"Aparıcılar onları reytinq üçün efirə çıxarıb, ələ salırlar"

"Aparıcılar onları reytinq üçün efirə çıxarıb, ələ salırlar""Heç kəsin dərdi ilə oynama, daha pis dərdə düşərsən. Belə bir atalar sözü var. Sən onu efirə çıxarırsan. Kim də başa düşməsə, 53 ildir sənətdəyəm, biz bilirik ki, sən onu necə ələ salırsan. Bunu reytinq xətrinə edirsən. O insanlar necə niskinləşiblər ki, onlar üçün heç bir müqəddəs hiss yoxdur. Körpə uşaqdan tutmuş yaşlı, əlil adama qədər efirə çıxarırlar. Aparıcının efirə çıxardığı həmin adama qeyri-ixtayari gülürlər. Amma aparıcı insanların beyninə yeridir ki, həmin şəxsə gün ağlayıb, "adam" edəcək. Ona necə gün ağlaya bilərsən ki, o hələ gün işığı görməyib".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Müsavat"a verdiyi müsahibəsində deyib. Sənətçi aparıcıları, efirdə müzakirə olunan ailə-məişət mövzularını qınayıb:

"Bu cəmiyyətlə mübarizə aparmaqdan qorxmuram. Mübarizə üsulum da dilimdir. Kimsə də deməsin ki, öz işinlə məşğul ol. Mənim işim vətənim, xalqımdır. Özüm üçün nəsə istəmirəm. Mən balalarım, nəvələrim, gələcəyimiz üçün danışıram. Yaxşı deyək ki, mən keçmiş fikirli adamam. Bəs, sən kimsən? Bunlar heç kimin acığına gəlməsin. Bunlara cavab tapmaq istəyirəm.

Bəzi müğənniləri efirə buraxanlara da lənət olsun. O vaxt da bu, var idi. Amma onlar yaxalarından şüar asmırdılar. Onların mədəniyyəti, tərbiyəsi, qabilliyəti olub, kimin yanında necə danışmağı biliblər. Amma indi ağızlarına gələni danışırlar. Gəlirlər, nələri var danışırlar. Qadın danışır, kişi ağlayır ki, gəl, gedək evimizə. Ay bala, iki həftədir bu adam evdə yoxdur. 5 uşağı da qoyub gedib, haraya gəlsin?

Bu cür verilişlərə görə, kanal rəhbərinə zəng vurmuşam ki, vallah ayıbdır. O da deyib ki, "Afaq xanım, bilirsiniz, necə reytinq gətirir?". Deməli, hər şeyi pula satacağıq? Namusu, qeyrəti, mentaliteti, qadınlığımızı, kişiliyimizi də?".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 758   Tarix: 20 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Anasının evində əşyalara əl vurulmasını qoymur

Aparıcı Kamilə Babayeva bir müddət əvvəl vəfat edən anasının evindən görüntülər paylaşıb. Axşam.az xəbər verir ki, aparıcı anasının yoxluğundan sonra evdəki əşyaların yerini dəyişmədiyini bildirib. O, anasının sağlığında hər şeyi necə qoyubsa, elə də saxladığını qeyd edib. K.Babayeva anasının eyvanda

07.11.2026 548
.

Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü

Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm

01.11.2026 582
.

Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"

Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılova ilə bağlı səmimi və diqqətçəkən açıqlamalar verib. Müğənni qatıldığı televiziya proqramında həbsxanada keçirdiyi günlərdən danışıb. Sənətçi həmin dövrdə qızı Aysunun onun üçün çəkdiyi əziyyətlərə görə hələ də utandığını etiraf edib. Rəqsanə İsmayılov

08.11.2026 690
.

Miss Mister Of Azerbaijan 2026 - Final Gecəsi

Ollin Professional`ın baş sponsorluğu ilə keçirilən Miss Mister Of Azerbaijan 2026 Milli Gözəllik Müsabiqəsinin final gecəsi 28 oktyabr Elektra Events Hall`da baş tutdu. Müsabiqədə münsiflər heyəti, zalda əyləşən tamaşaçılar və idarə heyətinin verdiyi səslərlə qaliblər müəyyən olundur. Layihənin Münsi

03.11.2026 737
.

Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi

Ulduz futbolçu Kriştiano Ronaldonun özəl təyyarəsində çalışan qadın pilotu işdən çıxardığı iddia olunur. Bu qərarın arxasında isə həyat yoldaşı Corcina Rodrigesin dayandığı bildirilir. xəbər verir ki, Ronaldonun təyyarəsində pilot kimi çalışan Sofiya Vens adlı qadınla futbolçu arasındakı yaxın münasibə

03.11.2026 908
.

"20 yaşa qədər heç nə etməmisənsə, özünə sənət axtar"

Xalq artisti Mübariz Tağıyev gənclərin sənət seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. BİG.AZ -a istinadən xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, gənclər 20 yaşına qədər sənətdə özlərini göstərə bilmirlərsə, başqa sahəyə yönəlməyi düşünməlidirlər:

10.11.2026 294
.

Aygün Kazımova Eminemlə duet oxuyacaq?

Azərbaycanın Xalq artisti Aygün Kazımovanın dünyaşöhrətli amerikalı reper Eminemlə duet hazırladığı iddia olunub. xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib. Paylaşımda Aygün Kazımova rusiyalı müğənni Alla Puqaçova ilə müqayisə edilərək Azərbaycanın musiqi səhnəsindəki mövqeyinə eyha

10.11.2026 330
.

Nailə İslamzadədən danışan Çingiz Abdullayev: "40 il əvvəl atam sevirdi, indi mən..."

Xalq yazıçısı Çingiz Abdullayev etirafı ilə diqqət çəkib. xəbər verir ki, "Qonaqcanlı" verilişinə dəvət olunan yazıçı Əməkdar artist Nailə İslamzadəyə olan rəğbətindən danışıb. "40 il əvvəl Nailə xanımı atam sevirdi, indi də mən sevirəm. Onu görəndə inanmadım ki, necə belə yaxşı qalıb

03.11.2026 765
.

Dekabrda evlənəcəklər

Şəxsi həyatı və səmimi açıqlamaları ilə hər zaman gündəmdə olan məşhur türkiyəli müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə toy planları haqqında yeni təfərrüatı bölüşüb. "Qafqazinfo" xəbər verir ki, daha əvvəl evliliklə bağlı zarafatcıl tələbləri ilə diqqət çəkən sənətçi nikah tarix

05.11.2026 573
.