Arda Güleri kəşf edən məşqçi: "Əlavə 1 saat da bunun üzərində işləyirdi"
"Fənərbağça"da işlədiyi vaxtda Arda Güleri kəşf edən və ona debüt imkanı yaradan portuqaliyalı məşqçi Vitor Pereyra türkiyəli istedad haqqında xatirələrini danışıb.
BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis A.Gülerin inadkarlığını vurğulayıb.
"Əgər səhv edib topu itirərdisə, yenidən onu qazanmağa çalışar və fikirləşdiyini təkrar etməyə cəhd edərdi. O mənə "Portu"da işlədiyim illərdə bizə qoşulan 19 yaşlı Xames Rodrigesi xatırlatdı. Hər ikisi inanılmaz istedadlı oyunçulardır", - Vitor Pereyra qeyd edib.
V.Pereyra bildirib ki, A.Güler məşqini bitirəndən sonra meydançanı tərk etməz və daha bir saat sol ayağı üzərində işləməyə davam edərdi.
"Təbii ki, bu qədər yüksəksəviyyəli futbolçuları olan "Real Madrid"ə qoşulmaq asan deyil, amma o, heyətdə öz yerini qazanacaq. Mən onu həmişə daha çox "8" və ya "10" nömrə kimi görmüşəm, çünki o, xətlər arasında disbalans yaratmaq qabiliyyətinə, həm də topu idarə etmək, özünə doğru mövqe tutmaq və tapşırıqları icra etmək bacarığına malikdir. Ağıllıdır, topu götürməzdən əvvəl həll yollarını axtarır, qısa və uzun oynamağı bacarır, son ötürmələri dəqiq icra edir. Oyunu başa düşür və həmişə daha çox öyrənməyə çalışır. Təbii ki, onun Modriçin yerində oynadığını da görə bilərik", - Vitor Pereyra əlavə edib.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1117 Tarix: 27 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı
Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar
18.10.2026 503 "Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib
UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca
20.10.2026 998 Əhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİB
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatının qalibi olub. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı finalda qazaxıstanlı Şerzod Davlatovu məğlub edib. Beləliklə, Azərbaycan yarışdakı ilk medalını əldə edib. 15:50. Azərbaycan cüdoçusu Əhmə
04.10.2026 693 Nokauta düşən meksikalı boksçu bir həftə sonra öldü
26 yaşlı meksikalı boksçu Arturo Torres sonuncu döyüşünün ardından komaya düşüb və bir həftə belə keçmədən dünyasını dəyişib. xəbər verir ki, bu barədə "Supreme Boxing" promouter şirkəti məlumat yayıb. Qeyd olunur ki, sentyabrın 19-da Mexikali şəhərində Torres öz həmyerlisi Xilberto Qarsiy
26.09.2026 422 Ronaldu Portuqaliya millisindən uzaqlaşdırıldı
Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun milli komandanın düşərgəsini icazəsiz tərk etməsindən sonra məşhur futbolçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib. xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat yayıb. Qeyd olunur ki, qaydalarına əsasən
10.10.2026 560 İnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı
"Xalların bölündüyü "Sabah" və "Qarabağ" klubların arasında baş tutan gərgin qarşılaşma Azərbaycan futbolunun parlaq nümayişi oldu". xəbər verir ki, bu fikirləri FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında yazıb. O, Misli Premyer Liqasının IX turunda baş tuta
26.10.2026 274 Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. -ın xəbərinə görə, bu barədə "Sic Noticias" nəşri məlumat verib. Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəy
17.10.2026 530 Aziz Yıldırım: "Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!"
"Fənərbağça"nın prezidenti Aziz Yıldırım klubun maliyyə vəziyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, o, may ayından sonra klubun qapısından bir daha içəri girməyəcəyini bildirib. "May ayından sonra mən olmayacağam, bir daha bu klubun qapısından içəri girməyəcəyəm
25.10.2026 325 Roberto Karlos: "Futboldan əldə etdiyim bütün gəlirin 99%-ni itirdim"
Braziliya millisinin və "Real Madrid"in sabiq futbolçusu Roberto Karlos idman karyerasını başa vurduqdan sonra üzləşdiyi maliyyə problemlər barədə danışıb. xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb. "Böyük futbolla vidalaşmağa qərar verdiyim an artıq idman direktor
26.09.2026 439