Qardaşlığın və həmrəyliyin əsl nümunəsi

Qardaşlığın və həmrəyliyin əsl nümunəsi2023-cü il fevralın 6-da qardaş Türkiyə öz tarixində ən faciəli və ağrılı hadisələrdən birini yaşadı. Həmin gün Türkiyənin cənubunda Qaziantep şəhərinin Şehitkamil ilçəsində baş verən güclü zəlzələ ciddi dağıntılara və çoxsaylı insan itkilərinə səbəb oldu. Mərkəzi Kahramanmaraş olmaqla, 10 vilayətdə baş verən zəlzələlər 53 min 537 nəfər həyatını itirdi. 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri aldı. Zəlzələ nəticəsində 38 min 901 bina yararsız hala düşdü.
Fəlakət barədə məlumat verilən kimi dərhal Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən qardaş Türkiyənin yanında idi və öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi, "Bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır".
Hadisədən dərhal sonra qardaş ölkəyə hərtərəfli kömək və yardım kompaniyasına start verildi. Hər zaman sarsılmaz qardaşlıq və həmrəylik nümayiş etdirən xalqımız bu dəfə də Türkiyə xalqının dərdinə, acısına şərik oldu. Təbii ki, yenə ilk köməyə gedən dost ölkə Azərbaycan oldu. Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və texnikası, Müdafiə Nazirliyinin hərbiçiləri, tibb işçiləri və digər qurumların çoxsaylı nümayəndələri dağıntılar zonasına gəldilər və xilasetmə işlərinə başladılar.
Zəlzələdən sonra fəlakət zonasında aparılın bərpa işlərində Türkiyəyə yardım göstərən Azərbaycanın maliyyə dəstəyi ilə daha çox dağıntıya məruz qalan Kahramanmaraşda geniş ərazini əhatə edən "Azərbaycan" məhəlləsi"nin inşasına start verildi. Məhəllənin tikintisinə 100 milyon ABŞ dollar (170 milyon manat) vəsait ayrıldı və tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. Artıq sakinlərini qəbul etməyə hazır olan 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılıb. Kahramanmaraşda ucaldılan türk dünyasının dostluq abidəsi kimi möhtəşəmliyini qoruyan məhəllənin istifadəyə verilməsi qardaşlığın uğur təntənəsidir. Azərbaycan-Türkiyə qardaşlığının əyani nümunəsi olan "Azərbaycan" məhəlləsi" artıq ilk sakinlərini qəbul edib.
Qeyd edilməlidir ki, 2024-cü il sentyabrın 11-də burada Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları olub.
İyunun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimində iştirak etmək üçün qardaş Türkiyə Respublikasına işgüzar səfərə gəlib. Həmin gün dövlətimizin başçısının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü oldu.
Həmin gün Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər. "Azərbaycan" məhəlləsinin açılış mərasimində Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. Qeyd edildi ki, 2023-cü il fevralın 6-da baş verən zəlzələ minlərlə insanın həyatına son qoydu. Bu faciə hamı kimi Azərbaycan xalqını da sarsıtdı. Qardaş xalqın dar günündə onun səsinə ilk səs verən Azərbaycan oldu.
"İlk gündən qardaşlıq borcunu yerinə yetirmək üçün on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində humanitar yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq yardımını göstərməyə başlamışdır", - deyə dövlətimizin başçısı qeyd edib.
Ölkə başçısı bildirib ki, "Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərmiş və dərhal işə başlamışdır. Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılmış, bizim qurduğumuz iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərmişdir".
Bu gün şübhəsiz ki, Azərbaycan və Türkiyənin dünya birliyində yeri çox önəmli olmaqdadır və olacaq, "Bir millət, iki dövlət" olaraq xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətləri daha da möhkəmlənəcəkdir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 659   Tarix: 20 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir

Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib. Məktəb yalnız bilik məkanı deyil. Deputat deyib ki, məktəblərdə vahid geyim tələblərinin müəyyənləşdirilməsi təhsil mühitinin təşkili, şagirdlə

17:17 170
.

Tramp Hörmüz boğazından daşınan neftin həcmini açıqladı

ABŞ Prezidenti Donald Tramp Fars körfəzindən Hörmüz boğazı vasitəsilə 28 milyon barel neft daşındığını bildirib. "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Kolumb Gününün qeyd olunması ərəfəsində keçirilən tədbirdə çıxışı zamanı danışıb. "Dünən 28 milyon barel daşıdıq"

16:20 171
.

ABŞ Prezidenti G20 sammitində Meloni ilə görüşə biləcəyini istisna etməyib

ABŞ Prezidenti Donald Tramp dekabrın 14-15-də Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək "Böyük iyirmilik" (G20) sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşə biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlər

16:50 173
.

Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video

Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil

14:42 169
.

Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır

Türk dünyası gənclərinin əməkdaşlığının genişləndirilməsi, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi türk dövlətləri arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. "Report"un yerli bürosunun məlumatına görə, bunu Azərbaycanın Türkiyədək

12:50 155
.

Məktəblərdə geyim qaydaları ilə bağlı BƏYANAT: "Vətəndaşlarımızı təxribatlara uymamağa dəvət edirik"

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb. BİG.AZ həmin bəyanatı təqdim edir:. "Son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın nümunəvi dünyəvi dövlətçilik modelini hədəfə alan, ölkəmizdə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunu

14:50 261
.

"Barselona"nın baş məşqçisi Yamalı gələcəyin ən yaxşı futbolçusu adlandırıb

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik hesab edir ki, komandanın hücumçusu Lamin Yamal dünyanın ən yaxşı futbolçusu ola bilər, hətta o, artıq bu ada layiqdir. "Report "Mundo Deportivo"ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis İspaniya çempionatının VII turunda "Xetafe"

16:40 162
.

15 yaşlı oğullarını öldürüb, bayramlaşmağa getmişdilər - Valideynlərə ömürlük CƏZA

Türkiyənin Adana şəhərində 15 yaşlı oğullarını öldürməkdə təqsirli bilinən ata və ana ömürlük həbs cəzasına məhkum ediliblər. yerli mediaya istinadən xəbər verir ki, hadisə 2024-cü il dekabrın 31-də Adananın Yüreğir rayonunun Geçitli Cumhuriyet məhəlləsində qeydə alınıb. Həmin gün 15 yaşlı Rafet Dinçi

19:10 182
.

Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb

Fransa hakimiyyəti respublikadakı Niger səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək, sentyabr ayında onları ölkədən çıxarıb. -ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri Fransa diplomatik mənbəsinə istinadən məlumat verib. Nəşr qeyd edir ki, qovulmuş iki əməkdaş Niger kəşfiyyat

22:15 0
.