Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?Rumıniya əsilli iqtisadçı Stefan Mandel 1990-cı illərdə lotereyada 14 dəfə qalib gəlməyi bacarıb. Halbuki əksər insanlar üçün bir dəfə udmaq belə qeyri-adi uğur sayılır. O, bunu sadə riyaziyyat vasitəsilə və heç bir fırıldaq olmadan bacarıb (baxmayaraq ki, onu fırıldaqda şübhəli bilirdilər).

Lent.az xarici mediaya istinadla bildirir ki, Mandel Rumıniya lotereyalarında qalib gəlməsinə kömək edən bir sistem tapıb. Sonradan bu sistemdən Amerika və Avstraliya lotereyalarında da istifadə edib.

Ümumiyyətlə, lotereyada udmaq şansı çox aşağıdır. Bir bilet ilə "EuroMillions" lotereyasını udmaq şansınız 1-ə 139 838 160-dır. İki bilet alsanız, şansınızı ikiqat artıraraq 2-ə 139 838 160 edirsiniz. Bu cür davam etsəniz, 139 838 160 bilet ilə udmaq şansınız 139 838 160-a 139 838 160 olar – yəni 100%. Lakin bu zaman riyazi problem yerini başqa bir məsələyə – logistikaya verir: hələ cekpotu udmamış bu qədər bileti necə əldə etmək olar?

Amma Mandel bəzi lotereyalarda bütün mümkün kombinasiyaları yazmağın mümkün olduğunun fərqinə varıb və cekpot, bütün biletlərin toplam qiymətindən daha yüksək olub. Beləliklə, bütün biletləri alıb bütün kombinasiyaları əhatə edərək, o, qələbəni özünə təmin etmiş olurdu (yalnız o halda uduş bölünə bilərdi ki, başqa biri də qalib kombinasiyanı tapsın). Və Mandel bu fikri sınamağa qərar verdi.

Problemlər artıq riyazi olmasa da, yenə də kifayət qədər ciddi idi. Əvvəlcə o, bu sxemə sərmayə qoymağa razı olacaq kifayət qədər investor tapmalı idi və bunu bir neçə il ərzində bacardı. Daha sonra isə iştirak etdikləri hər bir lotereyada mövcud olan bütün mümkün kombinasiyaları əldə etməyin yolunu tapmalı oldu. Nəzərə alsaq ki, milyonlarla fərqli kombinasiya daxil etməli olurdular, bu, Mandelin kombinasiyaları yaratmaq və bilet çap etmək üçün xüsusi alqoritmlər hazırlamasını tələb etdi (bəzi lotereyalar həmin dövrdə bu cür biletlərin çapına icazə verirdi).

Biletlər çap olunub tiraj üçün hazır olduqdan sonra növbəti mərhələ – kifayət qədər böyük cekpotun olmasını gözləmək idi. Yalnız bundan sonra komanda bu biletləri mağazalardan alırdı. Lakin hətta bu mərhələdə belə, biletlərin sayının çoxluğunu nəzərə alaraq, hər şey həmişə problemsiz keçmirdi.

Bir dəfə Mandel Virciniya ştatında keçirilən bir lotereya ilə maraqlandı. Bu lotereyada yalnız 1-dən 44-ə qədər olan rəqəmlər oynanılırdı. Bu isə o demək idi ki, cəmi 7 059 052 mümkün kombinasiya var idi. Halbuki, adi lotereyalarda bu rəqəm adətən 25 milyondan çox olur.

Avstraliyadakı bir neçə kiçik lotereyanı uğurla analiz etdikdən sonra Mandel ABŞ-da elə lotereyalar aşkar etdi ki, onların cekpotları bütün mümkün kombinasiyaların alınma xərclərini xeyli üstələyirdi.

Onun xüsusi marağına səbəb olan lotereyalardan biri isə Virciniyada yeni başlamış bir oyun idi. Bu lotereyada yalnız 1-dən 44-ə qədər olan rəqəmlər istifadə olunurdu ki, bu da cəmi 7 059 052 mümkün kombinasiya demək idi. Bu rəqəm isə adi lotereyalardakı 25 milyon və ya daha çox kombinasiyadan xeyli az idi.

Cekpot kifayət qədər yüksəldikdə – 15,5 milyon dollar olduqda, Mandel öz kombinasiyalarını reallaşdırmağa çalışdı, lakin bütün kombinasiyaları almaq mümkün olmadı. İki günlük alış prosesindən sonra Mandelin komandası zəmanətli qalibiyyət üçün lazım olan 7 milyon mümkün kombinasiyadan 6,4 milyonunu əldə edə bildi. Qalib gələn bilet isə həqiqətən Mandel tərəfindən qeydiyyatdan keçirilmişdi.

Lakin bu hadisədən sonra həm Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), həm də Federal Təhqiqatlar Bürosu (FBI) onu araşdırmağa başladı. Buna baxmayaraq, heç bir qanunsuzluq aşkar olunmadı.

Mandelin nə qədər qazandığı dəqiq bilinmir, lakin o, hazırda bir adada yerləşən çimərlik evində yaşayır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1058   Tarix: 18 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.