Pis və bölünmüş yuxu yaddaş itkisinə səbəb ola bilər
Toronto Universiteti alimlərinin yeni araşdırması yuxu parçalanmasının beyin damarlarında hüceyrə səviyyəsində zədələnməyə səbəb olduğunu ortaya qoyub. Bu tapıntılar yuxu pozuntularının idrak qabiliyyətinin azalması və demensiya ilə əlaqəsini göstərən sübutlara mühüm töhfə verir.
APA xəbər verir ki, "Brain" jurnalında dərc edilən tədqiqat parçalanmış yuxunun beyin qan damarlarına və qan dövranına birbaşa təsirini göstərən ilk hüceyrə səviyyəli sübutları təqdim edir. Araşdırmanın əsas məqsədi yuxu keyfiyyəti ilə beyin-damar sağlamlığı arasında mexanizmik əlaqəni aydınlaşdırmaq olub.
Toronto Universitetinin dosenti Andryu Lim qeyd edir: "Biz müəyyən etdik ki, daha çox parçalanmış yuxuya sahib olan fərdlərdə, xüsusilə narahat yatmaq və gecələr tez-tez oyanmaq hallarının müşahidə edildiyi şəxslərdə beyin qan damarlarının fəaliyyətində mühüm rol oynayan perisit hüceyrələrinin tarazlığında pozuntular baş verir. Bu dəyişikliklər növbəti onillikdə idrak qabiliyyətinin daha sürətli azalması ilə nəticələnir.
Araşdırmada 600-dən çox yaşlı yetkin iştirak edib. Tədqiqatçılar iştirakçıların yuxu keyfiyyətini ölçmək üçün biləyə taxılan ağıllı cihazlardan istifadə edib, beyindəki perisit səviyyələrini isə gen ardıcıllığı texnologiyası vasitəsilə təhlil ediblər. İştirakçılar vəfat etdikdən sonra beyin toxumaları analiz üçün bağışlanıb.
A.Lim əlavə edir: "Əvvəlki tədqiqatlardan bilirik ki, bəzi insanlarda yuxu pozuntuları demensiya simptomlarından illərlə əvvəl müşahidə edilə bilər. Bu tədqiqat yuxu pozğunluqları ilə Alsheymer xəstəliyi arasında ikitərəfli əlaqəni gücləndirən sübutlar təqdim edir. Lakin indiyə qədər bu əlaqənin arxasında duran bioloji mexanizmlər barədə dəqiq sübutlarımız yox idi".
Tədqiqatın əsas nəticələri aşağıdakılarılardır:
•Parçalanmış yuxu beyin damarlarının zədələnməsində mühüm amil ola bilər.
•Perisitlər bu zədələnməyə vasitəçilik edən əsas hüceyrələrdən biri ola bilər.
•Narahat yuxunun qarşısının alınması beyin və damar sağlamlığını qorumaq üçün effektiv müdaxilə strategiyası ola bilər.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1024 Tarix: 03 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşToyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil
15.11.2026 404 Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı
Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə
10.11.2026 467 COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
24.10.2026 752 Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı
Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"
08.11.2026 664 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir?
Zəncəfil uzun illərdir həm mətbəxdə, həm də xalq təbabətində istifadə olunur. Xüsusilə soyuqdəymə, həzm problemləri və ürəkbulanma zamanı ona üstünlük verilir. Lakin bu bitkinin bütün xəstəliklərə qarşı təsirli olması ilə bağlı fikirlər elmi cəhətdən təsdiqlənməyib. Qaynarinfo "Street Kitchen"
17.11.2026 1 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18.10.2026 956 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın
Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ
23.10.2026 1079 Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?
Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu
03.11.2026 899 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar
Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin
12.11.2026 501