiyə daxildir. Amosova deyib ki, daha nadir hallarda, amma mümkündür ki, ödemlər əllərin üstündə də görünsün, adətən çox kompüterdə işləyən və ya qan damarlarını sıxan dar bəzəklər taxan insanlarda.
O əlavə edib ki, ödemlər bəzi xəstəliklər zamanı daha qabarıq görünə bilər – varikoz və xroniki venoz çatışmazlıq, ürək problemləri, böyrək xəstəlikləri, limfedema və hormonal pozğunluqlar.
Amosovanın sözlərinə görə, adi ödemləri xəstəlik əlaməti olanlardan simmetriya ilə ayırmaq olar – əgər yalnız bir nahiyə, məsələn, bir ayaq şişirsə, diqqətli olmaq lazımdır. Həmçinin narahatlıq doğuran əlamətlər – ödemin bir sutka ərzində çəkilməməsi, üzü və əlləri də əhatə etməsi və ya kəskin çəki artımı ilə müşayiət olunmasıdır.
Həkim bildirib ki, mikrosirkulyasiyanı yaxşılaşdırmaq və maye toplanmasının qarşısını almaq üçün kofein, troxerutin, mentol və ya mentil laktat, at şabalıdı ekstraktı olan limfodrenaj kremləri, gellər və maskalar faydalıdır. Amosova həmçinin limfodrenaj öz-özünə masajı və kontrastlı yuyunmaları tövsiyə edib.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1086 Tarix: 14 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşToyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil
15.11.2026 404 Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı
Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə
10.11.2026 467 COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
24.10.2026 752 Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı
Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"
08.11.2026 664 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir?
Zəncəfil uzun illərdir həm mətbəxdə, həm də xalq təbabətində istifadə olunur. Xüsusilə soyuqdəymə, həzm problemləri və ürəkbulanma zamanı ona üstünlük verilir. Lakin bu bitkinin bütün xəstəliklərə qarşı təsirli olması ilə bağlı fikirlər elmi cəhətdən təsdiqlənməyib. Qaynarinfo "Street Kitchen"
17.11.2026 1 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18.10.2026 956 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın
Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ
23.10.2026 1079 Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?
Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu
03.11.2026 899 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar
Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin
12.11.2026 501