70 qəpiyə satılan "ölüm içkiləri"
Tibb elmləri doktoru Elvira Xaçirova enerji içkilərinin sağlamlığa mənfi təsirləri barədə xəbərdarlıq edib.
Milli.Az xəbər verir ki, onun sözlərinə görə bu cür içkilər tərkibində yüksək dozada kofein, şəkər və sintetik maddələr ehtiva etdiyindən orqanizmdə ciddi pozuntulara yol aça bilər.
Xaçirova bildirib ki, enerji içkilərindən müntəzəm istifadə ürək ritm pozuntuları, təzyiqin yüksəlməsi, sinir sistemi gərginliyi, yuxusuzluq, mədə-bağırsaq narahatlıqları və asılılıq kimi fəsadlarla nəticələnə bilər.
"Xüsusilə yeniyetmələr və yüksək təzyiq, ürək-damar və sinir sistemi xəstəlikləri olan şəxslər üçün bu içkilər təhlükəlidir. Enerji içkiləri sürətli stimullaşdırıcı təsir göstərsə də, bu təsirin arxasında ciddi yorğunluq və orqanizmin tükənməsi gizlənir", - deyə o vurğulayıb.
Mütəxəssis bu içkilərin idman zamanı və ya imtahan öncəsi gərginlikdə istifadəsini də riskli hesab edir. Onun sözlərinə görə, belə hallarda orqanizmin öz ehtiyatları həddən artıq gərginləşir, bu isə ürək və sinir sisteminə əlavə yük yaradır.
Xaçirova enerji içkiləri əvəzinə bol su içməyi, düzgün qidalanmağı və yuxu rejiminə riayət etməyi daha sağlam alternativlər kimi tövsiyə edir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCOVID-19-u öldürən maska
Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi
31.08.2021 1798 Məşhur dieotoloqların arıqlama sirri
Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm
21.08.2021 1439 ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR
"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd
29.08.2021 1543 Koronavirus qan dövranı sistemini belə zədələyir
Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini
04.09.2021 1300 Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI
Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi
08.09.2021 960 "Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO
"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri
31.08.2021 1465 Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ
Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami
29.08.2021 879 Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır
Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs
21.08.2021 1128 "Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA
Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir
08.09.2021 863