Enerjili qalmaq üçün hər həftə yeməli olduğunuz 10 qida

Enerjili qalmaq üçün hər həftə yeməli olduğunuz 10 qidaDüzgün karbohidrat seçimi həm sağlamlıq məqsədlərinə çatmaq, həm də orqanizmin enerji və qida maddələri ehtiyacını ödəmək üçün əsas amildir. Tövsiyə olunur ki, gündəlik kalorinin 45-65 faizi karbohidratlardan alınsın. Onların çatışmazlığı halsızlıq, həzm problemləri və hətta xoşagəlməz ağız qoxusu yarada bilər.

Qaynarinfo "Eatingwell" nəşrinə istinadən xəbər verir ki, mütəxəssislər həftəlik rasionda mütləq yer almalı 10 faydalı karbohidrat mənbəyini açıqlayıb:

Şirin kartof – orta ölçülü bir ədəd 150%-dən çox gündəlik A vitamini tələbatını ödəyir, göz, dəri və immun sisteminin sağlamlığı üçün vacibdir. Qabığı ilə birlikdə yeyilməsi lif qəbulunu artırır.

Süd – karbohidratla yanaşı, zülal, kalsium, maqnezium və sümüklər üçün vacib digər qida maddələri ilə zəngindir.

Qara lobya – bitki mənşəli zülal, lif və antioksidant mənbəyidir. Daha yaxşı qidalanma, az əlavə şəkər qəbulu və çəki nəzarəti ilə əlaqələndirilir.

Yulaf – prebiyotik liflərlə zəngin təbii karbohidrat mənbəyidir. Tərkibindəki beta-qlükan "pis" xolesterini azalda, ürək-damar xəstəlikləri riskini aşağı sala bilər.

Qara gavalı (qurusu) – yalnız qəbizlik üçün deyil, həm də sümük sağlamlığı üçün faydalıdır. Gündəlik 50 qram (təxminən 5 ədəd) menopauza sonrası qadınlarda sümük sıxlığının azalmasının qarşısını ala bilər.

Banan – gün ərzində enerjini qoruyur. Açıq-yaşıl qabıqlı bananlarda bağırsaq sağlamlığına müsbət təsir edən müqavimətli nişasta daha çox olur, tam yetişmiş banan isə lif və qida maddələri ilə zəngindir.

Alma – lif, C vitamini, mis və antioksidant kversetinlə zəngindir. Həm ürək, həm də beyin sağlamlığına faydalıdır, prebiyotik liflər bağırsaq mikroflorasını dəstəkləyir.

Farro – antioksidant, vitamin və mineral baxımından zəngin tam taxıldır. Qoz ləpəsini xatırladan dadı var, lif və zülalın birləşməsi uzunmüddətli enerji verir və toxluq hissini artırır.

Noxud – lif, antioksidant və bitki mənşəli zülal təmin edən qiymətli karbohidrat mənbəyidir.

Qəhvəyi düyü – zülal, lif, vitamin və minerallarla zəngindir. Yarım stəkan bişmiş qəhvəyi düyüdə təxminən 120 kalori, 2 qram lif, 3 qram zülal və 25 qram faydalı karbohidrat olur.

Bu məhsulların müntəzəm qəbulu enerji səviyyəsini yüksəldir, sağlam həzm sistemini dəstəkləyir və orqanizmin qida ehtiyaclarını qarşılayır.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1260   Tarix: 12 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil

15.11.2026 404
.

Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı

Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə

10.11.2026 467
.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

24.10.2026 752
.

Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı

Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"

08.11.2026 664
.

Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir?

Zəncəfil uzun illərdir həm mətbəxdə, həm də xalq təbabətində istifadə olunur. Xüsusilə soyuqdəymə, həzm problemləri və ürəkbulanma zamanı ona üstünlük verilir. Lakin bu bitkinin bütün xəstəliklərə qarşı təsirli olması ilə bağlı fikirlər elmi cəhətdən təsdiqlənməyib. Qaynarinfo "Street Kitchen"

17.11.2026 1
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18.10.2026 956
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23.10.2026 1079
.

Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?

Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu

03.11.2026 899
.

İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar

Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin

12.11.2026 501
.